Memardan AAYDA ya sərt sözlər: “Saleh Məmmədovun avtomobilinin mühərriki sıradan çıxsaydı…”
Icma.az, Tribuna saytına istinadən bildirir.
Bakı şəhərinin piyada keçidlərindəki eskalatorların işləməsinə cavabdeh olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məmurlarını yüz minlərlə yaşlı və ictimai nəqliyyatdan istifadə edən sakinlərin problemləri maraqlandırmır. Amma əgər Agentliyin rəhbəri Saleh Məmmədovun bir neçə şəxsi avtomobilindən birinin mühərriki sıradan çıxsa, onda iş tamam başqa cür olardı — dərhal təmir edilərdi.
Tribuna-nın məlumatına görə, bu barədə professor, memar Elçin Əliyev yazıb. O bildirib ki, paytaxtın mərkəzində, “Sahil” metrostansiyasının yanında, Bül-Bül və Zərifə Əliyeva küçələrinin kəsişməsində yerləşən yeraltı keçidin eskalatorları artıq altı aydan çoxdur ki, işləmir:
“Hər gün bu keçiddən istifadə edən bir sakin kimi, yaydan etibarən sadəlövhcə düşünürdüm ki, Formula 1-ə qədər mütləq təmir olunacaq. Amma yox, olunmadı.
Bakı şəhərinin piyada keçidlərindəki eskalatorların işləməsinə cavabdeh olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məmurlarını isə yüz minlərlə yaşlı və ictimai nəqliyyatdan istifadə edən sakinlərin problemləri maraqlandırmır. Amma əgər Agentliyin rəhbəri Saleh Məmmədovun bir neçə şəxsi avtomobilindən birinin mühərriki sıradan çıxsa, onda iş tamam başqa cür olardı — dərhal təmir edilərdi.
İnsanların və şəhərimizin qonaqların problemləri isə onları maraqlandırmır: əsas odur ki, düzgün söz oyunları ilə məşğul olsunlar və “burnunu küləyin istiqamətinə yönəldərək” hərəkət etsinlər”.
Memarın qaldırdığı problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 03 Noyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















