Meloni Ərdoğanın sözünü yerə salmadı FOTO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
İtaliyanın Baş naziri Corciya Meloni uzun illər davam edən siqaret vərdişindən imtina etdiyini açıqlayıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meloni bu barədə Fransada keçirilən G7 Zirvəsi çərçivəsində liderlərlə söhbəti zamanı danışıb. O, siqareti artıq tərgitdiyini və bu qərarı bir ay əvvəl verdiyini bildirib.
Söhbət zamanı Almaniya Kansleri Friedrix Merz zarafatla onun siqaretlə bağlı vəziyyətini soruşub. Buna cavab olaraq Meloni "Tərgitmişəm" deyərək siqaretdən uzaqlaşdığını təsdiqləyib.
Onun bu açıqlaması digər Avropa liderləri tərəfindən də müsbət qarşılanıb. Ursula von der Leyen və Antonyo Kosta Melonini təbrik ediblər.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Misirdə keçirilən Qəzza sammitində Recep Tayyip Erdoğan Meloniyə siqareti tərgitməyi tövsiyə etmişdi. Həmin vaxt otaqda olan Emmanuel Macron isə bu mövzu ilə bağlı zarafat etmişdi.
Qeyd edək ki, Corciya Meloni daha əvvəl də uzun müddət siqaret çəkməmiş, lakin sonradan yenidən bu vərdişə qayıtmışdı. Baş nazirin siqareti yenidən tərgitməsi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 17 İyun 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















