Icma.az
close
up
RU
“Məni VAR a çağırmayın” Əliyardan həmkarlarına tapşırıq

“Məni VAR a çağırmayın” Əliyardan həmkarlarına tapşırıq

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev artıq bir neçə gündür ki, gündəmdən düşmək bilmir.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli hakim ölkə kubokunun 1/2 final mərhələsinin ilk görüşləri çərçivəsində keçirilən “Turan Tovuz” – “Zirə” matçında verdiyi qərarlarla diqqətləri üzərinə çəkib. 

O, tovuzluların iki penaltisini verməməklə nəticəyə təsir edən səhvlərə yol verdi. Ötən gün Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da Ağayevin yanlış qərarlar verdiyini təsdiq etdi. Bu səbəbdən təcrübəli FİFA referisi cəzalandırılaraq adı ötən gün keçirilən “Qarabağ” – “Karvan-Yevlax” (7:0) matçının hakimləri siyahısından çıxarıldı. 

Ə.Ağayev son illərdə Azərbaycan futbolunun yetişdirdiyi ən yaxşı hakimdir. O, UEFA-nın ən nüfuzlu yarışlarının qrup mərhələlərinin matçlarına təyinat alır. Elit kateqoriya yolunda irəliləyən hakimin kubok matçında bu cür ciddi səhvlərə yol verməsi əlbəttə ki, anlaşılmaz durum yaradırdı. Maraqlıdır ki, Əliyar Ağayev bir neçə tur öncə “Şamaxı” – “Neftçi” oyununda qonaqların qapısına eyni qayda pozuntusuna görə təyin edilən penaltini də diqqətə almayıb. Həmin görüşdə “Neftçi” tərəfi epizoddan narazı qalsa da, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov qərarın doğru olduğunu təsdiq etmişdi. 

Bütün bu halları nəzərə alaraq, Ə.Ağayev kimi hakimin verdiyi qərar sorğu-sual olunur.  

Əldə etdiyimiz məlumata görə, Ağayev VAR-ın onun qərarlarına müdaxilə etməsini xoşlamır. Azərbaycan çempionatında VAR tətbiq olunmağa başlayarkən o, hakimlərə şərt qoyub. Təcrübəli referi bildirib ki, həmkarlarından heç biri onu VAR monitoruna çağırmasın. 

Ə.Ağayev həmçinin deyib ki, onun meydanda verdiyi qərarlar doğrudur və heç bir qərarının səhv olduğunu düşünmür. 

Məhz təkəbbürlü davranışı hakimin səhvlərinin əsas səbəblərindən biri sayılır. Elə bunları nəzərə alsaq, UEFA kateroqiyalı hakimin bundan öncə də anoloji davranışlar sərgilədiyini bildirməliyik. O, bir neçə dəfə çağırılsa da, ya VAR monitoruna baxmağa getməyib, ya da gedib qərarını yanlış olsa belə, dəyişdirməyib. 

Bu cür hallar hazırda ən yüksək təyinatlar alan hakimimizin ciddi səhvlərə yol verməsinə gətirib çıxarır. Eynilə ötən həftə keçirilən “Turan Tovuz” – “Zirə” (0:2) matçında olduğu kimi. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Aprel 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri