Icma.az
close
up
RU
“Məmur trendi”, “Tiktoker məmurlar” Saffari yazır…

“Məmur trendi”, “Tiktoker məmurlar” Saffari yazır…

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hamıya məlumdur ki, Azərbaycanda məmur obrazının ən yaxşı forması “Çörəkverən” kişi obrazıdır.

Yəni məsələn, bir məmur nə qədər rüşvətxor olursa olsun, hər nə qədər iyrənc əməllər, cinayətlər törədirsə törətsin, necəsə beş-üç manat payladısa, vəssəlam. Daha “Şahsevən azərbaycanlılar” üçün o cür məsələlərin heç bir əhəmiyyəti qalmır.

Ancaq görünür, son illər məmurlar arasında yeni bir trend başlayıb. Buna obrazlı olaraq “Məmur trendi”də deyərdim.

Ya da belə: “Şahsevən azərbaycanlılar üçüj məmur trendi”.

Hal-qəziyyə belədir ki, artıq məmurlarımız solğun divarları, ancaq bir o qədər də işıqlı aurası olan ofislərdən ayda-ildə bir dəfə təmiz havaya çıxmaq qərarı alıblar. Deyirlər, gedək baxaq, görək, camaat hansı formada acından ölür?

Əvvəla, şəxsən mən hər gün çölə-bayıra, bazara zada çıxmadıqlarına görə onlara təşəkkür edirəm. Əgər hər gün çıxsalar, gərək camaatın əsəbi hər güm korlansın. İndiki halda cəhənnəm, bir-iki dəfəni birtəhər yola vermək olar.

Yanlarında bir neçə adam, əllərində kamera və mahiyyətcə artıq tiktoker olan bu məmurlar, öz aləmlərində, guya səmimi məmur, əlçatan insan obrazı yaradırlar.

Ən sevimli yerləri bazar olan bu trendşik məmurların, əslində, elə özləri də mahiyyətcə bazar adamlarıdır.

Daha çox icra başçıları arasında geniş vüsət hal, hələlik bəzi iribuynuzlu məmurlara çox da siraət etməyib. Ancaq ehtimal var ki, onlar da layk zad üçün bu cür “səmimi görüntü” yaratsınlar. Yanasan səni, ay sosial şəbəkə. Bir gör, üzü pünhan, sözü sirli məmurları nə hala saldın? Kabinetlərinin bir neçə kilometrlik radiuslarına düşmək mümkün olmayan bu adamları birbaşa yalandan da olsa vətəndaşın ayağına apara bildin.

Ancaq bu cür hallar doğrudan da səmimidirmi?

Yox, bu məmurlar doğrudan da səmimilik, əlçatanlıq və ən əsası iş görmək istəyirlərsə, deyim.

Səmimiyyət vətəndaşın problemini dinləmək, onun qayğısını anlamaq və həmin problemin həlli üçün real addım atmaqdır.

Azərbaycanda isə vətəndaşla məmur arasında ciddi bir uçurum var. Bu uçurum təkcə sosial məsafədən, yaxud insanların bir-birinə fiziki yaxınlığından ibarət deyil. Bu, həm də etimad, münasibət və əlçatanlıq problemidir.

Vətəndaş çox zaman məmuru öz problemini həll edəcək şəxs kimi deyil, qapısına düşmək, qəbuluna yazılmaq, dəfələrlə müraciət etmək məcburiyyətində qaldığı əlçatmaz bir fiqur kimi görür.

İndi təsəvvür edin, illərdir hansısa məmurun qəbuluna düşə bilməyən, şikayətinə cavab ala bilməyən vətəndaş bir gün onu bazarda, əlində kamera və ətrafında müşayiətçilərlə görür. Bu mənzərə həmin adamda hansı səmimiyyət hissini yarada bilər?

Məmurun bazara getməsi özlüyündə pis hadisə deyil. Əksinə, icra başçısı kabinetindən çıxmalı, rayonun küçələrini gəzməli, bazarına, kəndinə, qəsəbəsinə baş çəkməli, insanların problemlərini yerində öyrənməlidir. Ancaq bunun üçün kamera qarşısında nümayişə ehtiyac yoxdur.

Vətəndaşın problemini həll etmək üçün sosial şəbəkədə video paylaşmaq yox, işləyən idarəçilik mexanizmi lazımdır.

Ən əsası, məmur xalqın arasına qonaq kimi yox, öz vəzifəsinin daşıyıcısı kimi çıxmalıdır. Bazara gedib qiymətləri öyrənmək, satıcının əlini sıxmaq, alıcının yanında dayanmaq bir idarəçinin gündəlik fəaliyyətinin adi hissəsi olmalıdır. Bunun ayrıca hadisəyə çevrilməsi, xüsusi çəkilişlərlə ictimaiyyətə təqdim edilməsi isə artıq başqa suallar doğurur.

Məsələ ondadır ki, bizdə məmurun xalqın arasına çıxması belə bir xəbər hadisəsinə çevrilib.

Halbuki normal idarəçilikdə bu, xəbər deyil, gündəlik iş rejimidir.

Adamlar ən sadə, təbii işini görməli olduğu halda, bu gördükləri işləri də az qala camaata minnət kimi edirlər.

Vətəndaş isə məmurdan bazarda onunla şəkil çəkdirməsini yox, bazarda niyə qiymətlərin bu qədər yüksək olduğunu araşdırmasını gözləyir. Satıcı ilə mehriban söhbət etməsini yox, sahibkarın hansı problemlərlə üzləşdiyini öyrənməsini istəyir.

Kəndliyə gülümsəməsini yox, onun yol, su, qaz, işıq problemini həll etməsini gözləyir.

Bir sözlə, xalq məmurun kameralara necə göründüyü ilə deyil, onun idarəçiliyinin nəticələri ilə maraqlanır.

Nə qədər ki, məmurlar vətəndaşla münasibəti real iş və məsuliyyət üzərində deyil, görüntü və piar üzərində quracaqlar, bu cür videolar səmimiyyət yaratmayacaq.

Əksinə, məmurla vətəndaş arasındakı məsafəni daha da görünən edəcək.

Orxan Saffari
Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Noyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri