“Məlumat təhlükəsizliyi, maraqların toqquşması və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlər keçirilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 14 noyabr, AZƏRTAC
“İqtisadiyyat Nazirliyində 2025-cü il üçün korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi və Daxili təhlükəsizlik baş idarəsi tərəfindən "Dövlət vergi orqanlarında etik davranış qaydaları, məlumat təhlükəsizliyi, maraqların toqquşması və korrupsiyaya qarşı mübarizə" mövzusunda onlayn formatda təlim keçirilib. Təlimdə 218 nəfər vergi xidməti əməkdaşı iştirak edib.
Bu barədə AZƏRTAC-a DVX-dən bildirilib. Bundan başqa, 2025-ci ilin ötən dövrü ərzində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində təşkil olunmuş “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda 4 təlimdə “Korrupsiyanın anlayışı, təzahür formaları və ona qarşı mübarizə tədbirləri” mövzusu tədris edilib. Təlimlərə ümumilikdə 84 vergi xidməti əməkdaşı cəlb olunub.
Qeyd olunub ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində DVX tərəfindən dövlət, bələdiyyə və digər büdcə təşkilatlarının əməkdaşları üçün korrupsiya riskləri və korrupsiya halları ilə mübarizə, vergiödəyiciləri üçün isə vergidən yayınma hallarına görə məsuliyyət mövzuları üzrə maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 14 Noyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















