Icma.az
close
up
RU
“Mən çox yaxşı bilirəm, bunu kimlər etdirir, siz də bilirsiniz” Samir Abasov

“Mən çox yaxşı bilirəm, bunu kimlər etdirir, siz də bilirsiniz” Samir Abasov

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 16-cı turunda "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb. 

QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil mətbuat konfransında rəqib komandanın azarkeşləri tərəfindən səslənən mənfi şüarlar haqda danışıb:

"Bu, mənim və azarkeşlərin arasında olan bir şeydir. İstəmirəm ki, bu məsələ digərlərinə yayılsın. Futbolda bu cür hallar çox olur. Buna normal yanaşıram. Öz komandalarını dəstəkləyirlər. Bəlkə də, dəstəkləməyin yolu bu idi ki, rəqib komandanın məşqçisini özündən çıxarsınlar. Bu, normaldır. Açığı desəm, karyeram ərzində azarkeşlərlə bağlı səhvlərim olub. Ona görə çalışıram ki, bu məsələlərdə təmkinli olum. Düzdür, oyun vaxtı gözləmədiyim bir şey baş verdi, mən də ona reaksiya verdim. Amma bu, oyunun içində olan bir şeydir və mən bunu yaddan çıxardım. Azarkeşlərin sözlərinin haradan gəldiyini mən çox yaxşı bilirəm. Siz də bilirsiniz. Bu, təmiz olmayan bir şeydir. Çox yaxşı bilirəm ki, bunu kimlər etdirir. Amma dediyiniz təhqirlərlə və ya uşaqlarla heç bir işim yoxdur". 

Mütəxəssis məğlubiyyətin səbəblərindən danışıb: "Açığı deyim, bədbəxtçiliyimiz odur ki, kağız üzərində favoritik. Oyuna yaxşı başlayırsan, etmək istədiyin hər şey alınır. Amma durduğun yerdə rəqibə "hədiyyə" verirsən və qapında qol görürsən. Sonra da sənin fürsətin olur, iki metrlik məsafədən qapıya düşə bilmirsən. Analiz etsək, bütün oyunlarımızda eyni vəziyyətdir. "Şamaxı"nı 2:0 məğlub edirdik. Öz meydanımızda idi oyun və qalib gəlirdik. Sonra isə eyni vəziyyət. Əvvəl demirdim, çünki bu cür oyunu uduzmaq halına gətirdikdən sonra deməyə söz tapmıram. Amma analiz edəndən sonra görünür, nələr baş verir. "Qarabağ"la oyunda da fürsətləri əldən verdik. Bunlardan da əlavə, rəqibə qolu "hədiyyə" edirik. Bütün komanda hər oyunda qapımıza qolu bu cür gətirir. Sonra da ikinci qolu "hədiyyə" etdik. Bundan sonra isə "Neftçi"nin nəyə qadir olduğu üzə çıxır. 

"Sumqayıt" kimi komandalara qol vurmayanda və öz qapında qol gördükdə, başlayırlar qapanmağa. Bu, normaldır və düzdür. Artıq oyunları əks-hücumlara uyğun qurulur. "Neftçi"nin futbolçususansa, bu hallarda üzə çıxmalısan. Keyfiyyətin hesabına. Qol buraxdıqdan sonra əgər ikinci hissədə fürsət yarada bilmirsənsə, artıq bütün suallara cavab tapılır. Əsas odur ki, vəziyyət nəzarətimuz altındadır. Bu oyunlar artıq qabağımızda cizgi yaradır ki, hansı futbolçu ilə yolumuzu davam edib, komanda quracağıq, hansı futbolçular isə artıq "Neftçi"nin yükünü daşıya bilmir. Bu səbəbdən, bəlkə də, xeyirlisi elə budur ki, hər şey aydın olsun. Azarkeş kimi baxanda digər şeylər görsənir. Amma biz səfərdə və evdə oynaya biləcək futbolçuları artıq çözmüşük. Bəzilərinin oyunları səfərə düşəndə tam əksinə çönür. Bu da təzyiqdən irəli gəlir. "Neftçi"də oynayırsansa, bu cür hallar olmalı deyil. Oyundur, hər bir komandanın qapısında qol ola bilər. Amma bundan sonra sən üzə çıxmalısan. Artıq tam şəkil qarşımızdadır. Bu halları aradan qaldıracağıq". 

S. Abasov futbolçularından razı qalmadığını bildirib: "Demək məcburiyyətindəyəm ki, mövqelərə baxsaq, bütün oyunçular eynidirlər. Bu gün hücumçularımız arxası rəqib qapıya oynayan hücumçulardırlar. Yəni sürətli, çevik deyillər. Bunlara görə də oyun qurmağa çalışırıq. Ümumi analiz etsək, komandamızda hər mövqedə eyni şeydir. Bu da belə vəziyyətlərdə məğlubiyyətə gətirib çıxarır. Oyunu dəyişmək çətin olur, çünki ehtiyatdan girən oyunçu da eyni şeyi edir. Bu, gördüyümüz vəziyyətlərdir. 

Amma özümüz üçün artıq oyunçular haqda hər şeyi bəlli etmişik. Sadəcə baş məşqçi kimi bunları dilə gətirib, sonra onları oyuna çıxarmaq çətinlik yaradır. Əsas onu çatdırmaq istəyirəm ki, hamı bilsin, vəziyyət nəzarətimiz altındadır. Bu gün azarkeşlərdə istək ola bilər ki, bəzi futbolçuları göndərək. Amma başa düşün, bunu edə bilmərik. Həmin vəziyyətdə, ayda deyilik. Yavaş-yavaş hər şeyi edəcəyik. Bilirik, hansı vəziyyətdəyik. Oyuna motivasiyasız çıxmamışdıq. Sadəcə bəla odur ki, qol buraxdıqdan sonra təmiz “ölmək”, onun altından çıxa bilməmək, hansı tip futbolçulara xasdırsa, onu bilirsiniz".

O, komandanın psixoloqa lazım olub-olmaması haqda da söz açıb: "Psixoloqa ehtiyacımız yoxdur. Yaxşı dəyişikliklərə ehtiyacımız var. Amma bunlar dərhal baş verən proseslər deyil. Bu vəziyyətdə ən yaxşı nəticə qazanılan futbolçular ola bilər. Oynatmaq istədiyin futbolu hansı futbolçuların dərk etməsini bilmək qazancdır. Bu gün oyuna çox yaxşı başlamışdıq. Görünürdü ki, komandamız oyuna nəzarət edir. Amma “Qarabağ”la matçda da Yuri Matias səhv etdi, qol oldu. Onun altından çıxa bilmirik. Bu gün də Emil Səfərovdan səhv gəldi. Neçə oyundur ki, baş verən prosesdir. Bunun altından çıxa bilməmək bir çox məsələlərlə bağlıdır. Bunlarda dəyişilməlidirlər". 

Mütəxəssis uğursuzluğun səbəblərini bildiyini qeyd edib: "Bilirik, nə var, nə yox. Əsas odur ki, səbəbləri bilirik. Sual veriləndə cavabını bilməsəydim, artıq problem olardı və halımızın sonu olmazdı. Amma bunun sonu var. Nələri kimlərlə edə biləcəyik, onu artıq bilirik".

S. Abasov "Tərk etdiyiniz “Sumqayıt”la bu gün gördüyünüz “Sumqayıt” arasında hansı fərq nədir?" sualına belə cavab verib: "Elə də fərq görmədim. Mən də “Sumqayıt”da olsaydım, "Neftçi"yə qarşı bu cür oyunu seçərdim. Özünüz də görmüsünüz, mən də “Sumqayıt”da işləyəndə “Neftçi”yə bu cür oyunla qalib gəlmişdik. "Neftçi"də ən azından aldığın maaşa görə "bir nömrə" oynamaq borcundur. Keyfiyyətin yaxşı olmalı və topla da daha çox oynamalısan. Oyunu rəqib meydançasına yıxmalısan. Əks-hücumlarda hansı reaksiyanı verə bilən futbolçular, sürət, cəldlik varmı... bunların hamısını çözmüşük".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Dekabr 2024 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri