Icma.az
close
up
RU
Meloni İtaliyada uzun müddət hakimiyyətdə qalma rekordunu qırdı

Meloni İtaliyada uzun müddət hakimiyyətdə qalma rekordunu qırdı

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

İtaliyanın ilk qadın Baş naziri Corciya Meloninin rəhbərlik etdiyi hökumət böhran olmadan hakimiyyətdə qalma müddətinə görə yeni rekord müəyyənləşdirib. Meloni keçmiş baş nazir Silvio Berluskoninin ikinci hökumətinin rekordunu (1412 gün) keçsə də, ümumilikdə onu vaxtilə siyasi orbitə çıxaran sələfindən hələ də geridə qalır.

Redaktor.az xəbər verir ki, bu barədə ANSA agentliyi yazıb.

2001-ci ildə seçilən koalisiya səlahiyyət müddətinin başa çatmasına bir il qalmış kiçik böhranla üzləşsə də, yenidən qruplaşaraq Berluskoninin rəhbərliyi altında beşillik müddəti tam başa vurub. Beləliklə, Berluskoni bütün səlahiyyət müddətini tam başa vuran yeganə baş nazir olub. İndi onun rekordunu səlahiyyət müddətinin başa çatmasına bir ildən bir qədər çox vaxt qalan Meloni təkrarlaya bilər. Amma yerli mətbuatda növbəti parlament seçkilərinin Meloninin istefasından sonra payızda deyil, 2027-ci ilin yazında növbədənkənar keçirilə biləcəyi barədə ehtimallar səslənir.

“İtaliya Qardaşları” partiyasına rəhbərlik edən Meloni müttəfiqləri “Forza Italia” və “Liqa”nın dəstəyi ilə yenidən seçiləcəyinə ümid edir. Bununla yanaşı, mediada İtaliya Respublikasının tarixində ilk qadın baş nazirin prezident, yəni dövlət başçısı postuna da namizəd olmaq niyyətində olduğu bildirilir. Bu vəzifəyə seçilmək üçün onun parlamentdə etibarlı çoxluğa ehtiyacı var.

Hazırkı hökumət mürəkkəb geosiyasi böhranlar - Rusiya-Ukrayna, ABŞ-İran və İsrail-İran müharibələri, Qəzza problemi, enerji daşıyıcılarının bahalaşması, artan inflyasiya və kifayət qədər məhdud büdcə imkanları fonunda fəaliyyətinin nəticələrini qənaətbəxş hesab edir. Müxalifət isə hakim koalisiyanı seçkiqabağı vədlərin heç birini yerinə yetirməməkdə və heç bir islahat həyata keçirməməkdə ittiham edir. Bundan əlavə, Meloni hökuməti məhkəmə-hüquq sistemində islahatlarla bağlı referendumda məğlub olub. Amma bu, Meloninin hakim partiyasının reytinqinə ciddi təsir göstərməyib, reytinq 30 faizdən bir qədər aşağı səviyyədə qalır. Müttəfiqlərinin - “Liqa” və “Forza Italia”nın reytinqləri isə bir qədər aşağıdır, 9-10 faizi keçmir.

Bununla yanaşı, sol-mərkəzçi müxalifət partiyaları birlikdə hakim sağ-mərkəzçi koalisiya ilə təxminən eyni sayda səs toplaya bilər. Ancaq həm daxili, həm də xarici siyasətin müxtəlif məsələlərinə yanaşmalardakı fərqlər səbəbindən mümkün ittifaq məsələsi hələ də açıq qalır. Hər halda, yerli analitiklərin fikrincə, payızdan etibarən ölkə və siyasi qüvvələr seçkiqabağı mərhələyə daxil olacaq və bu seçki kampaniyasının əsas məsələlərindən bəziləri Ukrayna böhranı və Avropanın yenidən silahlanması olacaq.

İtaliyada respublikanın elan edilməsindən bəri 31 baş nazirin rəhbərlik etdiyi 68 hökumət dəyişib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see393

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see258

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see253

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see250

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see237

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see226

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see224

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see221

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see216

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see210

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see209

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see209

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see207

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see204

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see202

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see200

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see200

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see200

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see186

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri