Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

“Mən də PFL ilə AFFA nın yola getmədiyini eşitmişəm” Ramin Musayev

“Mən də PFL ilə AFFA nın yola getmədiyini eşitmişəm” Ramin Musayev

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2022-ci ilin iyulunda PFL prezidenti postundan gedən Ramin Musayev artıq uzun müddətdi futbol təsərrüfatında yoxdu. Həmin vaxtdan bəri Novxanıda – bağ evində yaşayır. Təbii ki, futbolda başverənlərlə yaxından maraqlanır.

Onunla söhbətdə bəzi suallara cavab tapmağa çalışıq.
- Necəsiz, hazırda nə işlə məşğulsuz? Sağlıq durumunuz necədi?
- Novxanıda, bağ evində dincəlirəm. Balaca fermamız, qoyun-quzumuz var, onlarla məşğulam. Yaraşıqlı atlarım var, onlarla vaxtımı keçirirəm. Kənddə doğulub-böyümüşəm, kənd həyatına marağım böyükdü. Sağlıq durumumdan narazı deyiləm. Şükürlər olsun.
- Ölkə çempionatını izləyirsizmi? Siz də düşünürsüz ki, “Qarabağ” artıq çempionluğu əldən verib?
- Əlbəttə, izləyirəm, izləməliyəm. 19 ilimi futbola həsr etmişəm. İstəsəm də, istəməsəm də, izləməliyəm. Maraqlı oyunlar gedir, maraqlı çempionat keçirilir.
- “Qarabağ”ın bu mövsüm çempionluq seriyasının qırılmağa yaxın olması Çempionlar Liqasında mübarizəni yaza qədər davam etdirməsi ilə bağlıdı, yoxsa legioner limitinin ləğvi ilə? Belə fikirlər var ki, məhz limitin ləğvindən sonra “Sabah” saysız-hesabsız legioner gətirdi, “köhlən atlar”ı üstələməyi bacardı.
- “Qarabağ”ın çempionluqla vidalaşması... Son oyunlarda, məncə, komanda yorulub. Oyun sayı, səfərlərə gedib-gəlmək. Yayda digər komandalar dincəldi, bunların vaxtı olmadı. Legioner limitinin ləğvi komandalara yox, milli komandaya təsir edəcək, edir. Limitin ləğvi komandaları gücləndirdi. “Sabah” gözəl oyun nümayiş etdirir. Çempionata rəng qatır, gözəllik verir. “Qarabağ” və “Zirə” ilə oyunları çox maraqlı olur. “Qarabağ” da, “Sabah” da özündən zəif komanda ilə xal itirir, bunlar futbolda olan şeylərdi.
- “Qarabağ” rəhbərliyinin müxtəlif turnirlərdə mübarizə aparan komandanın heyətini gücləndirmək üçün real addımlar atmamasıyla bağlı tənqidlə razısızmı?
- Sözsüz, digər komandalar kimi “Qarabağ” rəhbərliyi də istəyər ki, komandaları daha güclü olsun. “Qarabağ” bugünədək sözünü demiş komandadı. İnanmıram ki, rəhbərlik bundan sonra uğur qazanmamaqla barışsın.
- Kubokda hansı komandanı şanslı görürsüz? “Zirə” finala ən yaxın komandadı. Sizcə, sensasiya edib “Qarabağ” - “Sabah” cütünün qalibini məğlub edə bilər?
- “Zirə”nin şansı var, qazana bilər. Niyə də qazanmasın?! Rəqibinin kim olacağını indidən demək çətindi. Amma şansı var ki, kuboku qazansın.
- Ötən il kubokun finalına dəvət olunmadığınıza görə narazılığınızı bildirmişdiz. Bu mövsümün finalına dəvət gözləyirsizmi?
- Kubokun finalına dəvət etmədilər, canları sağ olsun. Ehtiyac da yoxdu heç. Olacaq “toydan sonra nağara”. Çağırsaydılar, indiyədək çağırardılar. Ən çox “Sabah” və “Sumqayıt” klublarından diqqət görmüşəm. Həqiqətən də, çox maraqlı çempionatımız keçir. Sağ olsun PFL-in işçiləri. Elxan müəllimə (PFL-in prezidenti Elxan Səmədovu nəzərdə tutur – red.) də işlərində uğurlar arzulayıram.
- PFL söz düşmüşkən, bu qurumun ləğv oluna biləcəyi ilə bağlı söhbət gəzir. PFL müstəqil şəkildə fəaliyyətinə davam etməli, yoxsa AFFA-nın tərkibində “əriməlidi”?
- Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm. Elə jurnalistlərdən bilmişəm mən də. PFL müstəqil qurum kimi davam etsə, daha yaxşı nailiyyətlər əldə edə bilər. Deyirlər ki, PFL AFFA-nın səlahiyyətlərini icra edir. AFFA-nın işi onsuz da çoxdu. AFFA milli komandalarla məşğul olur, sponsorlar tapır. Biz belə görmüşük. Hakimlər PFL-ə tabe olanda görmüşük çempionatda oyunlar necə idarə olunurdu, qərəz var idimi? Bunların hamısı göz qabağında olub. Əziyyətimiz hədər getmədi. Nəticə verdi. Ədalətli çempionat keçirirdik. Bu gün də ədalətlidi. Amma söz-söhbət var. PFL-in müstəqil fəaliyyət göstərməsi AFFA-nın özünə də xeyirdi. PFL-in bağlanması düzgün deyil. Dünyanın çox ölkəsində PFL fəaliyyətdədi. Bu qurum ləğv olunsa, səlahiyyətləri azalsa, gülünc olar. Hər halda, özləri bilər. Bizim qarışacağımız iş deyil. PFL müstəqil olmalıdı ki, çempionat şəffaf keçirilsin, heç kim deyə bilməsin ki, bu tapşırıqdı, göstərişdi. Bu gün PFL-dən mən də gözləmirəm ki, kiməsə azarkeşlik etsin, dayaq olsun.
(davamı olacaq)
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Aprel 2026 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri