Icma.az
close
up
RU
Mənim evdə iki övladım böyüyür. Elə paylaşımlar edən insanın dəfnində nə işim var? Rövşən İsax

Mənim evdə iki övladım böyüyür. Elə paylaşımlar edən insanın dəfnində nə işim var? Rövşən İsax

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sosial şəbəkələrdə elə şeylər paylaşan bir insanın dəfnində mənim görünməyim nə dərəcədə düzgündür? Mənim evdə iki övladım böyüyür”.
 

Bu sözləri Manset.az-a açıqlamasında tanınmış rejissor Rövşən İsax bildirib.

Rejissor əlavə edib ki, onun mərhum aktrisa ilə hər hansi bir problemi olmayıb, sadəcə davranışlarına görə ona münasibəti yaxşı deyil:

“Allah rəhmət eləsin, mənim onunla bir prinsipim olmayıb, bir problemim olmayıb, bir davam olmayıb. Sadəcə olaraq, mən fikirləşmişəm ki,mən ora  gedərəm, onun haqqında məndən nəsə soruşarlar, gərək nəsə deyim. Ölən adam haqqında pis nəsə demək mədəniyyətsizlikdir.  Yaxşı da nə deyim? Mən onu dəvət edəndə, çəkiliş müddətində mən o adamdan əksik heç bir hərəkət görməmişəm. O məşhurlaşandan sonra yaşına yaraşmayan hərəkətlər eləməyə başladı. Mən də əlaqəni tamamilə kəsdim. Mən kiməm ki, onun həyatına müdaxilə edim? Deyim, belə eləmə ayıbdır, belə eləmə ayıbdır. "Vicdan Haqqı" serialı bitib və mənim o adamla heç bir vaxt əlaqəm olmayıb.  Nə nömrəsi var məndə, nə onun yaxın ətrafından danışdığım adamlarla heç bir əlaqəm olmayıb. Nə işlə məşğul olub qətiyyən xəbərim olmayıb”.

Rövşən İsax Çimnaz Sultanova haqqında vaxtilə ATV kanalının efirində səsləndirdiyi " Onunla salamlaşmağı özümə ayıb bilirəm" çıxışına da aydınlıq gətirib:

“Allaha and olsun efirimdəki çıxışımdan sonra Çimnaz mənə zəng etməyib. Mən onun haqqında axı əskik bir şey demədim. Dedim ki, mən ona salam verməyi utanıram. Bitdi”.

Tanınmış rejissor sosial şəbəkələrdə Çimnazı məşhurlaşdırdığı üçün onu qınayanlara  da münasibət bildirib:

“Təsəvvür edin ki, çəkildiyi filmə görə aktyor və aktrisaya böyük məbləğdə qonarar verirəm. Həmin şəxslər əldə etdiyi qazancla sonradan gedib hər hansı bir vərdişlə məşğul olurlar. Bu o deməkdir ki, onları pis yola mən çəkmişəm? Bu nə yanaşmadır?”.

Qeyd edək ki, 43 yaşında dünyasını dəyişən aktrisanın dəfninə vaxtilə çəkildiyi “Vicdan haqqı” serialının rejissoru Rövşən İsax və yaradıcı heyətin əksəriyyəti getməyib. Bu da sosial şəbəkədə müzakirələrə səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 16 Yanvar 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see220

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see153

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see134

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri