Icma.az
close
up
RU
Santuş kimi seçəcək? KÖŞƏ

Santuş kimi seçəcək? KÖŞƏ

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Bu gün, saat 16.00-da AFFA-nın inzibati binasında mətbuat konfransı keçiriləcək. Yığmanın baş məşqçisi Fernando Santuş jurnalistlər önünə çıxacaq və qarşıdakı yoldaşlıq oyunları üçün heyət açıqlayacaq.

Bildiyiniz kimi, milli komandamız iyinun 7-də səfərdə Latviya ilə qarşılaşacaq. Bundan üç gün sonra isə Bakıda Macarıstanla gücümüzü sınayacağıq. Bəli, yoxlama görüşlərinin mahiyyəti məhz güc sınamaqdı. Bundan əvvəl Sumqayıtda və Masazırda gücümüzü sınadıq və gördük ki, həmin o güc əslində yox imiş. Haitiylə Sumqayıtda keçirilən oyuna böyük ümidlərlə yanaşırdıq, düşünürdük ki, qonaqlarımız uzaq yoldan gəliblər. Həm də Haiti heç də dünyanın ən güclülərindən sayılmır. Ona görə də onları “gənclik şəhəri”ndə məğlub edəcəyimizə, əziz Novruz bayramının gətirdiyi sevincə sevinc qatacağımıza inanmışdıq. Əksi oldu. Uzaq yoldan gələn qonaqlar qapımıza üç cavabsız top vurdular.
Haitiyə ağır məğlubiyyətdən sonra gözümüz Masazıra dikildi. Burda rəqibimiz son illərdə futbol sahəsində dəyərli tərəfdaşımıza çevrilən Belarus idi. Son vaxtlar Belarusla iqtisadi-siyasi əlaqələrimiz xeyli genişlənib. Belarus prezidenti Aleksandr Lukaşenko hər imkandaca bizi tərifləyir. Elə bu dostluq münasibətləri futbola da sirayət edib. Aşağı yaş qrupları üzrə milli komandalarımız az qala hər ay Minskə yollanır, orda belaruslu həmyaşıdları ilə qarşılaşır. Vaxtaşırı onları da bura dəvət edirik.
Dünyanın futbol xəritəsində adımızın itib-batdığı bu çətin dövrdə belarusların bizə qardaş əli uzatması, bizlə yoxlama görüşləri keçirməsi önəmli hadisədi. Buna görə də Masazırdakı görüşdən öncə də ümidlənmişdik. Deyirdik ki, Minskdən gələn futbol qardaşlarımız xətrimizə dəyməz, Haitiylə oyundan sonra qaralan qanımızı onlar ağardarlar. Qardaş qardaşa nə gündə lazımdı?! Bayram günlərində əvhalımızı düzəltməyən qardaşı neynirik?! Amma yenə yanıldıq. Belarus heç də düşündüyümüz kimi davranmadı. Amansızcasına millimizi məğlub etdilər. Özü də “quru” hesabla.
Bu iki məğlubiyyət bizə bir daha göstərdi ki, Azərbaycan millisinin Fernando Santuşla heç bir perspektivi yoxdu. Məğlubiyyətləri sıralamağımız bir yana, qol vurmağı bacarmayan komandaya portuqaliyalı çalışdırıcı nə öyrədə bilər? Özü də futboldan doymuş, ahıl yaşında nəvələriylə oynamalı olan biri. Bizim neft pulları o qədər şirin, o pulların parıltısı o qədər cazibədardı ki, Santuş da duruş gətirə bilmir. Portuqaliyadakı rahat həyatını qoyub, Bakıya gəlib. Burda elə nəvəsi yaşda olan azərbaycanlı futbolçularla məğlubiyyətləri sıralamaqla məşğuldu. Hər məğlubiyyətdən sonra yeni bir yalan uydurur, azarkeşlərə ümid verməyə çalışır. Lakin unudur ki, biz bu ümidlərdən çoxdan doymuşuq. Berti Foqtsdan üzübəri nağıl eşidə-eşidə, ümid yeyə-yeyə gəlirik. AFFA-nın Azərbaycana gətirdiyi əcnəbi məşqçilərdən az-çox Robert Prosineçki fərqlənirdi. Qalanları hamısı eyni bezin qırağıdı. Fernando Santuşla isə Canni De Byazi arasında xeyli oxşarlıq var.
Bəli, bir fərqi deməyi unutdum. Bu fərq də ondan ibarətdi ki, Santuş yığmanın heyətini mətbuat konfransı keçirməklə açıqlayır. Hər toplanışdan öncə jurnalistləri AFFA-nın inzibati binasına yığır və milliyə çağrılan futbolçuların siyahısını onların qarşısında təqdim edir. “Keçəl Həsən, Həsən keçəl” misalında olduğu kimi, burda da mahiyyət dəyişmir. Guya aşağı-yuxarı eyni futbolçuların milliyə çağırılması barədə məlumatı birbaşa AFFA-nın saytına yerləşdirdin, yoxsa mətbuat konfransında özün açıqladın, nə dəyişəcək? Bununla hücumçularımızın ayağı açılacaq, yoxsa müdafiəçilərimizin etibarlılığı artacaq?
Dəyişməyən bir çox reallıqlar var, dostlar. Əvvəlcə onları dəyişdirməyimiz lazım, sonra başqa şeylər barədə düşünə bilərik. AFFA isə ya bu dəyişiklikləri etməyə qorxur, ya da ümumiyyətlə, dəyişiklik etməyə çalışmağı lazım bilmir.
Santuş kimi seçir-seçsin, yığmaya kimi çağırır-çağırsın, vəziyyətimiz eyni olacaq. Qismətimiz məğlubiyyətdi. Heç qol vurmağa da ümid etməyək. PFL-in saytında başa çatmaq üzrə olan mövsümün statistikasına baxın. Ən məhsuldar futbolçular siyahısında ilk “beşlik”də yerli futbolçu yoxdu, 8-ci sırada olan Nəriman Axundzadə cəmi 9 qol vurub. Çempionatın isə 35 turu arxada qalıb. Acı və dəhşətli reallıqdı. Bu reallığın fonunda Santuşun yığmaya kimləri çağırmasının nə əhəmiyyəti var?!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 May 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see279

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see247

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see246

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see235

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see215

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see214

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see211

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see209

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see205

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see204

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see204

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see200

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see199

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see193

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see174

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see173

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see169

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see167

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see162

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri