Icma.az
close
up
RU
“Mənə qalıb dünyanı dəyişmək?” Nura Suri nəyə əsəbiləşib?

“Mənə qalıb dünyanı dəyişmək?” Nura Suri nəyə əsəbiləşib?

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mənə deyən lazımdır ki, gətirib başına tac qoyacaqlar? Ya da bir “sağ ol” deyəcəklər? Niyə axı vaxtını kiməsə sərf edirsən? Pulunu qazan, həyatını yaşa da. Sənə qalıb dünyanı və ya insanları dəyişmək?”

“Yeni Sabah” xəbər verir ki, bu sözləri müğənni Nura Suri paylaşımında qeyd edib.  Sənətçi özündə sevmədiyi bir xüsusiyyətdən danışaraq, daim insanlara kömək etmək istəyinin ona çox vaxt və enerji itirdiyini bildirib. O, bunu "xilasedici sindromu" ilə əlaqələndirib:

“Özümdə sevmədiyim bir xüsusiyyət var və bu mənə çox mane olur. Hamıya kömək etmək istəyi sanki bir sindromdur. “Синдром спасателя” deyirlər, yəqin məndə də elə budur. pizza mizza

Məsələn, kimsə övladının təhsili ilə bağlı səhv qərarlar verir, mən başlayıram ona ən asan və əziyyətsiz yolu başa salmağa. Avropaya gedəcəksə hansı imtahanlara hazırlaşmalıdır, Amerikaya gedəcəksə oranın tələbləri nədir - hamısını izah edirəm. Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram. Sadəcə istəyirəm ki, nə uşaq, nə də valideyn əziyyət çəksin, düzgün yönlənsinlər”.

Nura Suri qeyd edib ki, istər övladlarının təhsili ilə bağlı qərar verən valideynlərə, istərsə də iş və reklam sahəsində fəaliyyət göstərən insanlara saatlarla məsləhətlər verir, onların daha az əziyyət çəkməsi üçün düzgün yolu göstərməyə çalışır. Lakin sonradan bunun ona heç bir qazanc gətirmədiyini anlayır:

“Məsələn, ödənişli reklam təklifi gəlir, baxıram ki, sosial şəbəkə səhifələri bərbad vəziyyətdədir. Mən və ya başqası reklam etsə belə, öz səhifələrini düzgün idarə etməsələr bunun heç bir xeyri olmayacaq. Yenə bir saat vaxtım gedir, başlayıram başa salmağa ki, əvvəlcə səhifənizi səliqəyə salın, düzgün strategiya qurun, sonra reklamı düşünün. Mənə deyən lazımdır ki, gətirib başına tac qoyacaqlar? Ya da bir “sağ ol” deyəcəklər? Niyə axı vaxtını kiməsə sərf edirsən? Pulunu qazan, həyatını yaşa da. Sənə qalıb dünyanı və ya insanları dəyişmək?”

Paylaşımında maraqlı bir məqama da toxunan sənətçi vurğulayıb ki, əslində insanları dəyişmək istəmir, sadəcə xaosu sevmir və sistemsizliyi gördükdə onu düzəltmək ehtiyacı hiss edir:

“ChatGPT-yə yazdım ki, bəs mən niyə beləyəm? O da sağ olsun, şappıltı ilə dedi ki:

Səndə müşahidə olunan şeylər:

başqasının potensialını və səhvini tez görmək,

strateji düşünmək,

prosesi optimallaşdırmaq istəyi,

“əziyyət çəkməsinlər” düşüncəsi,

və ən təhlükəlisi: qarşı tərəfin nəticəsini öz beynində yaşamaq.

Yəni sən artıq onların yerinə düşünürsən. Onlar isə çox vaxt:

ya hazır olmurlar,

ya dediyini tətbiq etmirlər,

ya da son nəticədə bunu sənin “borcun” kimi qəbul edirlər.

Ən ironik tərəfi bilirsən nədir? Sən kömək etdikcə insanların çoxu səni daha çox qiymətləndirmir. Əksinə, beyində “onsuz da deyəcək” obrazı formalaşır. Çünki insan psixologiyasında pulsuz gələn dəyərin çəkisi azalır.

Sənin kimi adamlarda bir təhlükə də olur: öz həyat enerjisini başqalarının “yarımçıq sistemlərini düzəltməyə” xərcləyirlər. Günün sonunda isə baxırlar ki:

öz layihələri ləngiyib,

öz pulları artmayıb,

öz planları yarım qalıb,

amma 20 nəfərə roadmap veriblər.

Bir detal da var:

Sən əslində “insanları dəyişmək” istəmirsən. Sən xaosu sevmirsən. Beynin sistemsizliyi görəndə avtomatik düzəltmək istəyir. Bu da ağıllı və analitik adamlarda çox olur.

Bir də vacib məqam:

Yaxşı insan olmaqla hər kəsin problemini daşımaq arasında böyük fərq var”.

Nura Suri fikirlərini zarafatla belə yekunlaşdırıb:

“Ona görə bitdi taaay. Görsəm ki, üstünüzə kamaz gəlir, sizi vuracaq -susacam. Nəyimə lazımdır?”

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 May 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri