Icma.az
close
up
RU
Mən otağa girəndə gördüm ki, bacımı boğur... NAMUS İŞİ

Mən otağa girəndə gördüm ki, bacımı boğur... NAMUS İŞİ

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Binəqədi rayonunda bacısını qətlə yetirməkdə təqsirləndirilən Təbriz Qasımovun məhkəməsinin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin hüquqi varisi kimi Xanım Məmmədova təqdim olunub. O, Təbriz Qasımov və Təhminə Qasımovanın anasıdır.

Daha sonra təqsirləndirilən şəxsə ifadə vermək təklif olunub. O, ifadə verməyi rədd edib.

Prosesdə şahidlərin dindiriliməsi mərhələsinə keçilib.

Söz şahid Bəhman Qasımova verilib. B.Qasımov Təbriz Qasımovun qardaşıdır. O da ifadə verməkdən imtina edib.

Bu səbəbə görə, şahidin ibtidai istintaqdakı ifadəsi elan olunub. Onun ifadəsində məlum olub ki, bacısı 3 dəfə ailə həyatı qurub: "Bacım Bakıya gəldikdən sonra onu axtarıb tapıb birlikdə yaşamağa razı saldıq. Qardaşımla bacım yola getmirdi. Buna səbəb bacımın yüngül həyat tərzi keçirməsi idi. O, işə saat 09:00-da gedir, 23:00-da qayıdırdı. Biz bu vaxta qədər harada olduğunu soruşduq. O isə deyirdi ki, rəfiqələri ilə görüşür. Lakin, biz düşünürdük ki, o, yad kişilərlə danışır. Mən onu işdən götürməyə gedəndə bacımın müdürünün maşınına mindiyini gördüm. Ona niyə mənim yox, başqasının maşınına mindiyini soruşdum. Mənə "Əcəb edirəm, öz həyatımdı, özüm bilərəm dedi". Mən də onunla mübahisə etmək üçün bayıra çağırdım. Onu gözləyərkən qardaşım Təbrizlə Vatsap şəbəkəsi ilə danışırdıq. Mənə özünün gəlib danışacağını söylədi. Bundan sonra Təbriz ilə Təhminə otaqda mübahisə edirdilər. Mən otağa girəndə gördüm ki, Təbriz bacımı boğur. Aralamağa çalışdım. Amma artıq Təhminə ölmüşdü. Qardaşım bizə onu öldürmək niyyətim olmadığını söylədi. Bildirdi ki, bacısının yüngül həyat tərzinə görə el içində biabır olmaqdan bezdiyini demişdi. Daha öncə də, Təbriz ona belə davam etsə onu öldürəcəyini söyləmişdi".

Proses fevralın 3-də davam edəcək.

Qeyd edək ki, hadisə iyulun 1-də Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Təbriz Qasımovun şəxsi münasibətlər zəminində bacısı 2004-cü il təvəllüdlü Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb. Təbriz Qasımov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirləndirilib. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov barəsində həbs-qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Yanvar 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri