Məmmədyarovdan rus casusu iddiası ilə bağlı AÇIQLAMA: Şübhələndiyim şəxslər var...
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Rusiyanın Azərbaycandakı təsir şəbəkəsi ilə bağlı mediada yeni iddialar yayılıb.
Son açıqlamalarda əvvəllər də adı hallanan sabiq yüksək vəzifəli şəxslərlə yanaşı, ilk dəfə gündəmə gətirilən yeni adlar da yer alıb. Hədəf göstərilən şəxslər sırasında sabiq Prezident köməkçisi Əli Həsənov, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev, sabiq xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin keçmiş sədri Oktay Əsədov, mərhum gənclər və idman naziri Azad Rəhimov, eləcə də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı çəkilir.
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Bakıvaxtı.az-a danışaraq yayılan məlumatlarla bağlı münasibət bildirib. O qeyd edib ki, bu cür xəbərlərin arxasında sifarişli maraqlar dayana bilər:
"Deyəsən, kimsə yenə reklam məsələsi ilə məşğuldur. Bu proseslərin sifarişli olduğunu düşünürəm", – deyə Məmmədyarov bildirib.
Onun sözlərinə görə, bu mövzuya tez-tez toxunulmasının səbəbi araşdırılmalıdır:
"Onu öyrənin ki, nəyə görə bu məsələyə tez-tez toxunurlar. Mənim də şübhələndiyim bir nəfər var, amma onu açıqlamağın mənası yoxdur", – deyə sabiq nazir əlavə edib.
Qeyd edək ki, yayılan məlumatlarda təsir şəbəkəsinin mediaya, ictimai-siyasi fiqurlara və müəyyən dairələrə uzandığı iddia olunur.
Əli Hüseynov
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:107
Baxış sayı:107 Bu xəbər 29 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 29 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















