Məlahət İbrahimqızı: Stomatoloji xidmətlərlə bağlı yeni qanunların yaradılmasına ehtiyac var
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Stomatoloji sahədə çox ciddi neqativ hallara rast gəlinir. Adətən bu insanlar 5-6 ay kurslarda iştirak edib stomatoloji xidmətlə məşğul olurlar".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.
O bildirib ki, bu, çox ciddi təhlükədir, çünki yoluxucu xəstəliklərin stomatoloji xidmətlər vasitəsilə yayılması mümkündür.
Gələcəkdə stomatoloji xidmətlərlə bağlı yeni qanunların yaradılması, bu sahədə monitorinqlərin aparılmasına ehtiyac var.
Buna cavab olaraq Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, gələcəkdə stomatologiya sahəsində də monitorinqlərin aparılması gözlənilir.
Deputat deyib ki, stomatologiya kifayət qədər vacib xidmət sahəsidir və buna görə, sözügedən sahədə peşəkar mütəxəssislərin olması vacibdir.
Komitə sədri, həmçinin qeyd edib ki, mərhələli şəkildə digər tibb sahələri üzrə monitorinqlərin aparılması planlaşdırılır.
Aləmdə Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 25 Aprel 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















