Mən sehrbaz deyiləm “Ayntraxt”ın baş məşqçisi
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Çox məyusuq. Erkən qol buraxdıq.
"Unikal" xəbər verir ki, bu sözləri Almaniyanın “Ayntraxt” komandasının müvəqqəti baş məşqçisi Dennis Şmitt UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda "Qarabağ"a 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, birinci qoldan sonra komandasının toparlandığını bildirib: "Fasilədə müəyyən danışıqlarımız oldu. Taktiki dəyişikliklər etdik. "Qarabağ" hesabı bərabərləşdirənə qədər üstün idik. Amma rəqib də hücumlar edirdi. Bu matçı analiz edib, qarşıdakı görüşlərə daha yaxşı hazırlaşacağıq. Az vaxtımız var idi, oyunçular meydanda can qoydular, amma bir səhv hər şeyi dəyişdi. Bilirəm ki, futbolçular psixoloji olaraq yaxşı vəziyyətdə deyil. Lakin komandanın yaxşı potensialı var. Nəzərə almaq lazımdır ki, itkilərimiz də var idi. Mən sehrbaz deyiləm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 22 Yanvar 2026 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















