Mənə xəyanət etmisən dedi, arvadını döydü Qubada ailə qalmaqalı
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Quba rayonunda kişi qısqanclıq zəminində yaranan mübahisə zəminində arvadını döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. Rayon sakini Əlizaman həyat yoldaşı Rəfiqə (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, onların arasında mübahisənin yaranmasına səbəb qısqanclıq olub. Əlizaman arvadının ona xəyanət etdiyini, başqa münasibəti olmasını bildirib.
Buna görə, onların arasında mübahisə başlayıb. Bundan hiddətlənən ər arvadına qarşı şiddət göstərib. O, əli ilə arvadının müxtəlif nahiyyələrinə zərbələr vuraraq, ona xəsarətlər yetirib.
Faktla bağlı Əlizamanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən Əlizaman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, evinin həyətində həyat yoldaşı Rəfiqə ilə bağda işləyən zaman aralarında mübahisə yaranıb. Onun sözlərinə görə, mübahisə zamanı arvadını vuraraq xəsarətlər yetirib və həmin vaxt orada kənar şəxslər olmayıb.
İş üzrə zərərçəkmiş Rəfiqənin sözlərinə görə, Əlizaman ilə birlikdə həyətlərindəki bağda işləyən zaman qısqanclıq zəminində mübahisə edib: “Bu zaman Əlizamana mənə qarşı xəyanət etdiyini iddia edərək mübahisə başlatdım. Mübahisə zamanı o, mənə xəyanət etmədiyini bildirdi və əsəbləşərək üzərimə gəldi, bədənimin müxtəlif nahiyələrinə əl zərbələri ilə vuraraq xəsarət yetirdi”.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Qadın da ərinə qarşı şikayətçi olmadığını deyib.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Mənə cadu etmisən İDDİASI: keçmiş arvadını o qədər döydü ki, qulağı deşildi
07 Aprel 2026 20:19
Qubada 34 yaşlı kişi arvadını döydü
05 Avqust 2025 11:30
Qubada ər arvadını avtomobilində döydü TƏFƏRRÜAT
13 Yanvar 2026 20:17
Qubada kişi lobyalara görə arvadını amansızcasıına döydü
20 Oktyabr 2026 18:28
Qubada kişi ondan icazəsiz pul götürən arvadını döydü
15 İyul 2026 15:24
Baxış sayı:70
Bu xəbər 01 Sentyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları