Icma.az
close
up
RU
Məmurlar məzarlıqları zəbt edib, özlərinə günbəz tikirlər İlahiyyatçı təmtəraqlı məzarlardan DANIŞDI

Məmurlar məzarlıqları zəbt edib, özlərinə günbəz tikirlər İlahiyyatçı təmtəraqlı məzarlardan DANIŞDI

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün əksər qəbiristanlıqlarda dəbdəbəli məzar daşlarına rast gəlmək mümkündür. Bir çox məzarların üstündə ölən şəxsin heykəli ucaldılır. Əslində, ölkəmizdə məzar daşlarının dəbdəbədən kənar, sadə formada hazırlanması üçün ümumi qaydalar və tələblər var. Lakin bu tələblərə məhəl qoyan yoxdur və hər kəs istədiyi formada, ölçüdə qəbir daşlarını hazırlatdıra bilir.

Bəs dini cəhətdən bu, nə qədər düzgündür?

Mövzu ilə əlaqədar ilahiyyatçı Tural İrfan Redaktor.az-a açıqlamasında bildirdi ki, heykəl və təmtəraqlı qəbir daşlarını məzarların üstündə ucaltmaq İslam dinində israf, bidət, şirk və günah hesab olunur. Yeganə olaraq tanınmış dahi şəxslər, dövlət başçıları istisnadır. Onların məzarını ziyarət etmək üçün insanlar kütləvi axın etdiyindən və həm də tarixi yaşatmaq üçün nəzərə çarpacaq abidə olmalıdır:

"Ümumiyyətlə İslam dini qəbir daşına icazə vermir. Sadəcə nişangah olub məzar tanınsın deyə bir əlamətə icazə verir. İndi heykəl, abidə, talvar tikib kölgəlik düzəldən də var. Məzarlığa girirsən, sanki vahiməli bir cəhənnəm məskəninə daxil olursan. Qapqara daşlar, böyük və hasarlara alınmış qəbirlər... Sanki ölülər durub qaçacaq deyə divar hörüblər. Qara mərməri vaxtilə ermənilər dəb salıb. O, erməni adətidir. Müsəlman qara daş qoymaz. Biz axirətə, öləndən sonra dirilib nura, işığa çıxmağa inanırıq. Qaranlıq dünyada əbədi çürüməyə inanmırıq ki, ölülərin üstünə ermənilər, yezidilər kimi qara daş qoyaq. Daş sadə və adi, özü də ağ rəngdə olmalıdır. Şəkil, filan da lazım deyil. Gərək standart daşlar olsun".

İlahiyyatçının sözlərinə görə, varlılar, məmurlar məzarlıqda böyük yerləri zəbt edirlər. Sonra da öz ölülərinə böyük daşlar qoyurlar, abidə ucaldıb günbəz tikirlər:

"Qəbrin üstündə heykəl qoymaq, oranı ziyarətgaha çevirmək bütpərəstlikdir. Peyğəmbər özü vəsiyyət edib ki, mənim də məzarımı dödr barmaqdan yuxarı qaldırmayın və ziyarətgaha çevirməyin, məscid tikməyin. Yəni bu bir nümunə olmalıdır. Müsəlman ölkələrində Azərbaycandan savayı ikinci bir ölkə yoxdur ki, orada qəbirlərə belə təmtəraqlı, bahalı, böyük daşlar qoyulsun. Bunun səbəbi görməmişlik, yekəxanalıq, özünü gözə soxmaq, pulun - varın köpükləndirilib hətta məzarlıqda belə reklam edilməsi, israf, haram və Allaha üsyandır. Ölü üçün də mənəvi əzabdır. Qəbirlərin üstündə milyardlarla vəsait yatır. Aparıb yığıblar qəbir üstünə qiymətli daşları, qayaları. Bu adət Lut qövmündən keçib. Onlar axirətə inanmırdılar, yalnız bu dünyada əbədi qalmaq üçün özlərinə qayalardan yonma evlər, daşlar, məzarlar düzəldirdilər. Müsəlman gərək sadə olsun, məzarlıqda da kasıblarla bəhsə girməsin. Torpağın altında mənsəb, vəzifə, banklar, pul seyfləri yoxdur. İstənilən adamın dəfnindən bir qədər sonra cəsədi çürüməyə başlayır və həşəratlar bədənini atım - atım edir. Yəni yerin altında çürüyən adama yerin üstünə şöhrət gətirmək üçün daş qoymaq, heykəl ucaltmaq yox, xeyirxah işlər görmək, sədəqə, ehsan vermək, bulaq tikmək, yol çəkmək, yetim oxutmaq lazımdır ki, savab əbədi olsun. Bir sözlə, qəbir üstünə heykəl, qara mərmər daşlar qoymaq haram və küfrdür".

Sevinc İBRAHİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri