Icma.az
close
up
RU
Şimal qərb bölgəsində məntəqə seçki komissiyalarının üzvləri seçki günü prosedurları barədə maarifləndirilir AZƏRTAC

Şimal qərb bölgəsində məntəqə seçki komissiyalarının üzvləri seçki günü prosedurları barədə maarifləndirilir AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qax-Balakən-Qəbələ, 19 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar yanvarın 19-da ölkənin şimal-qərb bölgəsində yerləşən rayonların seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər başlayıb. Treninqlər aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 113 saylı Qax-Şəki seçki dairəsinin dairə seçki komissiyasında keçirilən və beş gün davam edəcək treninqlərdə dairənin tərkibinə daxil olan 73 seçki məntəqəsindən 438 nəfər komissiya üzvünün iştirakı nəzərdə tutulur. Məşğələləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunan təlim kursunda iştirak etmiş Qoşqar Paşayev və Coşqun Mirzəbəyov aparırlar.

Treninqlərin birinci günü keçirilən məşğələlərdə dairənin 16 seçki məntəqəsindən 96 nəfər komissiya üzvü iştirak edib. MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan seçki qutusu ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilib.

Dairə seçki komissiyasının sədri Abdukərim Əliyevin verdiyi məlumata görə, dairənin tərkibinə daxil olan 73 seçki məntəqəsinin 60-ı Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir. Seçkilərdə bu dairə üzrə 10 bələdiyyəyə 110 nəfər bələdiyyə üzvü seçiləcək. Bu bələdiyyələrin 8-i Qax, 2-si isə Şəki rayonunun ərazisində fəaliyyət göstərəcək. Qax rayonu üzrə 88, Şəki rayonunun bu dairəyə aid ərazisində isə 22 nəfər bələdiyyə üzvü seçiləcək. Mübarizə aparacaq namizədlərin sayı 260 nəfərdir.

Yanvarın 19-da 110 saylı Balakən seçki dairəsində də aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib. Dairə seçki komissiyasının sədri Vahid Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 4 gün davam edəcək treninqlərdə dairənin tərkibinə daxil olan 46 seçki məntəqəsinin 276 nəfər komissiya üzvü iştirak edəcək. Məşğələlər MSK tərəfindən təşkil olunan treninq kursunda iştirak etmiş Valeh Ocaqverdiyev və Rəcəb Ustayev tərəfindən aparılır. Treninqlərin ilk günündə keçirilən məşğələlərdə 12 seçki məntəqəsi üzrə 72 komissiya üzvü iştirak edib. Seçkilərdə dairə üzrə 11 bələdiyyəyə 123 nəfər bələdiyyə üzvü seçiləcək. Namizədlərin sayı isə 276 nəfərdir.

116 saylı Qəbələ seçki dairəsində də treninqlər MSK tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılır. Dairə seçki komissiyasının sədri Zülfüqar Cəfərovun verdiyi məlumata görə, beş gün davam edəcək treninqlərə dairənin tərkibinə daxil olan 59 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri olmaqla, ümumilikdə 354 nəfər cəlb edilib. Məşğələləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunan təlim kursunda iştirak etmiş Aqil Kərimov və Xalidə Rəsulova keçirirlər. Məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.

Seçkilərdə dairə üzrə 8 bələdiyyəyə 96 nəfər bələdiyyə üzvü seçiləcək. Mübarizə aparacaq namizədlərin sayı isə 177 nəfərdir.

Maarifləndirici treninqlərə bölgədə fəaliyyət göstərən digər seçki dairələrində də start verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Yanvar 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri