Şəmkirdə məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Gəncə, 23 yanvar, Elcan Məmmədov, AZƏRTAC
102 saylı Şəmkir şəhər və 103 saylı Şəmkir kənd seçki dairələrinin məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir.
102 saylı Şəmkir şəhər seçki dairəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən treninqlərdə ümumilikdə 54 seçki məntəqəsindən 324 məntəqə seçki komissiyasının üzvləri iştirak edirlər.
Treninqlər seçki məntəqələrinin sədr, katib və komissiya üzvləri cəlb olunmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılır. Tədris edilən məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.
Həmçinin 103 saylı Şəmkir kənd seçki dairəsindən 48 məntəqə seçki komissiyasının üzvləri də təlimlərə cəlb olunublar.
Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 Yanvar 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















