Icma.az
close
up
RU
“Məlhəm” Hospitalda körpə həkim səhlənkarlığının qurbanı olub

“Məlhəm” Hospitalda körpə həkim səhlənkarlığının qurbanı olub

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

“Məlhəm” Hospitalın həkiminin səhlənkarlığı səbəbindən yeni doğulan körpənin beynində ciddi problemlər, sinir zədələnməsi yaranıb.

Tribunainfo.az xəbər verir ki, bu problemi gənc yazıçı Ulucay Akif ictimailəşdirib. O bildirib ki, təxminən on gün öncə “Məlhəm” hospitalında bacısı Gülənay Məmmədovanın ilk övladı dünyaya gəlib və həkim səhlənkarlığından uşaq problemli doğulub:

“Körpənin beynində ciddi problemlər, sinir zədələnməsi var. Kompyuter tomoqrafiyasının nəticələrinə görə onun həyatda qalması qeyri-mümkündür. Bunu həm “Məlhəm” xəstəxanasının həkimləri özləri deyir, həm də digər xəstəxanaların həkimləri.

Müayinə nəticələrinə baxıb ümidli nəsə deyən bircə nəfər də olmadı. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Yenə də Allahdan ümid kəsilməz deyib gözləyirik. Xəstəxana isə israrla bizə bu zülmü yaşadır.

Üstəlik, doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədi ilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir. Buna aid mesajlar da yazıb bacıma və prokurorluğa ərizəmizə o mesajları da əlavə etmişik.

Məsələ odur ki, 8 aylıq hamiləlik dönəmində müainələr zamanı (elə “Məlhəm” hospitalında) bacıma bu cür problemlərin olduğu deyilməyib, heç vaxt göbək ciyəsində düyün olması bildirilməmiş, ciyənin iki dəfə uşağın boynuna dolanması hlı isə hələ doğuşda uzun müddət əvvəl daha dəqiq desək 03.09.2025-ci il tarixində hamiləliyin Ultrasəs rutin müayinəsi nəticəsində məlum idi. Əgər bu hal normal doğumun həyata keçirilməsi üçün problem yarada bilərdisə həkim bununla bağlı ərizəçini məlumatlanırmalı və ona mümkün riskləri izah etməli idi”.

U.Akif bildirib ki, hazırda “Məlhəm” hospitalı onlara sözün hər mənasında əzab yaşadır:

“Mənasız və çox ağrılı bir gözləyiş içində qalmışıq, məsuliyyətdən yayınmaq üçün də sadəcə vaxt qazanmağa çalışırlar. O günahsız körpə də orada əziyyət çəkir, bacım da, biz də. Aidiyyəti qurumlardan bu məsələnin tam araşdırılmasını, hüquqi yolla həlli nədirsə, edilməsini istəyirik.

Həm də ona görə ictimailəşdirirəm ki, əgər kimdəsə günah varsa, səhlənkarlıq varsa, qarşısı alınsın, başqa kiminsə başına belə hadisə gəlməsin.

Bir də içimdə bir ümid var ki, bəlkə, hansısa həkim uşağın vəziyyətiylə maraqlanıb nələrsə etməyin mümkün olduğunu deyər”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri