Icma.az
close
up
RU
Məmməd Musayev: Türkdilli ölkələrdəki iqtisadi artım qlobal göstəricini 2 dəfə üstələyib

Məmməd Musayev: Türkdilli ölkələrdəki iqtisadi artım qlobal göstəricini 2 dəfə üstələyib

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

2024-cü ildə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin istehsal etdiyi ümumi daxili məhsulun (ÜDM) məcmu dəyəri 900 milyard ABŞ dollarından çox olub ki, bu da qlobal ÜDM-in 1,7 %-i deməkdir.

"Report" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, eyni zamanda Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayev Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbində bildirib.

Onun sözlərinə görə, ötən il türk dövlətlərinin ümumi iqtisadi artımı 6 % olub ki, bu da qlobal iqtisadi artımı (Dünya Bankı bu göstəricinin 2,7 % olduğunu ehtimal edir) təxminən 2 dəfə üstələyib: "Bu rəqəmlər türk dövlətlərinin davamlı gücləndiyini əyani surətdə sübut edir. Konfederasiyanın türk dövlətlərindəki nümayəndələri də bu tədbirdə iştirak edir və növbəti görüşlərimizin digər üzv ölkələrində keçirilməsi nəzərdə tutulur".

M.Musayev vurğulayıb ki, bu platforma türk dövlətlərinin iş dünyasının bir-birini daha yaxından tanımasına xidmət edəcək: "İnanırıq ki, bu ilin sonuna doğru Türk İnvestisiya Fondunun təsdiq etdiyi ilkin layihələri sizinlə bölüşmək fürsətimiz olacaq. Biz Konfederasiya olaraq türk dövlətlərini təmsil edən qurumlar və iş adamları ilə əməkdaşlığın genişləndirilməsi üçün öhdəmizə düşən vəzifələri yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə və düzgün istifadə edərək türk dünyasının iqtisadi qüdrətinin artması üçün bütün qüvvəmizi səfərbər edəcəyik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Fevral 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri