Icma.az
close
up
RU
Məntəqə seçki komissiyasının üzvləri: Yanvarda almalı olacağımız əməkhaqqı hələ də verilməyib

Məntəqə seçki komissiyasının üzvləri: Yanvarda almalı olacağımız əməkhaqqı hələ də verilməyib

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Keçmiş məcburi köçkünlərin seçici siyahısını tərtib edən məntəqə seçki komissiyasının üzvləri əməkhaqlarını ala bilməməsindən narazıdırlar.

Bu barədə Oxu.Az-a müraciət edən üzvlərdən biri bildirib ki, yanvarda almalı olduqları əməkhaqqı mart ayı olmasına baxmayaraq verilməyib.

Üzv bildirib ki, hər il bu ödənişlər vaxtında verilirdi:

"Dairə seçki komissiyalarının hər birinin məntəqə seçki komissiyaları var. Həmin komissiyaların 6 üzvü olur. Bu üzvlər seçkilərdən əlavə hər il yanvar ayında seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar 20 gün işdən azad olunaraq seçki məntəqəsinə təhkim olunurlar. 20 gün ərzində kim rəhmətə gedib, kimin 18 yaşı tamam olub, kim hərbi xidmətdədir, kim köçüb başqa yerə gedib və s. bunlar dəqiqləşdirilir. Biz də keçmiş məcburi köçkünlərin siyahısını tərtib edirik.

Bu işdə işlədikdən sonra yenidən öz işimizə qayıdırıq, 20 gün üçün isə bizə Mərkəzi Seçki Komissiyası tərəfindən əməkhaqqı verilir. Hər il alırdıq, bu il isə ala bilmirik.

Bələdiyyə seçkisi keçirilən yerlərdə işləyənlər əməkhaqlarını aldılar. Təhkim olunduğumuz rayonlarda bələdiyyə seçkisi keçirilmədiyi üçün biz ancaq seçici siyahısını tərtib etdik. İşlədiyimiz 20 günün pulu isə hər il verilsə də, bu il verilməyib.

Seçki keçiriləndə onsuz da 2 aylıq ödəniş alırdıq. Seçki keçirilməyəndə isə yalnız 20 gün siyahı tərtib etdiyimiz günün ödənişini almalıyıq, o da verilmir".

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına sorğu ünvanlanıb.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Mart 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see285

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see156

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see147

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see133

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see132

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see132

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see131

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see129

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see129

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see127

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see127

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see126

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see125

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see125

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see124

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

03 Oktyabr 2025 13:10see124

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see124

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see123

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri