Icma.az
close
up
RU
“Şəxsən mənim üçün ən vacib olan ikincilikdir” Rəşad Sadıqov

“Şəxsən mənim üçün ən vacib olan ikincilikdir” Rəşad Sadıqov

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Çox stressli oyun idi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Biz qələbə qazanıb 2-ci yeri təmin etmək, “Turan Tovuz” isə qalib gələrək üçüncülük mübarizəsini davam etdirmək istəyirdi. İlk dəqiqələrdən meydanda böyük aqressiya, intensiv futbol, çoxlu mübarizə göründü. 15-20 dəqiqə sonra yavaş-yavaş oyunumuzu bərpa edib, oyunu bərabərləşdirdik. İkinci hissəyə daha aktiv başladıq, rəqibi əks-hücumda yaxalayaraq qol vurduq. Düşünürəm ki, gözəl və baxımlı qoldur. Qırmızı vərəqədən sonra meydanda tam başqa futbol getdi. Bizə mübarizə aparıb, hesabı qorumaq qalırdı. O dəqiqələrdə futbolçularda amansız mübarizə aparırdılar. Sona qədər inanırdılar, inamlı idilər ki, qol buraxmayacağıq. Amma bilirik ki, “Turan Tovuz” üstünlükdən yaxşı istifadə edən komandadır. Uzun hava ötürmələri, ikinci toplarda da həmçinin. O komponentlərdə də rəqibə uduzmayaraq, vacib qələbə qazanaraq ikinci yeri tutduq. Bu münasibətlə azarkeşlərimizi, futbolçularımızı, klub rəhbərliyini ürəkdən təbrik edirəm. Bizim üçün bu mövsüm ikincilik olduqca önəmli idi. Bir uğuru qazanmaq olur. Amma onu qoruyub-saxlamaq həmişə çətindir. Bu mövsüm bizim üçün daha çətin keçirdi, rəqiblər bizə qarşı daha fərqli oynayırdılar. Şükürlər olsun ki, bu yükün öhdəsindən gəldik. Avrokuboka 2-ci yerlə gedirik. Bu bizi çox sevindirir. Bütün sezonboyu göstərdikləri əzmkarlıq və peşəkarlığa görə, futbolçularıma təşəkkür edirəm. Çox əziyyət çəkirdik. Elə oyun olurdu ki, futbolçumuzun burnu qırılırdı, almacıq sümüyü qırılırdı, çoxsaylı zədələr olurdu. Çətinliklərə baxmayaraq, komandada daim iradə və nəticəyə doğru irəliləyən kollektiv görürdüm. Allaha şükürlər olsun ki, sonda istəyimizə nail olduq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasında 33-cü turda “Turan Tovuz” üzərində qazanılan (1:0) qələbədən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

– Artıq 2-ci yeri təmin etdiniz. Bundan sonrakı oyunlarda rotasiyalar görəcəyik?

– Mütləq şəkildə. Bundan sonrakı müddət avrokuboklara hazırlıq olacaq. Daha çox az oynayanlara şans verəcəyik, çox yorulanları bir az dinləndirəcəyik. Rahatlıqla avrokubok planlarını quracağıq. Avrokuboklara 1-ci, yoxsa 2-ci mərhələdən başlayacağımız artıq kubokun finalından asılıdır. Ya biz, ya da “Sabah” Avropa Liqasına gedəcək. Hər iki komandaya uğurlar arzulayıram. Hər iki komanda Avropa Liqasında ölkəmizi təmsil etməyə layiqdir. Şəxsən mənim üçün ən vacib olan ikincilikdir. “Qarabağ” kimi komandanın yer aldığı çempionatda ardıcıl iki il 2-ci yeri tutmaq vacibdir. Çox ciddi rəqabət getdi. Qış fasiləsindən sonra stabil oynayan, nəticə qazanan komanda idik və sona üç tur qalmış nəticə həll oldu. Amma tam başqa cür də ola bilərdi. Bu mövsüm 2-ci yer bizim üçün uğurdur. 3-cü yer də bizim üçün uğur idi. Kuboku da qazana bilərdik. Amma 2-ci yerin dadı tam başqadır.

– Demək olar ki, indiki məqamda əsas məsələ güclənmək yox, hazırkı heyəti qoruyub-saxlamaqdır?

– Bu heyətlə bağlı ciddi təhlükə yoxdur. Çünki əvvəlcədən işimizi görmüşük. Demək olar ki, bütün futbolçuların müqaviləsi var. Bəlkə 1-2 futbolçuya daha ciddi çempionatlardan ciddi təklif olar. Ola bilsin ki, elə ayrılıqlar olsun. Amma ümumən kollektivi qoruyub-saxlaya biləcəyik. Çünki hər bir futbolçunun müqaviləsi var.

– “Qarabağ” ölkə kubokunun finalında “Sabah”ı məğlub edərsə, “Zirə” Avropa Liqasına yollanacaq. Bunu istəyirsiz?

 – Xeyirlisi olsun. Mən hər zaman xeyirlisini istəmişəm. Hər klub Avropa Liqasında oynamaq istəyər. Çünki ən azından bir məğlubiyyət imkanın olur. Amma ümumən götürsək, biz bilmirik ki, hansı turnirdə qarşımıza hansı rəqib çıxacaq. 

– İndidən avrokuboklarda məqsədiniz bəllidir?

– Bu gün 2-ci yeri təmin etdik. Ötən turda 3-cü yeri təmin etmişdik. Rəhbərliklə bu barədə söhbətimiz olmayıb. Bütün fikrimiz çempionata yönəlmişdi. Bundan sonra görüşəcəyik, danışacağıq, plan tutacağıq. Hər bir klub kimi, biz də imkan qədər çox mərhələ keçmək istəyirik. Necə alınacağını zaman göstərəcək. (sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 02 May 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri