Məmmədli gölü təhlükə altında Abşeronda göllərin qanunsuz qurudulması İDDİALARI
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son illər Bakı və Abşeron yarımadasında göllərin tullantılar və torpaqla doldurularaq qurudulması halları artmaqdadır. Bu prosesin nəticəsi olaraq bir sıra ərazilərdə su hövzələrinin yerində yaşayış evləri və digər tikililər inşa olunur.
Milli.Az xəbər verir ki, bu tendensiya xüsusilə Abşeron rayonunun Məmmədli kəndində yerləşən Məmmədli gölündə müşahidə olunur.
Yerli sakinlərin sözlərinə görə, son dövrlərdə gölün sahəsi xeyli azalıb və ərazinin məqsədli şəkildə qurudulduğu iddia olunur.
Sakinlər bildirirlər ki, gölün ərazisi qanunsuz olaraq torpaq, daş və məişət tullantıları ilə doldurulur. Onların sözlərinə görə, məqsəd su hövzəsini tamamilə məhv edib ərazini yaşayış sahəsinə çevirməkdir. Dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, rəsmi qurumların bu qanunsuz prosesdən xəbərsiz olması diqqətçəkəndir. Sakinlər həmçinin vurğulayırlar ki, belə işlərin icazəsiz aparılması praktiki olaraq mümkün deyil. Onların iddiasına görə, göl sahəsi doldurulduqdan sonra torpaq satışa çıxarılır və burada evlər inşa edilir.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, bu cür fəaliyyətlər ciddi ekoloji və texniki risklər yaradır. Fərdi yaşayış evi almaq istəyən şəxslər mütləq şəkildə torpaq sahəsinin əvvəlki təyinatını və tarixçəsini araşdırmalıdırlar.
Ekspert əlavə edib ki, əgər ərazi vaxtilə göl, bataqlıq və ya qamışlıq olubsa, gələcəkdə tikililərin çökməsi və deformasiyası kimi problemlər qaçılmaz ola bilər.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 22 Yanvar 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















