Icma.az
close
up
RU
Memorandumu onlar imzalayıblar Adlar

Memorandumu onlar imzalayıblar Adlar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf iki ölkə arasında əldə olunmuş anlaşma memorandumunu elektron formada imzalayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Axios” portalının jurnalisti Ağ Ev rəsmisinə istinadən özünün “X” sosial şəbəkə hesabında paylaşıb.

Sənədin imzalanmasından dərhal sonra İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, İslam Respublikası və ABŞ nümayəndə heyətləri iyunun 19-da Cenevrədə görüş keçirə bilərlər. O qeyd edib ki, memorandumun imzalanması ilə danışıqların növbəti mərhələsinin ilk raundu başlamış olacaq.

İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai isə bəyan edib ki, Tehran Vaşinqtonla sənədin tam imzalanma mexanizmi barədə yekun qərarı iyunun 15-i və ya 16-da qəbul edəcək. Pakistan Baş naziri Şahbaz Şərif də ABŞ və İranın sazişi rəsmən iyunun 19-da İsveçrədə bağlayacaqlarını elan edib ki, bu məlumat sonradan Vaşinqton tərəfindən də təsdiqlənib.

Xatırladaq ki, “Reuters” agentliyinin yazdığına görə, memorandum layihəsinə Hörmüz boğazının yenidən fəaliyyətə başlaması, İrana qarşı tətbiq edilən neft sanksiyalarının ləğvi, Tehranın nüvə silahı istehsal etməmək və əldə etməmək barədə öhdəliyi, eləcə də Amerika tərəfinin İran limanlarına qoyduğu dəniz blokadasının qaldırılması kimi bəndlər daxildir. Tərəflər arasında yekun sülh müqaviləsi üzərində işlərin 60 gün ərzində tamamlanması planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 İyun 2026 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see269

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see265

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see245

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see240

Naxçıvanda avqust ayı üzrə pensiyalar ÖDƏNİLDİ

08 Avqust 2026 10:58see222

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see216

Fazil Mustafadan hadisə kimi MÜSAHİBƏ: “Onlar səadəti Mehdinin zühurunda axtarır”

08 Avqust 2026 09:24see216

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see206

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see199

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see185

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see180

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see178

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see173

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see173

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see171

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see168

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see168

Məlumatsız informasiya mərkəzi

08 Avqust 2026 09:35see167

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see165

PAŞİNYAN KREMLDƏN İCAZƏ ALINA BİLMƏYİB Bunu təkcə biz yox, ABŞ da görür...

08 Avqust 2026 16:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri