Icma.az
close
up
RU
Samir Abasov: “Bunları kimin elətdirdiyini bilirəm”

Samir Abasov: “Bunları kimin elətdirdiyini bilirəm”

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XVI turunun "Sumqayıt" - "Neftçi" matçından (2:0) sonra qonaqların baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

- İlk dəqiqədən sona qədər yerli azarkeşlər tərəfindən sizə qarşı tənqidi şüarlar səsləndirildi. Bu gün belə qarşılanmağınız haqda fikriniz necədir?
- Bu, mənimlə azarkeşlərin arasında olan şeydir. Buna müdaxilə olunmağını istəmirəm. Dünya futbolunda belə hallar çox olur. Normal qəbul edirəm. Öz komandalarını dəstəkləyirlər və yolu da bəlkə, bu idi. Açığı, azarkeşlərlə bağlı məşqçilik karyeramda səhvlər olub. Bu, dərs olub və fanatlarla bağlı təmkinli olmağa çalışdım. Oyunun içində olan şeylərdir və artıq bunu unutdum. Bilirəm bunlar haradan irəli gəlir, kimlər elətdirir. Çox yaxşı bilirəm. Futbolda olan şeylərdir. Canları sağ olsun.

- Məğlubiyyətin səbəbini nədə görürsüz?
- Bədbəxtçiliyimiz ondadır ki, kağız üzərində favorit göstərilirik. Oyuna çox yaxşı başlayırıq. Etmək istədiklərimiz də alınır. Bəladır, ya da nədir... Durduğumuz yerdə topu rəqibə hədiyyə veririk və qapımızda qol görürük. Halbuki ondan əvvəl 2 metrdən qapıya düşə bilmirik. Bütün oyunlarda baş verən prosesdir. “Şamaxı”nı 2:0 udurduq. Oyundan sonra bu haqda danışmamışam. Həmin oyunu uduzmaq şəklinə çıxardanda, söz də deyə bilmirəm. 23-24 dəqiqə içərisində 2 qol vurub, 5 real epizodu dəyərləndirə bilmirsən. “Qarabağ”la matçda da Ramil Şeydayevin epizodu oldu. Bu gün də iki metrdən qapıya düşə bilmədik. Oyunu idarə edirik, durduğumuz yerdə topu rəqibə hədiyyə edirik. Hər oyunda bir hədiyyə ilə qapımıza qol gətiririk. Daha sonra ikinci hədiyyə oldu və yenə qapımızda qol gördük. İş də bundan sonra başlayır. Bundan sonra “Neftçi”nin ümumi simasını görürük. “Neftçi” nəyə qadirdir, o üzə çıxır. Bu cür komandalarla görüşdə qol vura bilmirsənsə, qapında qol görürsənsə, rəqib bağlanmağa başlayır. Normaldır və düzgündür. Sən “Neftçi”nin futbolçususan, bütün komandadan danışıram. Bu hallarda üzə çıxmalısan. Qol buraxandan sonra ikinci hissədə epizod yarada bilmirsənsə, bütün suallara burada tapılır. Ən əsası odur ki, bu vəziyyət kontrolumuz altındadır. Bu oyunlar bizim qarşımızda qrafik cızır ki, hansı futbolçu ilə yolumuza davam edəcəyik, hansılarla komanda quracağıq, hansı futbolçu isə “Neftçi”nin yükünü daşıya bilmir. Bilirəm ki, bu sözümə görə tənqid olacam. Bəlkə də, bu oyunlarda xeyirlisi də odur. Biz azarkeş kimi baxanda, başqa cür baxırıq. Amma hətta səfərdə və evdə oynaya biləcək oyunçuları seçmişik. Səfər oyunlarında futbolçumuz 180 dərəcədə dəyişir. Ad çəkmək istəmirəm. Bu da təzyiqdən irəli gəlir. “Neftçi”də oynayırsansa, belə hallar baş verməli deyil.

- Ən çox hücum xəttindən narazısız?
- Xeyr. Deməyə məcburam. Bizim komandada əfsuslar olsun ki, mövqelərə baxsaq, hamısı eyni tipdə olan oyunçulardır. Hücumçularımız arxası rəqib qapıya oynayanlardır. Sürətli hücumçular deyil. Onlara görə də oyun qurmağa çalışırıq. Hər mövqedə olan oyunçular da eyni tipdədir. Bu cür vəziyyətlərdə isə oyunu dəyişmək də çətindir. Çünki həmin oyunçuların əvəzinə meydana daxil olan oyunçu da, eyni şeyi edir. Analiz etdiyimiz, gördüyümüz detallar bunlardır. Bundan dərs çıxarmalıyıq. Bu o demək deyil ki, dərs çıxarıb gələn oyunu udacağıq. Xeyr. Biz gələcəkdə kimlərlə davam edəcəyimizə baxacağıq. Belə davam etməyəcək. Açıq görünən bir şeylər var. Sadəcə baş məşqçi üçün bunları deyib, sonra onları oyuna çıxarmaq çətinlik yaradır. Demək istədiyim odur ki, vəziyyət kontrolumuz altındadır. Biz hansı vəziyyət olduğumuzu bilirik. İnanın ki, oyuna motivasiyasız çıxmamışdıq. Sadəcə bəla odur ki, sən qol buraxdıqdan sonra təmiz “ölmək”, onun altından çıxa bilməmək, hansı tip futbolçulara xasdırsa, onu bilirsiz.

- Bəlkə kollektivə psixoloq dəvət edəsiz?
- Düşünmürəm. Psixoloqa ehtiyacımız yoxdur. Yaxşı dəyişikliklərə ehtiyacımız var. Amma bunlar dərhal baş verən proseslər deyil. Oynatmaq istədiyin futbolu hansı futbolçular dərk edir, onu bilmək qazancdır. Bu gün oyuna yaxşı başlamışdıq. Komandamız oyuna nəzarət edirdi. “Qarabağ”la matçda Yuri Matias səhv etdi, qol oldu. Onun altından çıxa bilmirik. Bu gün Emil Səfərovdan səhv gəldi. Neçə oyundur ki, baş verən prosesdir. Bir çox məsələlərlə bağlıdır.

- Bu gün “Neftçi”dəki oyunçular kluba uyğun deyil. Statistikada ən yaxşı olan Yuri Matias da “Neftçi” səviyyəsində deyil. Qış fasiləsini səbirsizliklə gözləyirsiniz?
- Bilirik də, nə var nə yox. Əsas odur ki, səbəbləri bilirik. Bunun sonu var. Hər şey kontrolumuz altındadır. Nələri kimlərlə edə biləcəyik, onu artıq bilirik.

- Tərk etdiyiniz “Sumqayıt”la bu gün gördüyünüz “Sumqayıt” arasında hansı fərqləri gördüz?
- Elə də fərq görmədim. Mən də “Sumqayıt”da olsaydım, "Neftçi"yə qarşı bu cür oyunu seçərdim. Özünüz də görmüsüz, mən də “Sumqayıt”da işləyəndə “Neftçi”ni bu cür oyunla udmuşuq. "Neftçi"də aldığın maaşa görə "bir nömrə" oynamaq borcundur. Keyfiyyətin yaxşıdır və topla da daha çox oynamalısan. Oyunu rəqib meydançasına yıxmalısan. Əks-hücumlarda hansı reaksiyanı verəcəksən, bunların hamısını çözmüşük.

- “Gözdən çıxardığınız” oyunçular var və onlar bundan xəbərdardır? Bəlkə, onlar bunu bilir deyə, 100 faizini ortaya qoymur...
-  Yaxşı, onlar indi bilir. Bəs, bundan əvvəl nə olmuşdu?

"Zirə"dən darmadağın - YENİLƏNİR "Azəryol" yoxlama oyunu keçirib "Yuventus" Slovakiya millisinin müdafiəçisini istəyir Abasov bu dəfə "Sumqayıt"a qarşı Coşqun qırmızı vərəqə alıb, komandası qələbə qazanıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://apasport.az
archiveBu xəbər 08 Dekabr 2024 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri