Icma.az
close
up
RU
“Mən şəxsən yerli mütəxəssislərin gördüyü işlərlə fəxr edirəm” Rəşad Sadıqov

“Mən şəxsən yerli mütəxəssislərin gördüyü işlərlə fəxr edirəm” Rəşad Sadıqov

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Gözlədiyimiz kimi çətin oyun oldu. Rəqib qış fasiləsindən sonra evdə məğlub olmamışdı. Bilirdik ki, “Kəpəz” əzmkar mübarizə aparacaq. Üstünlük yaratmaq üçün əlimizdən gələni etdik. Oyuna yaxşı başladıq. Rəqib bizə oynamağa çox da rahat imkan vermirdi. İkinci hissənin əvvəlində sürəti artırdıq. O dəqiqələrdə qol vurduq. Daha sonra yaxşı əks-hücumlarımız oldu. İkinci qolu vurdsaydıq, bizim üçün daha rahat olardı. Qarşıda bizi 4 oyun gözləyir. Hər matçda yaxşı performans göstərməliyik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Kəpəz” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Avrokuboklarda hansı yeniliklərlə gedəcəksiz?

– Avropa Liqası üçün 3 komandanın şansı var. Hər üç komanda sona qədər mübarizə aparacaq. Qarşımıza qoyulan hədəf avrokuboklar idi. Medal qazanaraq bunu etmək sevindirici haldır. İkinci yeri tutmaq istəyirik. Necə olacağını zaman göstərəcək. “Araz-Naxçıvan” sona qədər təslim olmayacaq.

– Qurban Qurbanov və siz uzun müddətdir bir komandada işləyirsiz. Niyə digər klublarımız baş məşqçilərə bu qədər çox şans vermir?

– Klublarımız daha çox yerli məşqçilərə güvənir. Mən şəxsən yerli mütəxəssislərin gördüyü işlərlə fəxr edirəm. Hamını bir-bir qeyd edə bilərəm. Göstərdikləri iş qürurvericidir.

– Avrokuboklarda hədəfiniz nə olacaq?

– Bu gün bir tur keçəndə uğur sayılır. Bunun da səbəbi reytinqimizin aşağı olmasıdır. Reytinqimizi gücləndirməliyik ki, ilkin mərhələlərdə uyğun rəqiblər olsun. Cırmaqlaya-cırmaqlaya reytinq xalları toplamalıyıq. Avrokuboklarada uğur əldə etmək asan deyil. Bu il üzərimizdə təzyiq olacaq. Çünki, keçən il pley-off mərhələsinə yüksəlmişdik. Hər şeyi zaman göstərəcək. İstəyərik ki, güclənək. Bu gün klubun bizə yaratdığı şəraitdən razıyam. Bir az da güclənə bilsək, yaxşı olar. Bu həftədən yavaş-yavaş işlərə başlayacağıq. Dünən avrokuboklarda iştirakımız təsdiqlənəndən sonra maraqlandım ki, Konfrans Liqasında ilk oyun nə vaxtdır. Hazrda bizim üçün prioritet çempionatda ikinci yeri tutmaqdır.

– Ötən mövsüm “Zirə” daha praqmatik oynayırdı. Bu mövsüm isə həm naxımlı oyun var, həm də nəticə. Oyun fəlsəfənizi komandaya aşılaya bilmisiz?

– Keçən il kim bizdən yaxşı oynayırdı? Hamı nəticə qazanmaq istəyir. Hamımız istəyirik ki, həm gözəl futbol oynayaq, həm də nəticələrimiz yaxşı olsun. Bu il risk etdiyimiz məqamlar daha çoxdur. Hərşeyin vaxtı var. Mənim üçün “Qarabağ”, Qurban Qurbanov bir məktəbdir. İnşallah biz də bir gün o səviyyəyə gələrik. Həm nətəcələrimiz yaxşı olar, həm oyunumuz hamını məmnun edər. Futbolçularımdan çox razıyam. Ötən mövsümü 8-9-cu yerdə bitirən klublardan futbolçular transfer etmişik. Biz iddialı transferlər etməmişik. Gücümüzə, imkanlarımıza uyğun yaxşı komanda formalaşdırmağa çalışırıq.

– “Zirə” nə vaxt yüksək məbləğlər ödəyib transferlər edə biləcək?

– Vacib olan odur ki, transfer etdiyin futbolçular uğurlu olsun. Bu il kiçik büdcə ilə çox uğurlu transferlər etmişik. Bəlkə də böyük pullar xərcləsəydik, belə uğurlu olmazdı. Bəzən elə oyunçular olur ki, heyətinə qatmaq istəyirsən, amma istədiyi məbləği verə bilmirsən. Nə vaxtsa elə imkanlarımız olar, biz də bahalı transfelər edərik. Amma bu gün də rəhbərlikdən razıyıq.(sportal.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 26 Aprel 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri