Icma.az
close
up
RU
Mənsum İbrahimova heyfimiz gəlsin...

Mənsum İbrahimova heyfimiz gəlsin...

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Mənsum İbrahimov, sadəcə, xanəndə deyil, Milli Konservatoriyanın muğam kafedraının müdiridir, professordur. Yəni gördüyü işin ustasıdır, ustadıdır.

Bu qədər şagirdlə işləyib musiqi məktəbində, bu qədər tələbə ilə çalışıb, bu qədər ifaçı yetişdirib. Onların çoxu indi tanınan, sevilən sənətkarlardır. İndiyə qədər bir nəfər də olsun, çıxıb demədi ki, Mənsum İbrahimov obyektiv müəllim deyil. Nə oldu?! Adam bu qədər yerdə çalışıb, operada işləyib, Konservatoriyada işləyib, həmişə obyektiv olub. Amma elə bircə bu IX Muğam Müsabiqəsində qeyri-obyektiv oldu?! İnandırıcı deyil axı. Həm də bu, Mənsum İbrahimovun münsif olduğu birinci muğam müsabiqəsi də deyil. İndiyədək onun qiymətlındirməsi ilə bağlı, ifalara verdiyi şərhlərlə bağlı bir dənə neqativ rəy yoxdur. Çünki belə fakt yoxdur.

Niyə biz belə dəyərli ziyalı insanlara, yüksək sənətin adamlarına qarşı belə amansızıq?!

Mənsum İbrahimov dedi axı, müsabiqə iştirakçıları arasında nə qohumu var, nə tələbəsi. Bu izahat özü də yetərli olmalı idi.

Ancaq, sözün düzü, Mənsum İbrahimovun bir səhvi varsa, o da elə bu izahatı verməyidir. Çünki izahat veriləsi bir durum da yoxdur axı. Lap iştirakçılar arasında qohumu da ola bilərdi, tələbəsi də. Muğam sənəti göz qabağında olan bir sənətdir. Müsabiqə də salonda oturmuş yüzlərlə şahidin, milyinlarla yox, on milyonlarla tamaşaçının, dinləyicinin gözləri önündə keçirilir. Hamı baxır, hamı dinləyir, izləyir. Mənsum İbrahimovun nəsə bir qeyri-obyektiv qiymətləndirməsi olsaydı, bunu hamı görərdi. Beş on nəfər gördü, beş-on milyon insan görmədi?!

Bilirsiniz, biz "tolerantlıq" sözünü çox işlədirik. Amma, belə görünür, özümüzdən başqa, özümüzün olanlarımızdan başqa hamıya qarşı tolerantıq. Bu yaxınlarda bir yazımda da yazmışdım: "Pisə "pis" deməyi pis bacarmırıq, amma yaxşıya "yaxşı" deməyi də yaxşı bacarmırıq". Ya da, az qala heç bacarmırıq.

Proessor Mənsum İbrahimov həmin o yaxşılardandır. Əgər kimsə yaxşıya "yaxşı" demək istəmirsə, bu, o demək deyil ki, "pis" deməlidir.

Hamının hamını sevmək məcburiyyəti yoxdur. Eyni zamanda hamının hamını əsassız olaraq pisləmək öhdəliyi də yoxdur. Zövqlər, meyarlar, yanaşmalar müxtəlif ola bilər. Kimsə kimisə təqdir edə bilər, yaxud tənqid edə bilər; toxunulmaz insan yoxdur. O da ola ictimai şəxs. Ancaq təqdir də, tənqid də əsaslı olmalıdır. Tənqid də olsa, qarayaxma "janr"ında olmayacaq. Hələ Mənsum İbrahimov kimi dəyərli bir sənətkar haqqında heç olmayacaq.

Heyfimiz gəlsin. Milli dəyərlərimizə, qiymətli insanlarımıza heyfimiz gəlsin. Mənsum İbrahimova heyfimiz gəlsin.

Başqa bir şey də demirəm daha...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Sentyabr 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri