Məleykə Abbaszadə: Ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var:
"Bu, ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Bu il buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib. 2024-cü ildə ali təhsil müəssisələrinə ərizə qəbulunun sayı 118 503, 2025-ci ildə isə 130 641 olub. Ötən illə müqayisədə 12 138 ərizə çox qəbul olunub. Ötən il buraxılış imtahanlarında iştirak edənlərin sayı 107 586, bu il isə 119 296 nəfər olub".
Aqil Vəlili
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 May 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















