“Məni yox, Əmrahı paylaşırlar”
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Müğənni İzzət Bağırov son konserti ilə bağlı maraqlı açıqlamalar verib.
Axşam.az xəbər verir ki, sənətçi aparıcı Lamiyə Ələkbərovanın qonağı olarkən konsert biletlərinin qısa zamanda tükəndiyini və bunun ardınca ona çoxsaylı zənglər gəldiyini bildirib. İ. Bağırov konsertin təşkilinin baha başa gəldiyini vurğulayıb:
“Konsert biletləri tez bitdi. Başladı zənglər ki, bilet... Gedin, bilet alın. İndi sarayda konsert vermək baha başa gəlir. 70-80 min manata başa gəlir. Bilet alıb dəstək olmalısınız. 10 ildir konsert vermirdim. Buna qədər konsertlərimdə çox əziyyət çəkdim. İndi isə ilk dəfə özümü ulduz kimi hiss etdim. Hər şeyi Nail Naiboğlu etdi, mən isə oxudum”.
Müğənni sənət dostlarından da gileylənib. O, bəzilərinin onun konsertini paylaşmamasından narazılığını ifadə edib:
“Çoxlarını tanıdım. Sənət dostlarımdan mən demədən paylaşmalarını gözləyirdim. Axı mən sizi verilişdə çağırıb tərifləmişəm. Sənət dostum var, baxırdım Əmrahın konsertini paylaşır, məni yox. Əmrah gəlib sənə çox sağ ol deməyəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 19 Noyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















