Ayntraxt ın məşqçisi: Hücum futbolu oynamağa da hazırıq
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Ayntraxt" komandası "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilər. Sport24.az xəbər verir ki, bunu Frankfurt təmsilçisində baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmitt deyib.
Mütəxəssis Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb və səfərə yaxşı hisslərlə yollanacaqlarını sözlərinə əlavə edib:
"Bakıda yaxşı oyun sərgiləyə bilərik. Sabahkı görüşə köklənmişik. Düşünürəm ki, əlimizə düşən fürsətlərdən yararlanmalıyıq. Hücum futbolu oynamağa da hazırıq. Müdafiə haqqında çox düşünməyəcəyik. Turnirdə mübarizəni davam etdirmək üçün yaxşı şansımız var".
Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 Yanvar 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















