Icma.az
close
up
RU
Məntiq: şagirdlərimiz necə iflic edilir? TƏHLİL

Məntiq: şagirdlərimiz necə iflic edilir? TƏHLİL

Icma.az bildirir, Modern.az portalına istinadən.

Hazırda dünyanın inkişaf etmiş təhsil ölkələrində tədrisin əsas məzmun xətlərindən biri şagirdlərdə mühakimə, məntiqi təfəkkürün inkişafı və onun həyati tətbiqinin yüksək səviyyədə həyata keçirilməsidir. 


Bir çox ölkələrdə aparılan kurikulum islahatlarının əsas hədəfi tədrisi yaddaşın yüklənməsi kimi deyil, məntiqi təfəkkürün, analitik bacarıqların, tənqidi mühakimənin inkişaf kodeksləri kimi təqdim etməkdir. 


Azərbaycanda qəbul olunan Kurikulum proqramında tədris prosesində məntiqi  təfəkkürün inkişaf etdirilməsinə aid prinsiplər başqa fənlərin inteqrasiyası əsasında onların məzmunları daxilində müəyyən qədər öz əksini tapıb. Amma bu, çox azdır. Çünki şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi istiqamətində işlər daha sistemli və daha məzmunlu şəkildə həyata keçirilməli, konkret tətbiq moduluna sahib olmalıdır. 

Bizim orta ümumtəhsil məktəblərində isə məntiqi təfəkkürün inkişafı sanki nəzəri-mücərrəd kodeks kimi qavranılır, heç bir konkret tətbiq  funksiyası daşımır. Haşiyə çıxaraq deyə bilərik ki,  məntiqi təfəkkürün inkişafı üçün nəzərdə tutulmuş ayrıca Məntiq fənni yalnız Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, xüsusi istedadlı şagirdlər üçün liseylərdə ayrıca fənn kimi keçirilir. Burada da bu predmet tam yox, yalnız V-VI sinifləri əhatə edir və natamam xarakter daşıyır. 


Maraqlısı da budur ki, Məntiqin ayrıca predmet kimi tədris olunmamasına baxmayaraq şagirdlər üçün Respublika səviyyəsində Lütfi Zadə Məntiq Olimpiadası keçirilir. Maraqlıdır, Məntiq fənni ilə ibtidai şəkildə də olsa hər hansı tanışlığı olmayan şagird bu olimpiadada  cavablandırmanı necə bacaracaq?

Cavab çox sadə: çünki bu olimpiadada eynilə Kenquru Riyaziyyat Olimpiadasında olduğu kimi təqdim olunan suallar demək olar ki, ancaq riyaziyyat fənnini əhatə edir. Məntiqin digər istiqamətləri isə tamamilə kənarda qalır. 

Eləcə də, magistraturaya və dövlət qulluğuna qəbul imtahanlarında 3 əsas istiqamətdən biri də məntiqi təfəkkürə aid salınan suallardır. Lakin burada predmetə aid suallar bir neçə bölməni əks etdirir:


1) Verbal bölmə - Bu istiqamətə  aid olan test tapşırıqları ilə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrədləşdirmə, müxtəlif sözlərin istifadəsində incəlikləri hissetmə qabiliyyəti yoxlanılır; 


2) Qeyri-verbal, fiqurlar - Fiqurlarla bağlı test tapşırıqları vizual məlumatı (fiqur və ya şəkil formasında verilənləri) təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrədləşdirmə qabiliyyətini yoxlayır; 


3) Məntiqi-riyazi bölmə - Bu bölməyə  aid olan test tapşırıqları  praktiki riyazi təfəkkürün inkişaf səviyyəsini, ədədlər arasındakı qanunauyğunluğu aşkar etmək qabiliyyətini qiymətləndirir. Bu bölmədən olan test tapşırıqlarının həlli zamanı  bakalavrların işinin səmərəliliyi müəyyən qədər onların elementar riyazi biliklərinin olmasından asılıdır.

Yuxarıdakı bölgüdən də göründüyü kimi magistratura və dövlət qulluğu imtahanlarında istifadə olunan məntiq üzrə test tapşırıqlarının hər birinin özünün məzmun keyfiyyəti və funksiyası var. Şəxsiyyətyönümlü inkişafın əhatəsində olan şagird məntiqi təfəkkürə aid hər hansı tapşırığı kor-koranə deyil, məhz bu funksionallıqlara sahib olmaq üçün həll etməlidir. Deməli, ümumtəhsil müəssisələrimizdə məntiqi təfəkkürə aid ayrıca bir fənni tədris etməməklə, biz şagirdləri yuxarıdakı üstün kriteriyalardan məhrum etmiş oluruq. 

Şagirdlər nədən məhrum olunurlar?

Məktəblilərdə nəzəri təfəkkür probleminə dair praktiki yanaşmalar kifayət qədər deyil. Bunun pedaqoji fəaliyyət üçün praktiki əhəmiyyəti kiçikyaşlı məktəblilərdə nəzəri təfəkkürün formalaşmasının psixoloji qanunauyğunluqları və mexanizmlərinin tədqiq edilməsinin vacibliyini ortaya çıxarmışdır

Nəzəri təfəkkür üç müxtəlif aspektdə nəzərdən keçirilə bilər:

- əşyaların mahiyyətinin inikası üçün vacib idrak üsulu kimi;


- ümumi, xüsusi və təkcənin tamlığı kimi həqiqi məfhum formalaşdıran təfəkkür tipi kimi;


- məsələ həlli zamanı onun şərtinə bələdləşməni həyata keçirən insanın mürəkkəb fəaliyyəti kimi.

Nəzəri təfəkkür şagirdlərin ən mühüm keyfiyyətlərindən biri kimi:


a) Müstəqil şəkildə müəyyən sual, problemli şərait yarada bilmək qabiliyyətində;


b) Müstəqil şəkildə məsələnin həlli yollarını tapmaq və bunun əsasında müəyyən nəticəyə gəlməsində;


c) Müxtəlif problemlər və onların yaranmasına təsir göstərən amillər haqqında mühakimələr irəli sürmək qabiliyyətində;


d) Mövcud fikirləri, bildiyi qanunauyğunluqları başqa məsələlərə tətbiq edə bilmək bacarıqlarında təzahür edir.

Məntiqi təfəkkürün inkişafı ilə bağlı müstəqil kursun olmaması, bu istiqamətdə beynəlxalq təcrübələrə əsaslanan proqram və onun əsasında tətbiqi metodların demək olar ki, yoxluğu şagirdləri aşağıdakı məziyyətlərdən birbaşa məhrum edir:


    İdraki imkanların nizamlanması;
    Məntiqi mədəniyyət və düşüncə tərzinin formalaşması;
    İdrakı imkanlardan səmərəli istifadənin təmini;
    Müxtəlif elm sahələri ilə bağlı tədqiqat maraqlarının (bacarıqlarının) formalaşması və inkişafı;
    Fikir, mülahizə, fərziyyə, dəlillərə daha məsuliyyətli, tənqidi yanaşma bacarıqlarının stimullaşdırılması.


Məntiqi təfəkkürün yüksək səviyyədə tədrisi və mənimsənilməsi isə təhsilalanlarda bu kimi meyarları formalaşdıracaq:

    İdrakı bacarıq və vərdişləri əldə etmək;
    Mənimsədiklərini yeni sahə və materiallara tətbiq etmək;
    Səbəb-nəticə əlaqələrini qurmaq;
    Örtülü əlaqə və asılılıqları tapmaq;
    Düzgün nəticə çıxarmaq;
    İnformasiyaları təhlil, tərkib inteqrasiya etmək;
    Prosesləri təhlil etməklə nəticələri qiymətləndirmək və proqnozlaşdırmaq;
    Mülahizə yürütməyi bacarmaq, hipotezlər qurmaq;
    İnformasiyanı təşkil və səmərəli istifadə üçün sistemləşdirmək;

Kor-koranə əzbərçilik...

Göründüyü kimi, məktəblərdə məntiqi təfəkkürün inkişafı ilə bağlı aparılacaq sistemli işlər, tədris olunacaq müstəqil “Məntiq” kursu şagirdlərə şəxsiyyətyönümlü inkişaf istiqamətində nə qədər  yardımçı olmaq gücündədir. Orta məktəblərdə aparılan tədris təəssüf ki, bu gün daha çox hər hansı fənnə aid mövzu ilə bağlı informasiyaların kor-koranə əzbərlənməsindən o tərəfə keçmir. Lakin məktəblərdə məntiqi təfəkkürün inkişafı ilə bağlı proseslərin daha da sürətləndirilməsi həm də o fənlərə olan münasibətin dəyişməsinə, onların daha çox həyati tətbiq bacarıqları əsasında öyrənilməsinə səbəb olacaqdır. 

Faydalı metodlar- Onlardan niyə bizdə yoxdu?

Qlobal təhsil dünyasının diqqətdə saxladığı əsas məsələlərdən biri də məktəblərdə məntiqi təfəkkürün artırılması, fənlərin sırf bu istiqamətdə tədrisi metodlarının inkişaf etdirilməsidir. Çağdaş pedaqoji yanaşmada tənqidi mühakimə və problemin həlli zamanı dəqiq qərarların qəbulu təhsilin şagirdlərdə formalaşdırmalı olduğu əsas məsələlərdəndir. 


Hazırda dünyanın bir çox ölkələrində qəbul edilən kurikulum proqramlarının, aparılan kurikulum islahatlarının əsas motivlərindən biri də fənlərarası inteqrasiyada məntiqi təfəkkürün dominantlığını təmin etmək, tənqidi düşüncənin inteqrasiyasını həyata keçirməkdir. Bundan ötrü də xüsusi tədris metodlarından istifadə edilir. Onlara bir nümunə olaraq, Sokrat metodu , yaxud, başqa adı ilə Sokratik dialoq metodu misal göstərə bilərik. Qısaca da olsa, məlumat verək ki, bu metod sual verməklə fəlsəfi düşüncəni və təfəkkürü “işəsalma”, fikirləri qarşılıqlı şəkildə, dialoq formasında sağlam tənqidi mühakimə ilə qarşı tərəfə çatdırmaqdır.  


Qədim yunan filosofu Sokratın  tələbələrinə, eləcə də qarşısındakı hər hansı şəxsə suallar verməklə bilik öyrətməsi metodu dünya pedaqoji nəzəriyyəsində Sokratik dialoq kimi tanınır. Bu metodun əsas məqsədi təkcə yeni bilik, bilinməyən informasiyanın qarşı tərəfə ötürülməsi deyil, həmçinin, onların bu biliklər vasitəsilə yola çıxaraq sağlam mühakimə vərdişlərinə sahiblənməsidir. Bu metod vasitəsilə diqqətin cəmlənməsi, hədəfə fokuslanma, təhlil və qiymətləndirmə, alternativlərin kəşfi, idrakı mühakimə keyfiyyətlərini inkişaf etdirmək mümkündür. 


Bir sıra ölkələrdə tədris prosesində məntiqi təfəkkürün inkişafı ilə bağlı unikal yanaşmalar tətbiq olunur. Lakin ABŞ, Finlandiya, Sinqapur, Yaponiya, Kanada, Hindistan kimi ölkələr bu məsələdə müəyyən dərəcədə fərqlənir. 

Müsbət nümunələr- Məktəblərə bunlar lazım

ABŞ-da əsasən riyaziyyat və dil əsaslı dərslərdə məntiqi mühakimə metodları, tənqidi düşünmə və problemləri həll etməyin üsulları şagirdlərə öyrədilir. ABŞ məktəblərində tətbiq edilən təhsil standartları şagirdlərdən fikirlərini əsaslandırmağı və mürəkkəb situasiyalarda, böhran vəziyyətində məntiqi mühakimənin dolğun tətbiqinə xüsusi önəm verilir. 

Finlandiya məktəblərində şagirdlərin məntiqi təfəkkür bacarıqlarını inkişaf etdirmək üçün Fenomenlərə əsaslanan öyrənmə metodu təklif olunur. Bu metod əsasında tələbələr məntiqi təhlillərə əsaslanan praktiki üsullarla mövzuları təqdim etməyə çalışırlar.

Kanada məktəblərində də məntiqi təfəkkürü inkişaf etdirmək üçün ən zəruri metodlardan istifadə olunur. Lakin bu proqramlar Kanada məktəblərində daha çox riyaziyyat və riyazi əsaslı fənlər, yanaşmalar üçün tətbiq olunur. Amma bu tətbiqlərin də əsas məqsədi müxtəlif vəziyyətlər üçün öyrənilmiş mühakimə vərdişlərini praktiki həyatda istifadə etməkdir. 

Qonşu ölkələrdə də bu istiqamətdə vacib addımlar atılıb və atılmaqdadır. 

Qardaş Türkiyə məktəblərində şagirdlərin məntiqi bacarıqlarının inkişaf etdirilməsi üçün həyata keçirilən işlər çoxşaxəlidir. 2006-cı ildən bu yana Türkiyədə bir çox lisey və peşə təhsili müəssisələrində “Təfəkkürün təhsili” (başqa adla, “Məntiq”)  adlı məcburi dərslər keçirilir. 


Bu dərslərdə problemin həllinə tarixi və sistematik yanaşmaları araşdıraraq tələbələrin tənqidi təfəkkür və məntiqi düşünmə qabiliyyətlərini inkişaf etdirmək məqsədi daşıyır.


O cümlədən, Türkiyə məktəbləri üçün hazırlanan yeni kurikulum proqramlarında məntiqi əsaslandırma və arqumentasiya önəmli rol daşıdığı üçün məntiqi təfəkkürün inkişafı ilə bağlı metodlar da çoxluq təşkil edir. Bunlardan biri də məktəblərdə tədris olunan fəlsəfə fənnidir. Fəlsəfə özü-özlüyündə ilk baxışda ağır məzmun,  akademik cümlələrin toplusu kimi görünsə də, onun tədrisinin əsas məqsədi problemlərin tənqidi əsaslandırılması və məntiqi təhlilidir. 


Son illər bu istiqamətdə ən çox rastlanan prinsip isə məntiqin riyaziyyatla inteqrasiyasının təminatıdır. Doğrudur, ilkin baxışda riyaziyyat və məntiq əlaqələndirilməsi az qala, eyni məzmun kimi görünə bilər. Amma bu, qətiyyən doğru yanaşma deyil, riyaziyyatın kurikulumu, məzmun xətti ilə məntiqin kurikulumu arasındakı spesifik fərqlər hər kəsə məlumdur. Onların inteqrativliyini təmin etmək isə şagirdlərdə məntiqi təfəkkürü riyazi bacarıqlar əsasında inkişaf etdirə biləcəkdir. 

Rusiya məktəblərində isə şagirdlərin məntiqi təfəkkür bacarıqlarının inkişafı əsasən bir istiqamətdə-Riyazi analitik təhlilin inkişafı yönündə aparılır. Kurikulum proqramlarında da əsas diqqət məhz riyazi məntiqin gücləndirilməsi məsələlərinə verilib. 


Rusiya məktəblərində sırf bu məqsədlə həyata keçirilən xüsusi proqram- “Rus Riyaziyyat proqramı” şagirdlərdə problem həll etmə və məntiqi düşünmə bacarıqlarında güclü təməl yaratmağa yönəlmişdir. Bu, tələbələrə riyazi problemlərə məntiqi təfəkkürlə yanaşmağa imkan verir ki, bu da onların ümumi idrak inkişafı üçün çox vacibdi.

Qazaxıstan təhsilində son illərdə aparılan kurikulum islahatları daha çox riyazi intuisiya və  məntiqi təfəkkürün inkişafı üçün nəzərdə tutulub. Burada əsas məqsəd fənlərin tədrisində klassik yanaşmalardan, əzbərçilik, yaddaşın yüklənməsindən imtina edərək, problemlərin həlletmə metodikası istiqamətlərinin inkişafıdır. Ölkədə fəaliyyət göstərən və təhsil nəticələrinə fərqlənən xüsusi məktəblərdə tənqidi təfəkkür və innovativ tədris metodları ön plandadır. 


Həmçinin, Qazaxıstanda məntiqi təfəkkürün inkişafı üçün məşğələlərin böyük həcmi həm də dərsdənkənar fəaliyyətin üzərinə düşür. Burada dərsdənkənar fəaliyyətin təşkili zamanı məntiqi təfəkkürün inkişaf etdirilməsi üçün BMT-nin xüsusi təhsil proqramlarından istifadə olunur. 

Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı
AzEdu.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Aprel 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see128

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see127

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see127

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see124

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see124

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see124

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see123

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see121

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see118

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see118

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see116

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see116

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see116

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see115

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see114

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see114

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see114

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri