Icma.az
close
up
RU
Mən Etibarı öldürməmişəm Ağır cinayət hadisəsində ziddiyyətli məqamlar

Mən Etibarı öldürməmişəm Ağır cinayət hadisəsində ziddiyyətli məqamlar

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda gənc oğlanı bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Elşən Nəbiyevin cinayət işi üzrə məhkəməsi davam etdirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib:

"Mən ona yaxınlaşanda nalayiq sözlər işlətməyə başladı. Mənə bir az borcu var idi. Onunla üzbəüz 30-35 saniyə dayanmışıq. Mənim ona əlim  dəyməyib, mən verilmiş ittihamı qəbul etmirəm. Vurandan sonra apardıq xəstəxanaya, orada cibimdə 300 manat pul var idi, dedim qurban olum bunu verim, insanı xilas edin, ancaq mümkün olmadı".

Məhkəmə prosesi 27 yanvar tarixinə kimi təxirə salınıb.  

Xatırladaq ki, ötən proseslərdə şahid qismində ifadə verən zərərçəkmiş şəxsin - mərhumun hüquqi varisi Yusif Əliyev hadisəni səhər saatlarında eşitdiyini deyib:

"Etibar Əliyev mənim oğlumdur. Səhər 5-də eşitdim ki, məlum hadisə baş verib. Hadisəni mənə  qonşum xəbər verdi. Birbaşa xəstəxanaya getdim. Oğlumla təqsirləndirilən şəxslə hərhansı bir ədavətin olması ilə bağlı heç bir məlumatım yox idi". 
Digər şahid Nicat Bəhrəmov isə bildirib ki, təqsirləndirilən şəxsi yaxından tanıyıb:

"Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi olaraq çalışıram. Nərimanov rayonunda bizim ailəyə məxsus avtoyuma mərkəzi var idi. Etibar onu məndən icarəyə götürüb işlədirdi. Etibarı yaxından tanıyıram. Polis orqanlarında çalışdığı üçün tanıyırdım. Sonra gördüm ki, icarə haqqını ödəyə bilmir, bağladım. Mənə bir nəfər dedi ki, Elşən adlı şəxs avtoyumanı götürmək istəyir. Ancaq sonradan ondan xəbər çıxmadı. Mən o ərazidən çıxdıqdan sonra eşitdim ki, Elşən orda kafe götürüb işlədir. Həmkarlarımdan eşitdim ki Elşən Etibarı bıçaqla vuraraq qətlə yetirib".

Şahid Vüsalə Həsənova qeyd edib ki, tərəflər arasında mübahisə borc üstündə düşüb:

"Mən Elşənin kafesinin böyründəki kafedə ofisiant olaraq çalışırdım. Axşamlar isə çox vaxt Elşənin kafesinə gedib dostlarla yeyib içirdik. Həmin gün ora gedəndə Elşən mənim masama yaxınlaşdı və sifarişimi verdim. Yemək yeyib araq içdik. Sonradan Etibarla Elşən arasında dava düşdü. Onların hər ikisi içkili idi. Mən sonra səhər açılırdı deyə taksi sifarişi verib gedəndə gördüm ki, onlar mübahisə edə-edə kafenin yaxınlığında olan avtoyuma məntəqəsinə tərəf getdilər. Mən orda olanda söyüşlü mübahisə edirdilər. Sonra Elşən mənə yığdı ki, Etibarı bıçaqla vurmuşam. Ora gələndə gördüm ki, Etibar kürəyi üstə uzanıb. Etibarda bıçaq yarası görsəm də qan görmədim. Bıçaqda qan izi yox idi və onu sumkama qoydum".

Qeyd edək ki, hadisə 2023-cü  ilin dekabrında paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Araşdırmalarla məlum olub ki, 1975-ci il təvəllüdlü Elşən Nəbiyev şəxsi münasibətlər zəminində 1990-cı il təvəllüdlü Etibar Əliyevi bıçaqlayaraq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Elşən Nəbiyev Firudun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Yanvar 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri