“Məktəblinin hüquq bələdçisi” layihəsinin ilkin hesabatı təqdim edilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı,26 may, AZƏRTAC
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin hüquq bələdçisi” layihəsinin ilkin hesabatı təqdim olunub.
Bu barədə AZƏRTAC-a “Femida Könüllüləri” Təşkilatından məlumat verilib.
Hesabatda qeyd edilir ki, layihənin ilkin mərhələsində, yəni mayın 5-15-də ümumilikdə 7 müxtəlif peşə təhsil mərkəzində təşkil olunan görüşlər vasitəsilə 348 şagird hüquqi maarifləndirməyə cəlb edilib.
Layihə çərçivəsində təhsilalanlar arasında “İnsan alveri”, “Mülkiyyət əleyhinə törədilən cinayətlər”, “Bullinq və ictimai təzyiq”, “Kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması” və “Narkomaniya ilə mübarizə” mövzularına həsr olunmuş hüquqi maarifləndirmə tədbirləri, müxtəlif interaktiv seminarlar, təlimlər və praktiki məşğələlər keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 26 May 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















