Icma.az
close
up
RU
Menu

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Mənalı alim ömrü...

Mənalı alim ömrü...

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu

Əvvəlcə tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında yerləşən Ulu Öndərin abidəsini ziyarət etmişdir. Masallı şəhər Heydər Əliyev Mərkəzində baş tutan “Tarixə həsr olunmuş ömür: Anar İsgəndərov – 70” adlı yubiley tədbiri Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Tədbirin aparıcısı, Masallı Rayon Güllütəpə kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rövşən Muxtarov Azərbaycan Respublikasının Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, “YAŞAT Fondu” Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Antropologiya üzrə Ekspert Şurasının sədri, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi münasibətilə təşkil edilmiş “Tarixə həsr olunmuş ömür” adlı təntənəli tədbirdə hər kəsi salamlayaraq bildirdi ki, bu gün biz bir ömrün mənalı yoluna nəzər salır, Azərbaycan elminə, tarixinə və ictimai-siyasi həyatına həsr olunmuş zəngin və məhsuldar fəaliyyəti böyük ehtiramla qeyd edirik.

Tədbirin davamında millət vəkili, görkəmli alim, professor Anar İsgəndərovun 70 illik ömür yolunun əsas məqamları, onun elmi-pedaqoji fəaliyyəti, ictimai-siyasi mövqeyi və Azərbaycan dövlətçiliyinə verdiyi dəyərli töhfələr əks olunmuş videoçarx nümayiş olundu.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yubliyarı təbrik edərək bildirdi ki, bu gün yalnız bir yubileyi deyil, eyni zamanda Azərbaycan elminə, təhsilinə və ictimai-siyasi həyatına həsr olunmuş mənalı və zəngin bir ömür yolunu qeyd edirik. Bu əlamətdar yubiley təkcə Anar müəllimin şəxsi ömür yolunun mühüm mərhələsi deyil, eyni zamanda Azərbaycan tarix elmi, milli düşüncə və ictimai fikir üçün də əlamətdar bir hadisədir. Xüsusilə qeyd etmək istərdim ki, Anar İsgəndərov Azərbaycan tarixinin mürəkkəb və taleyüklü dövrlərinin araşdırılmasında, milli yaddaşın qorunması və gənc nəslə düzgün şəkildə ötürülməsində prinsipial mövqe nümayiş etdirmişdir. Bu fəaliyyət ölkəmizdə elmin və milli ideologiyanın inkişafına mühüm töhfədir.20 monoqrafiya, 8 dərs vəsaiti və 350-dən çox elmi məqaləsi nəşr olunmuş, o, 50-dən artıq kitabın elmi redaktoru, elmi məsləhətçisi və rəyçisi olmuşdur. Anar İsgəndərovun ölkə xaricində apardığı elmi və ictimai fəaliyyət Azərbaycan tarixinin, milli kimliyimizin və dövlətçilik maraqlarımızın beynəlxalq səviyyədə tanıdılmasına xidmət edən əhəmiyyətli ziyalı missiyasıdır.O, 2011-ci ildə Castin Makkartinin ön sözü ilə ABŞ-də nəşr olunmuş "Realites of Azerbaijan: 1917–1920" əsəri ilə ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifdir.

Daha sonra millət vəkilləri, Fəzail İbrahimli, Cavanşir Paşazadə, Elman Nəsirov, Məşhur Məmmədov, tarix elmləri doktoru, professor Şikar Qasımov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid Nurlan və İntiqam Əsgərlilərin anası Ziba Əsgərli, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev Anar İsgəndərovun ictimai-siyasi fəaliyyəti, parlamentdəki səmərəli işi, dövlətçiliyimizə verdiyi töhfələr, elmi mövqeyi və ictimai fəaliyyəti haqqında geniş məlumat verərək yubliyara möhkəm can sağlığı və fəaliyyətində yeni nailiyyətlər arzuladılar.

Yekun olaraq söz yubilyar, millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərova verilib. O, tədbirin təşkilinə görə rayon rəhbərinə təşəkkürünü bildirərək qeyd etmişdir ki, Masallı rayonunda anadan olması, bu torpağın mənəvi dəyərləri ilə böyüməsi ilə fəxr edir.

Sonda Masallı rayonunun ictimai-siyasi və elmi həyatında uzunmüddətli, səmərəli fəaliyyəti və 70 illik yubileyi münasibətilə İcra Hakimiyyəti Başçısının 28 yanvar 2026-cı il tarixli, müvafiq Sərəncamı ilə təltif olunmuş İsgəndərov Anar Camal oğluna rayon rəhbəri tərəfindən Fəxri Fərman, həmçinin Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tərəfindən Fəxri Fərman və hədiyyə təqdim edilmiş, xatirə şəkilləri çəkilmişdir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Fevral 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see284

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see280

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see277

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see270

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see260

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see256

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see236

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see227

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see224

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see219

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see213

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see212

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see209

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see209

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see207

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see204

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see197

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see194

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see183

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri