Icma.az
close
up
RU
Mən ona könüllülərin komandiri deyə müraciət edirdim

Mən ona könüllülərin komandiri deyə müraciət edirdim

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan tarixinin ən parlaq səhifəsi, 200 illik tarixinin zirvəsi olan 44 günlük müharibə nəinki torpaqlarımızın azad olmasını təmin etdi, həm də bu xalqın nəyə qadir olduğunu sübuta yetirdi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının necə böyük ürəyə, cəsarətə, fədakarlığa, həmrəyliyə hazır olduğunu bəyan etdi. Bütün bunların mayasında isə hər əsgərin, zabitin torpaqlarımızı azad etmək, şəhidlik zirvəsində yer tutmaq arzusu vardı.

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: «…bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir».
Müharibə qurbansız ötüşə bilməz. İtirdiyimiz Vətən oğulları şəhidlik zirvəsinə yüksəlməklə torpaq uğrunda can verməyin şərəf işi olduğunu isbat etdilər.
Vətən müharibəsi dövründə Şəki 60 şəhid verdi. Ürəyimiz 60 dəfə dolub-boşaldı. Həm qürurlandıq, həm də kədərləndik. Təskinliyimiz isə onların uğrunda can verdikləri bu torpağın əbədi olaraq bütöv, suveren və qüdrətli bir dövlətə çevrilməsi, dünyada söz sahiblərindən biri olmasıdır.

Son zamanlar şəhidlər, qazilər, Vətən müharibəsi ilə bağlı sənət əsərləri yaradılır. Özünü bu torpağın övladı sayan hər kəs bu qəhrəmanların xatirəsini anmaq üçün müxtəlif janrlarda əsərlər, filmlər yaradırlar. Onlardan biri də, deyərdim ki, ən uğurlulardan sayılan «Könüllülərin komandiri» filmidir. Taleh Urfansoy və komandasının ərsəyə gətirdiyi bu sənədli film canını torpağa fəda edən bir oğulun qısa həyatına, döyüş yoluna işıq salır.

Həmin dövrdə mən SHXÇDX-nin Şəki rayon şöbəsində rəis vəzifəsində işləyirdim. Filmin qəhrəmanı əsgər Toğrul Nağıyevi yaxşı xatırlayıram. İyul hadisələri zamanı cəbhəyə getmək istəyən könüllülərdən öncülü idi. Tez-tez şöbəyə gəlirdilər. Başına topladığı özü kimi könüllülər adından müraciət etmişdi. Mən ona "könüllülərin komandiri" – deyə müraciət edirdim. Cəbhəyə yola düşəcəyi günü səbirsizliklə gözləyirdi. Aramızda xoş bir ünsiyyət yaranmışdı. Şəhid olması xəbərini eşidəndə, – arzusunun zirvəsinə yüksəldi, – dedim. Çünki onun söylədiyi "Bir can ki, Vətənə fəda olmayacaq, ondan nə sahibinə, nə də başqasına fayda olmaz" sözləri hələ də qulağımdadır.

Onu deyim ki, film qəhrəman əsgərin həyat yolunu böyük həssaslıq və bacarıqla tamaşaçıya təqdim edir. Şəhid Toğrulun döyüş yolu, onun qısa həyatı, Əntiqə ananın xatirələri ekranda bir-birini əvəz etdikcə, sanki o günləri yenidən yaşadıq, həyəcan, qələbə dolu o gərginlikləri, şəhidlik zirvəsinə yüksələn əsgərlərimizi torpağa tapşırdığımız anları bir daha xatırladıq. Filmin ssenarisi mükəmməl, döyüş səhnələri və epizodlar canlı və aktyor oyunları inandırıcıdır. Bu, bəlkə də onunla bağlıdır ki, ssenari müəllifi Taleh Urfansoy Vətən müharibəsi qazisidir və filmin qəhrəmanı Toğrulun döyüş yoldaşıdır.

Belə bir filmi ərsəyə gətirdikləri üçün Taleh Urfansoy və komandasına minnətdarlığımı bildirirəm.

Yalçın SADIQLI,
polkovnik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Yanvar 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri