Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Nicat Kazımov oğluna toy etdi Video

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Nəcibənin toyudur Fotolar

Mərhum Xalq artistinin yaxın qohumu imiş

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Məmməd İsmayılın dəfnindəki görüntüyə etirazlara cavab: “Özüm də məzar başında saz çaldım” İLAHİYYATÇI

Məmməd İsmayılın dəfnindəki görüntüyə etirazlara cavab: “Özüm də məzar başında saz çaldım” İLAHİYYATÇI

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, tanınmış şair Məmməd İsmayıl son mənzilə saz havası ilə yola salınıb.

Şair Ehtiram İlham sosial şəbəkədə videogörüntülər paylaşıb.

Dəfn mərasimində saz ifası, ümumiyyətlə, bu qəbildən ifalar dini baxımdan necə qiymətləndirilir? 

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, dəfn mərasimlərində musiqi adət olaraq icazəlidir və İslamda musiqi xurafata düşmədikcə günah sayılmır: “Dəfn mərasimi zamanı musiqi ifa etmək nə savab, nə də günahdır. Bu, sadəcə bir adətdir. Bəzi bölgələr var ki, orada qəbrin üstündə şam yandırır, hətta bir neçə gün çadır qurub otururlar. Yaxud məzarın üstünə şirniyyat, meyvə qoyurlar. Əsasən cənub bölgəsində yas məclislərində mərsiyyə deyilir, sinə vurulur. Yəni hər bölgədə fərqli dəfn adətləri var. Bunlar dinə və milli adətlərə, qanunlara zidd olmadığı təqdirdə, xurafat xarakteri daşımadığı halda yolveriləndir.

Adətləri tamamilə ləğv etmək olmaz. O ki qaldı sırf musiqiyə, İslamda musiqi icazəlidir. Hətta Quranda qiyamət günü mələk İsrafilin Sur çalacağı dəfələrlə deyilir. Allah musiqiyə o qədər önəm verir ki, hətta böyük bir prosesin başlanğıcına da melodiya ilə start verməyi nəzərdə tutub. Peyğəmbərlər də musiqiyə rəğbətlə yanaşıb. Övliya Çələbi yazır ki, Musa Peyğəmbər ney çalardı. Davud Peyğəmbərin gözəl mahnılar oxuduğu deyilir. Həzrət Muhəmməd Məkkədən Mədinəyə köçəndə, mədinəlilər onu dəf, ney sədaları altında nəğmələrlə qarşılamışdılar”. 

Onun sözlərinə görə, sazla ibrətamiz ifa dinə zidd sayılmır: “Doğrudur, dəfn zamanı musiqi ifa etmək dinimizdə yoxdur. Xristianlarda belə ənənələr sonralar meydana gəlib. Türk xalqlarında isə saz, qopuz ifa etmək var. Sazla başqa musiqi alətini qarışdırmaq olmaz. Saz əslində şənlik və kef məclisləri, rəqs etmək üçün deyil. İndi bunu əndazədən çıxarıblar. Saz el ağsaqqallarının, müdrik ulularımızın, Dədə Qorqudun nəsihət və öyüdlərini müşayiət etmək, diqqət çəkmək vasitəsi kimi istifadə olunub. Koroğlu saz çaldırıb rəqs etmirdi, sazla şeir deyib nəsihət verirdi. Hazırda Türkiyədə ələvilər Cəm evində sazla ibadət edirlər, səma ayini icra olunur. Sazın fəlsəfəsi dərindir. Türkün bir neçə milli simvolu var ki, biri də sazdır. Odur ki, dəfn zamanı vəsiyyətə uyğun olaraq dinin tələbləri icra edildikdən sonra saz ifa etmək, brətamiz bir neçə şeir söyləmək olar. Necə ki, bəzi bölgələrdə mərsiyyə oxunur və şeirlər söylənilir. "Ruhani" havası ruhla bağlıdır. Dərin fəlsəfəsi, ilahi mahiyyəti var”. 

İlahiyyatçı digər musiqi alətlərinin ifasını məqbul hesab etmir:

“Çünki ağını çıxarmaq olmaz. Lakin saz olar. Ona görə ki, kökü, mənbəyi, mənası, mahiyyəti, milliliyimizə dəxli var. Müdriklərin vəsiyyətlərində saz var. Zəlimxan Yaqub, Ədalət Nəsibov, Vidadi Babanlı, Məmməd İsmayıl da saz ifası altında dəfn olunublar. Bəzi radikal və mühafizəkar mollalar guya musiqinin haram olduğunu deyirlər. Bu, kökündən böhtan və dinə qarşı iftiradır. Haram olsaydı, Allah İsrafilə Sur ifa etdirməzdi. Demək Tanrı özü də ölümü və dirilişi musiqi ilə həyata keçirir.

Quranın verdiyi məlumata görə, İsrafil bir hava ifa edəndə bütün bəşəriyyət öləcək, müəyyən proseslər baş verdikdən sonra yenidən başqa nəğmə ifa edəcək və hamı diriləcək”. İlahiyyatçı qeyd edib ki, vəsiyyət əsasında saz ifa etmək olar, amma ümumi ənənəyə çevirmək düzgün deyil: “Vəsiyyətə uyğun olaraq saz ifa etmək dinə müxalif deyil. Amma bunu hamı üçün, ənənə şəklinə salmaq da məqsədəuyğun olmaz. Əsasən sazla bağlı dəfn qərb bölgəsində, yaxud Qərbi Azərbaycan əhalisi arasında yayqındır. Şəxsən mənim özümə babam vəsiyyət etmişdi. Vəfat edərkən çata bilmədim, dinimizdə vəsiyyətin icrası vacib olduğu üçün sonra məzarı başında saz ifa etdim. Yaxud əslən Göyçə mahalından olan çox dəyərli bir el ağsaqqalı mənə vəsiyyət etmişdi ki, vəfat edərkən iki hava ifa edim. Mən onun vəsiyyətini yerinə yetirib dini ayinlərdən sonra həmin havaları ifa etdim.

İslamda vəsiyyət əgər haram işlərdən deyilsə, mütləq icra edilməlidir. Dəfn zamanı əndazəni aşmadan, vəsiyyətə uyğun olaraq ibrətamiz şeirlər söyləməklə saz ifa etməyin heç bir maneəsi yoxdur. Əksinə böyük bir ibrətdir, milliliyin simvoludur, dinin də əleyhinə deyil. Lakin hər şey əndazəni aşmayanda dəyər qazanır. Çalışmaq lazımdır ki, bunu ənənəvi hala salmayaq. İstisna hallarda, elə, obaya, folklora, dəyərlərə daha sıx bağlı simaların vəsiyyəti əsasında ifa edilə bilər. Yoxsa bunu ümumi hamı üçün ənənə halına salmaq dinə də, adətlərə də, cəmiyyətin ruhuna da zidd olar”. 
Gülər

“Cebheinfo.az”
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Avqust 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see228

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see180

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see174

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see160

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see150

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see150

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see144

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see142

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see141

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see136

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see136

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see136

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see136

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see135

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see134

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see133

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri