Icma.az
close
up
RU
Məlumat verən xanımı dinləyin, heç olmasa... KÖŞƏ

Məlumat verən xanımı dinləyin, heç olmasa... KÖŞƏ

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu sağ və sol məsələsi elə bir müşküldür ki, hər gün insanların bu müşküldən nə vaxt xilas olacağı barədə düşünməyə bilmirəm. Çünki hər gün metrodayam, eskalatorda qalxıb-enirəm və sağ-sol məsələsi ilə üzləşirəm.

Deməli, bu sağ və sol məsələsi üstündə insanlar bir-biri ilə hər gün dalaşır, bir-birilərini təhqir edir, çiyinlərindən vurur ki, yol ver və sair, ilaxır.

Mən də hər gün bu mənzərələri seyr etmək məcburiyyətində qalıram. Çox vaxt gülümsəyirəm, soruşsanız ki, niyə? Cavab verərəm ki, çünki onlar dalaşarkən, bir-birilərini təhqir edərkən, çiyinlərindən vurub “ay qardaş, ay bacı, yol ver” deyərkən məlumat bürosundan da dayanmadan-durmadan bildirilir ki, eskalatorda sağda dayanın, sol tərəfi keçid üçün boş saxlayın. Bax, buna gülməyib, nə edəsən? Amma özümü tez yığışdırmağa çalışıram ki, kənardan baxanlar deyər ki, bunun başı xarab olub, öz-özünə gülür.

Həqiqətən, maraqlı deyilmi? Sizi bilmirəm, mənə çox maraqlı gəlir. Düşünürəm ki, bədbəxtliyə bax ey, insanların əksəriyyəti kardır. Sonra da düşünürəm ki, İlahi, sən bir gör, nələr yaratmısan? İnsanların əksəriyyəti sağı ilə solunu tanımır.

Sonra nə düşünsəm, yaxşıdır? Heç nə. Bu dəfə görürəm ki, məlumatda bu sağ və sol məsələsi təkrarlanır, bunu eşidə-eşidə yanımdakı yenə də yerindən tərpənib qarşımdakı boş yerə keçmir.

O gün iki qadın ta bir-birilərini rüsvay etdilər. Bilmirəm hansının çantası hansına toxunmuşdu, ya hansı yolu kəsmişdi, o biri keçə bilməmişdi, mən enirdim, onlar qalxırdılar. Ta bir-birilərini biabır etdilər. Amma anlaşılırdı ki, məsələ bu sağ və sol məsələsidir.

Qulaqlarıma dedim ki, tez ol, kar ol, eşitmə. Yan-yörəmdəki kişilərdən xeyli utandım, elə bildim ki, o sözlər mənim ağzımdan çıxdı. Çünki qadınıq axı. Özümüzə də, ətrafımızdakılara da hörmət etmək vacibdir. Elə kişilər də...

Hələ dünən eskalatorda az qalmışdı ki, yıxılam. Gənc bir qız solda dayanmışdı, öz yerində, mən də enirdim, ayağını aralı qoyaraq poz verib şəklini çəkirdi. Necə ilişdimsə ayağına, az qalmışdı üzüaşağı gedəm, özümü birtəhər saxladım. Nə deyərdim, insanın gərək dərrakəsi olsun.

Bəli, neçə vaxtdır bu sağ və sol məsələsini də qələmə almaq istəyirdim, həmin görüntülərdən sonra, dedim, bir qələmi bu məsələyə də toxundurum. Onsuz da bilirəm, camaat Tiktoku, Votsapı, İnstagramı qoyub mənim yazımı oxuyan deyil. Amma jurnalistlər bilər bunu, adam görüb yazmayanda özünə rahatlıq tapa bilmir.

Hə, bu sağ və sol məsələsi belədir ki, bunun bir neçə çarəsi var: ya sağ-solumuzu tanımağa çalışmalı, ya məlumat bürosundakı xanımı dinləməli, ya da bir-birimizi təhqir etməklə, çiyinlərimizi yara etməklə məşğul olmalıyıq.

Mən yazdım, vəzifəmi yerinə yetirdim, qaldı oxucular. Dediyim kimi, sosial şəbəkələrdən vaxt tapıb bizim də saytımıza qonaq gələ bilsəniz, oxuyun, bəlkə sağ və solunuzu tanımaqda bu yazının sizə faydası ola bilər...

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri