Icma.az
close
up
RU
Mən İlhamın yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...

Mən İlhamın yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Azərbaycanda iki yerin adamları haqqında yazacağımı uzun illərdir, çək-çevir edirəm.

Salyan və Cəlilabad…

İkincinin istedadlı adamlarının özlərinə qarşı etinasız olmaları, birincinin isə laqeydlik bir yana, lazımsız təvazökarlıq sərgiləmələri, əslində, bir ədəbiyyat nümunəsidir.

Salyandan və Cəlilabaddan olan istedadlı adamlar haqqında fundamental təfəkkürümü nə vaxtsa daha ciddi əsərə çevirəcəyəm. Bu öz yerində...

İndi Salyandan olan dostum, yazıçı, İlham Əzizin bu dəqiqələrdə bitirdiyim “Qəvvas” romanı haqqında bir neçə kəlmə demək istəyirəm.

İlham Əziz bu əsəri ilə müasir Azərbaycan ədəbiyyatının yeni roman janrından bir nümunə yaradıb.

Əlbəttə ki, tənqidçilər, peşəkar ədəbiyyatşünaslar, bu əsəri oxuyacaq və öz tənqidi fikirlərini bildirəcəklər.

Mənim isə həm bir dost, həm də həmkar kimi, İlhamın romanı haqqında qeydlərim qısa olacaq.

Mən bir neçə gündür ki, romanı oxumağa başlayandan bəri, İlhamın qəhrəmanı ilə bir yerdəyəm. Onun əsərdə necə addım atacağını düşünürəm.

Hətta, seçimləri ilə bağlı az qala məsləhət də vermək istəyirəm. Özümü Ufada, Rusiyanın ucsuz-bucaqsız şəhərlərində sahibsiz, imkansız, vətənsiz məkanlarda hiss edirəm.

Əsəri oxuduqca, düşünürəm ki, yazıçı mənim arzuladığım qənaətə gələcək.

Nə yaxşı ki, İlham Əziz bu romanda özünə qayıtmağı üstün tutur.

Nə yaxşı ki, Rusiyanın çöllərində itib-batmır.

Nə yaxşı ki, atası ona zəng edir və nə yaxşı ki, o da atasını eşidib Azərbaycana qayıdır.

İlhamın əsərinin timsalında minlərlə Azərbaycan övladı 90-cı illərin məşəqqətli dövründə öz işini, gücünü, torpağını, evini, rayonunu və yurdunu buraxıb Rusiyanın çöllərinə səpələnmişdi.

Onların içərsindən sənəti, peşəsi bilinməyən və küçə “istedadları” ilə görəvləndirilən adamlar da çıxdı.

İlham Əziz “Qəvvas” romanında 90-cı illərin Azərbaycan gəncinin ağır həyat tərzini çatdırır.

Öz ölkəsində uğur qazana bilməyən gənclərin müxtəlif səbəblərdən vətəni tərk edib Rusiya çöllərində tüfeyli həyat tərzi keçirdiyini ifadə edir.

Yazıçı özü də bu həyatın bir parçası kimi proseslərə qatılır və ən qısa zamanda geri dönmək barədə qərar qəbul edir.

İlham Əziz göstərməyə çalışır ki, Azərbaycandan kənarda bu ölkənin vətəndaşlarına həyat yoxdur.

Baş qəhrəman, “İlqar”, hətta, Ufanın ağaclarına, sularına, bir sözlə təbiətinə belə uyğunlaşa bilmir.

Və sonda onun ən böyük arzusu öz doğma torpağına, Salyana qayıtmaq olur.

Xoşbəxtlikdən əsər qəhrəmanın öz kəndinə qayıtması ilə də bitir.

Yaxşı haldır ki, yazıçı əsərdə bizim ənənəvi şəkildə öyrəşdiyimiz obraz davranışlarını təkrar etmir.

Yəni, rus qızları ilə sevişmək, açıq şəkildə eyş-işrət nümunələri sərgiləmir.

Amma mən İlhamın yerinə olsaydım, sonda əsərdəki ismətli “Nataşa”nı özümlə götürüb Azərbaycana gətirərdim.

Elbrus Ərud,

İlham Əzizin “Qəvvas” romanı haqqında






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 May 2026 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri