Icma.az
close
up
RU
Samir Abasov: Mən qarışıq, kiminsə taleyi bilinmir

Samir Abasov: Mən qarışıq, kiminsə taleyi bilinmir

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXXII turunun "Sumqayıt" - "Neftçi" oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- 2 fərqli hissə izləməyimizin səbəbi nədir?

- Belə olduğunu düşünmürəm. Oyunun əvvəlindən diqtə etməyə çalışırdıq. 3-4 dəfə pressinq edəndən sonra topu aldıq. Lakin son qərarlarda düz qərarlar vermədik. Rəqib isə bir hücumla qol vurdu. Bu gün xoşlamadığım məsələ hakimliklə bağlı oldu. Məğlubiyyətdən sonra nəticəyə köklənirik. Ancaq bu gün böyük problem var idi. Başa düşürəm, son vaxtlar üzərimizdə təzyiq çoxdur. Ancaq bu səbəb deyil ki, neqativ ab-hava yaransın. Kimlərsə istədiklərini etməyə çalışır. Hakim bu gün oyunu ələ ala bilmədi. 4-cü hakimlə danışdıq, xahiş etdim ki, sakitik, istəmirik ki, başqa cür qələmə verilsin. Topdaşıyanlar belə bizi tempdən salırdı. Məndə də şübhə var ki, VAR otağına siqnal necə gedir? Birinci dəfə 2-ci qolumuz qeydə alınsaydı, fərqli ola bilərdi. Təmiz qolumuz sayılmadı. İndidən deyirəm, bəlkə yanılıram, çünki mən efirdən epizodu elə gördüm. İmkanlarımız oldu. Futbolçular sağ olsunlar, son vaxtlar üzərimizdə əməlli başlı təzyiq var. Bunun altından çıxmaq çətin idi. Uşaqların haqqı verilməlidir. Bu gün qələbə qazanmalıydıq.

- Heç-heçə olsa da, iki xal itirildi. Avrokuboklarda əlini üzmüş komandanı oyunlara kökləmək çətin olmur?

- Kökləmək çətindir. Kökləndiyimizlə meydandakı iş fərqlidir. Həqiqətən, çətindir. Ancaq nə edək? Bu, futboldur. Dərs çıxarmalı və yaxşı olmalıyıq. Bu gün oturmuş komandaya qarşı oynadıq. Heç kimin xətrinə dəyməsin, "Neftçi" azından oyunçuların maliyyəti ilə fərqlənir. Biz bu gün meydanda otursaq, qınanılacaq. Çünki deyəcəklər ki, pullar verilib. Müdafiəni yarmaqda problemlər var və bunu bilirik. Dəyişmək üçün zaman lazımdır. Problemləri çalışacağıq ki, aradan götürək və daha yaxşı komanda olaq. 

- Bəzi futbolçular özünü sübut etməyə çalışır, bəziləri isə getmələri ilə barışıb sanki...

- Mən qarışıq, kiminsə taleyi bilinmir. "Neftçi"dən göndəriləcəksənsə, deməli səninki bura qədərmiş. Burda oynamaq lazımdır ki, kiminsə xoşuna gələsən. Təslim olmaq lazım deyil.

- Yarımmüdafiə xəttində itkilər var idi. 

- Heyətlə bağlı problem əvvəldən davam edir. Son matçda Emin Mahmudov sıradan çıxdı. Bəlkə, mövsümü bitirdi. Uzun müddət oynamadıqdan sonra özünü çox gücə saldı. Emil Səfərov, Ryo, Quzzo demək olar, mövsümü bitirib. Birinci gündən zədə problemlərimiz dacam edir. Bunlar şikayət deyil, sadəcə dərdimizi deyirik. İlk məşqdən zədələnənlər oldu. Azər Salahlının da həmin məşqdə ayağı qırılmışdı. Heyət quranda problemlərlə üzləşmişik. İnşallah, gələcəkdəki planlarımızda bu problemləri yaşamamağa çalışacağıq. 

- Yeni mövsümlə bağlı hansı hədəflər var?

- Bütün günü işimiz planlar cızmaqdır. Gələcəyin planlarını qurub, üzərində işləyirik. Sirr deyil, futbolçu axtarışları, kollektivdə düzəlməsi məsələlər üzərində işləyərik.

- Abasovun komandaya gələndə hansı vəziyyətdə olduğunu bildiyi deyilirdi. 

- Bu qədərini gözləyirdim. Bilirdik hara gəlirik. Nə olsun bilirdik? Olacaqları təxmin edirdik. Ondan da yaxşı bilirdik ki, nələri tez dəyişə bilərik. Bura gələndə bunları dərk edib, gəlmişik. İstəyimiz daha yaxşı olmaq idi. Bir futbolçu haqda kənardan fikir bildirmək asan olur. Lakin birlikdə olanda görürsən ki, düzəltmək olmur.

Nuh Tarverdiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://sport24.az
archiveBu xəbər 28 Aprel 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri