Icma.az
close
up
RU
“Məni qeyri qanuni, əsassız ixtisar etdilər” Keçmiş dəmiryoluçu haqsızlıqla üzləşib / MÜRACİƏT

“Məni qeyri qanuni, əsassız ixtisar etdilər” Keçmiş dəmiryoluçu haqsızlıqla üzləşib / MÜRACİƏT

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mən, Vüsal Güləliyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin Xətt Aparat Zalı sexində elektrik mexanki işləyirdim. 2 il öncə Qəzənfər Abdulazimov və onun yaxın dostu Elxan İsmayılov işarəvermə və rabitə xidmətinə rəis təyin  olunandan sonra sahədə kütləvi ixtisarlar baş verməyə başladı. Daha doğrusu, ixtisar adı altında 50 nəfər işçini müxtəlif üsüllarla öz ərizələri ilə işdən çıxmağa məcbur etdilər. Onlardan cəmi 3 nəfər ərizə yazmadı, onları ixtisarla işdən azad etdilər. Onlardan biri də mənəm”.

Hurriyyet.az xəbər verir ki, bu barədə şikayətçinin redaksiyamıza daxil olan müraciətində bildirilir.

V.Güəlilyev daha sonra əlavə edir: “Mənə göndərilən xəbərdarlıq bildirişində deyilirdi ki, bəs, ştatınız ixtisar olunur. Lakin ştatın ixtisarı dedikdə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Yəni bütün elektrik mexanikləri ixtisar edilməli idi. Lakin bu baş vermədi. 

Mən 18 il stajlı dəmiryolçuyam, 38 yaşım, 2 azyaşlı övladım var. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların ixtisar zamanı işdə saxlanılmasına üstünlük verilir. Bütün bunlara və sexdə təqaüdçülər olmasına rəğmən, məni qeyri-qanuni, əsassız ixtisar etdilər. Çünki İnfrastruktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsində qanunvericiliyinə məhəl qoyulmur, hər şey Qəzənfər Abdulazimovun, Elxan İsmayəlovun arzusundan asıllıdır.

O gündən bəri hüquqlarımın müdafiəsi üçün həm Həmkarlar İttifaqına, həmdə Əmək Müfəttişliyinə müraciət etdim. Lakin, bu iki qurum öz vəzifə səlahiyyətlərini yerinə yetirmədiyinə görə, əmək hüquqları kobud şəkildə pozulur.

Əmək Müfəttişliyinə iki dəfə izahat verməyimə baxmayaraq, izahat vermədiyimi bildirərək, işi araşdırmadılar. Dəmiryolçular Müstəqil Həmkarlar ittifaqı komitəsi isə umumiyyətlə müraciətlərimi görməzdən gəldi. Halbuki, Həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı olamalı idi. Əsassız ixtisar ediləcəyimi bildikləri halda, həmkarlar komitəsi heç bir müdaxilə etmədi və məni qeyri-qanuni ixtisar olmağıma göz yumdu.

Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sədr təyin edildikdən sonra, atam onun qəbuluna getdi. Hər şeyi ona izah etdikdən sonra və məsələni araşdırdıqdan sonra cənab sədr Dəmiryolçular Müstəqil Həmkarlar ittifaqı komitəsinə tapşırıq verdi ki, işəgötürən Qəzənfər Abdulazimovdan məni işə bərpa edilməyimi tələb etsinlər. Həmkarlar ittifaqları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUnun 12-ci maddəsinə əsasən, həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var.

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Bədəlovla, oranın hüquqşunası Samir adlı şəxslə və İnfrastruktur Departamentinin həmkar sədri Namaz Nəzərovla dəfələrlə əlaqə saxladım, lakin onlar müxtəlif bəhanələrlə işi həll etməkdən yayınırdılar. Görünür, bunlar nə qanunu, nə də Sahib Məmmədovu saymırlar, sanki bunları rəhbəri AHİK sədri Sahib Məmmədov yox, işarəvermə və rabitə xidmətinin rəisi Qəzənfər Abdulazimovdur.  

Dəfələrlə edilən zənglərdən sonra İnfrastruktur Departamentinin həmkar sədri Namaz Nəzərov mənə dedi ki, “işarəvermə və rabitə xidmətinin insan resursları üzrə aparıcı mütəxəssisi Sevinc Məmmədova ilə əlaqə saxla”. Məndə sevindim ki, yəqin işə bərpa olunuram. Lakin bu qadının mənə dediyi həm gülməli oldu, həm də ağlamalı. Mənə dedi ki, “ CV GÖNDƏR, LAZIM BİLSƏK, SƏNİ ÇAĞIRARIQ”.  Dedim, “siz nə danışırsız, mən bəyəm yeni işçi kimi gəlirəm ki, CV göndərim? Mən 18 il stajlı dəmiryolçuyam, qeyri-qanuni işdən azad edilmişəm, işə bərpa edilməliyəm və mənə məcburi işburaxmaya görə kompensasiyada ödənilməlidir. Lap kompensasiyadan keçdim, mən işə bərpa edilməliyəm”. Elə bunu demişdim ki, dəstəyi asdı. 

Zəng vurdum Dəmiryolçular Müstəqil Həmkarlar ittifaqı komitəsinin hüquqşunası Samir bəyə, dedim Sevinc Məmmədova belə deyir. Gördüm ki, bu da onun dediklərini təkraralayır. Mən də soruşdum ki, yaxşı, bəs Həmkarlar Təşkilatının  burda  rolu nə oldu? CV-ni hər kəs göndərə bilər, bunun üçün həmkar təşkilatına ehtiyac yoxdu. Həm də lap fərz edək ki, mən CV vermək istədim, sayta heç vakansiya yerləşdirilməyib, CV-ni hara göndərməliyəm? Siz məni ələ salmısız? 

Daha deməyə söz tapmadı, ondan sonra zənglərimədə cavab vermir, yanvar ayından bəri göndərdiyim rəsmi ərizəmi də cavabsız saxlayıb. Bu da Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Komitəsinin işi. Bunların adı müstəqildir, müstəqillikdən heç əsər əlamət də yoxdur, tamamilə ADY-nin vəzifəli şəxslərindən asıllı vəziyyətdədirlər. İşçilərin hüquqlarını müdafiə  etmək əvəzinə, işəgötürənə hüquqlarımızı pozmaqda köməklik göstərirlər. Mən 18 ildir Həmkarın üzvüyəm və üzvlük haqqı ödəmişəm, lakin onlardan bu günə kimi nə maddi yardım, nə hüquqlarımın müdafiəsində durmaqlarını görmüşəm. Maddi yardımlar həmişə eyni adamlara verilir, rəhbərliyə yaxın adamalara.

Təəssüf ki, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Komitəsi üçün ADY-də hansısa sahənin rəisi qanundan daha üstündür”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Aprel 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri