Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Mən kiçik addımların gücünə inanıram

Mən kiçik addımların gücünə inanıram

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sevinc Əliyeva Türkiyənin Ondokuz Mayıs Universitetində sosial iş ixtisası üzrə tam təqaüdlə təhsil alıb. 10 ildən çoxdur sosial sahədə uşaqlar, gənclər və ailələrlə iş üzrə fərqli istiqamətlərdə fəaliyyət göstərir. Fəaliyyəti əsasən uşaq və gənclərin sosial rifahı, zorakılığa məruz qalmış ailələrin reabilitasiyası, gənclərin inkişaf proqramlarının təşkili üzərində qurulub. Türkiyədə Çocuk Dəstək Mərkəzləri (ÇODEM), Çocuk Hizmətləri Genel Müdürlüyü (ÇOKİM) kimi dövlət qurumlarında sosial işçi kimi çalışıb, "Pasha Holding"in "Əlaçı" layihəsində 18-24 yaş arası gənclərlə mentor kimi fəaliyyət göstərib, onların şəxsi inkişaf və peşə bacarıqlarının gücləndirilməsi istiqamətində təlimlər təşkil edib, Harvard Aspire Leadership Programının qaliblərindən olub. Bir neçə il əvvəl Polşaya gedən Sevinc Əliyeva Erasmus+ proqramının qalibi olaraq Vrotslav şəhərində 10 ay uşaq bağçasında ingilis dili müəllimi və müəllim köməkçisi kimi çalışıb.

Sevinc Əliyeva ilə söhbəti təqdim edirik.

- Sevinc xanım, Azərbaycandan uzaqda yaşamağa qərar vermək çətin olmadı ki?

- Əlbəttə, hər köçün öz çətinliyi var. Mənim heç vaxt Avropada yaşamaq arzum olmayıb. Amma həyat bəzən insanı gözləmədiyin seçimlər qarşısında qoyur. Bu qərarı həm öz inkişafım, həm də ailəmin gələcəyi üçün vermişdim. Düşünürəm ki, uzaqda olmaq bəzən insanı köklərinə daha da yaxınlaşdırır.

- İlk dəfə Polşaya gələndə yad mühit, yad dil, yad simalarla üzləşdiniz. Özünüzü necə hiss edirdiniz?

- İlk dövrlər çox çətin idi. Demək olar ki, bir il evdən çox az hallarda çıxırdım. Dil, mədəniyyət, iqlim - hər şey fərqli idi. Amma zaman-zaman  adaptasiya oldum. Bu müddətdə ən yaxşı dostlarım uşaqlar oldu. Onların təmənnasız sevgisi və işimə olan inamım bütün qorxularımı yavaş-yavaş azaltdı.

- Uşaq bağçasında işləmək qərarını necə verdiniz? Polşaya gələndə bu sahədə işləməyi planlaşdırırdınızmı, yoxsa təsadüfən yaranan fürsət idi?

- Əslində, bu qərar bir qədər təsadüfi oldu. Amma sonra başa düşdüm ki, uşaqlarla işləmək mənim ən güclü tərəfimdir. Mən uşaqlarla sosial iş üzrə ixtisaslaşmışam, buna görə də bu sahə mənim üçün həm maraqlı, həm də inkişaf baxımdan önəmlidir.

- Polşada müəllim kimi işləmək üçün hansı proseslərdən keçməli oldunuz?

- Burada sistem fərqlidir. Əvvəlcə təcrübəçi kimi fəaliyyət göstərdim, daha sonra diplomumu təqdim etdim. Uşaqlarla işləmək üçün müəyyən sertifikatlar tələb olunur. Dövlət bağçalarında işləmək üçün polyak dilini mütləq bilmək lazımdır, özəl və beynəlxalq məktəblərdə isə ingilis dili ilə yanaşı, rus və ya Ukrayna dillərinə üstünlük verilir.

- Burada uşaq bağçasında tədris metodikası Azərbaycandakından nə ilə fərqlənir?

- Polşada uşaqlara daha çox azadlıq verilir. Uşağın fikri, qərarı və marağı öndə olur. Biz burada demək olar ki, hər bir detalı uşaqlarla birgə müzakirə edirik. Müəllimlər heç vaxt kobud və aqressiv davranmırlar. Azərbaycanda isə daha çox böyüklərin fikrinə önəm verilir. Məncə, ideal sistem bu iki yanaşmanın balansında gizlidir.

- Əcnəbi bir ölkədə uşaqlarla işləmək sizə hansı yeni bacarıqları qazandırdı?

- Belə deyə bilərəm: mən səbirli olmağı, fərqli ailə və mədəniyyətlərdən gələn uşaqlara qarşı daha empatik davranmağı inkişaf etdirdim. Hər uşaq yeni bir dünya, yeni bir baxış bucağıdır. Onlarla işləmək mənim üçün həm iş, həm də maraqlı həyat təcrübəsidir.

- Öyrəncilərinizlə Azərbaycan mədəniyyəti haqqında danışmaq imkanınız olurmu?

- Bəli, tez-tez olur. Məsələn, Novruz bayramı zamanı uşaqlarla birlikdə tədbirlər təşkil etmişik. Onlara Azərbaycan nağıllarını danışmaq, rəqslərimizi öyrətmək və milli yeməklərimizi tanıtmaq mənim üçün böyük zövq və qürurdur. Bir dəfə "Azərbaycan həftəsi" keçirmişdik, uşaqlar bayrağımızın rənglərini öyrənib boyamışdılar, mən onlar üçün paxlava bişirib aparmışdım.

- Uşaqlar, onların valideynləri fərqli millətdən olan müəllimlərlə işləməyə necə yanaşırlar?

- Öz təcrübəmə əsaslanıb deyirəm, əvvəlcə maraqla, bəzən tərəddüdlə qarşılayırlar, amma sonra inamlı, güvənli olurlar. Mənim üçün ən böyük sevinc odur ki, valideynlər uşaqlarının evdə məndən danışdıqlarını, adımı çəkib mənim kimi geyinmək istədiklərini söyləyirlər. Uşaqlar üçün millət, din, dil fərqi yoxdur - əgər sevgi görürlərsə, onlar həmin sevgini qaytarırlar.

- Mədəniyyətlər arasındakı fərqlər uşaqların tərbiyəsində hansı rol oynaya bilir?

- Öz təcrübəmdən deyəcəm. Bəzən uşaqlar Azərbaycan adətləri ilə maraqlanırlar. Məsələn, "Siz niyə bayramda tonqal qalayırsınız?" kimi suallar verirlər. Mən belə məqamlardan bir körpü kimi istifadə edirəm - həm öyrədirəm, həm öyrənirəm.

- Polşada müəllim kimi fəaliyyət göstərməyin hansı çətinlikləri var?

- Ən böyük çətinlik ilk illərdə dil baryeri idi. Həmçinin, sistem fərqli olduğu üçün uyğunlaşmaq vaxt alırdı. Amma hər çətinlik özü ilə həm də yeni fürsətlər də gətirir.

- Dil baryerini necə aşdınız?

- Səbir və gündəlik təcrübə ilə. Uşaqlar mənim ən böyük dil müəllimlərim oldular. Onların sevgisi və səmimiyyəti sayəsində polyak dilində ünsiyyət qurmağı öyrəndim.

- Hansı anlar sizə "bəli, bu işi sevirəm" dedirdib?

-  Düzü, hansısa bir anı seçmək çətindir, çünki uşaqlarla işləmək hər gün o hissi yaşadır. Amma elə anlar olur ki... Məsələn, bağçada mətbəxdən çay götürməyə gedəndə uşaqlar uzaqdan məni görüb qaçaraq qucaqlayırlar. Ya da anaları ilə maşında yanımdan keçərkən pəncərədən mənə əl eləyirlər. Bəzən də kiçik bir oyuncağı ciblərinindən çıxarıb "bu hədiyyə sizin üçündür" deyirlər. Bax o anlarda anlayıram ki, necə məsuliyyətli bir öhdəliyim var.

- Gələcəkdə Azərbaycana qayıtmaq planınız varmı?

- Düşünürəm ki, Azərbaycana faydalı olmaq üçün mütləq orada yaşamaq şərt deyil. Mənim yaratdığım "Uşaqlarla sosial iş" kursunun artıq 100 nəfərdən çox məzunu var. Kursumuz ölkədə bu istiqamətdə ilk və yeganə praktiki proqramdır. Kursun əsas məqsədi uşaqlarla çalışan mütəxəssislərə praktik bacarıqlar qazandırmaq, real keyslərlə işləməyi öyrətmək və bilikli, təcrübəli sosial işçilər yetişdirməkdir. Məzunlarımızın əksəriyyəti bu gün müxtəlif təhsil müəssisələrində, QHT-lərdə və dövlət strukturlarında fəaliyyət göstərirlər. Bu təşəbbüs mənim üçün təkcə bir layihə deyil, sosial iş peşəsinin inkişafına doğru atılmış mühüm addımdır. Harada olmağımdan asılı olmayaraq, bu işi davam etdirmək və Azərbaycanın sosial iş gələcəyinə töhfə vermək mənim üçün böyük vəzifələrimdəndir.

- Xaricdə müəllimlik etmək istəyən azərbaycanlılara hansı tövsiyələr verərdiniz?

- Getmək istədikləri ölkənin dilini, mədəniyyətini və sistemini yaxşı öyrənsinlər. Fərqli ola bilər, amma əgər dəyər yaratmaq istəyirsənsə, sənə hər yerdə yer var. Qorxmasınlar, addım atsınlar və inansınlar.

- Günün sonunda sizi ən çox nə motivasiya edir?

- Uşaqların həqiqətən xoşbəxt olmağı və onların inkişafında az da olsa rolumun olduğunu bilmək, dəyişib necə inkişaf etdiklərini görmək, dəyişimin doğrudan da mümkün olduğuna inanmaq. Mən kiçik addımların gücünə inanıram.

- Əgər Polşada uşaqlara bir cümlə ilə Azərbaycanı anlatmalı olsanız, nə deyərdiniz?

- Deyərdim ki, mənim ölkəmi qlobus üzərində tapmaq istəsəniz, görərsiniz ki, o, su içən qartala bənzəyir.

Günel BALAKİŞİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Noyabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri