Icma.az
close
up
RU
İdmanda xüsusi istedada malik olan şagirdlərimiz az deyil

İdmanda xüsusi istedada malik olan şagirdlərimiz az deyil

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 292 nömrəli orta məktəbin fiziki tərbiyə müəllimi Anar Nəsirov oldu.

O, əvvəlcə özü haqda məlumat verib: "Mən Anar Nəsirov, 05.12.1984-cü ildə Şirvan şəhərində doğulmuşam. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışam. 2012-2018-ci illər ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan Gənclər və İdman İdarəsində İdman işləri üzrə baş məsləhətçi vəzifəsində çalışmışam. 2018-ci ildən indiyədək fiziki tərbiyə müəllimi kimi işləyirəm. Ümumilikdə bu illər ərzində Şirvan şəhər 20 nömrəli tam orta məktəbdə, Hacıqabul rayon Muğan kənd məktəbində, Nərimanov rayonu 82 nömrəli tam orta məktəbdə çalışmışam. Hazırda Xəzər rayonu Binə qəsəbəsi 292 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərirəm".

A.Nəsirov fiziki tərbiyə müəllimliyinin bir çox çətin tərəfinin olduğunu deyib: "Fiziki tərbiyə müəllimi olmağın çətin tərəfləri şagirdlərin təhlükəsizliyini təmin etmək, onları qorumaq, fiziki məhdudiyyətli şagirdlərlə ünsiyyət qurmaq, onların tədrisə cəlb olunmaqlarına çalışmaqdır. Bildiyimiz kimi, 2008- ci ildən indiyədək Azərbaycanda kurikulum təhsil sistemi tətbiq edilir. Həmin vaxtdan digər fənnlər kimi fiziki tərbiyə fənni də təkmilləşdirilmiş sistem üzrə aparılır. Buna görə də dərslər çox yüksək səviyyədə həyata keçirilir".

Həmsöhbətimiz qeyd edib ki, dərslərin daha asan mənimsənilməsi və şagirdlərin yorulmaması üçün müxtəlif yolları sınayır: "Uşaqların diqqətini cəlb etmək, onları əyləndirmək üçün müxtəlif rollu oyunlar, qısa və uzun məsafəli estafetlər, siniflərarası fərqli formatda kiçik idman yarışları, məktəblərarası böyük turnirlər təşkil edilir. Şagirdlər öz uğurlarına görə təltif olunurlar və onların motivasiyası artır".

O, 292 nömrəli tam orta məktəbdə şagirdlərin idmanla məşğul olması üçün hər bir şəraitin yaradıldığını bildirib: "Məktəbimiz Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildə inşa edilib və ən müasir avadanlıqlar, idman qurğuları ilə təmin olunub. Məktəbin istər idman zalı, istərsə də oyun meydançasının vəziyyəti yüksək səviyyədədir. Bu da şagirdlərin fiziki tərbiyə fənninə olan marağının artmasında çox böyük yer tutur. Müxtəlif idman yarışlarına ev sahibliyi edən orta məktəblərin də idman zallarının və meydançalarının qənaətbəxş olduğuna şəxsən şahidəm".

A.Nəsirov şagirdlərin maraq göstərdiyi idman növlərinin adlarını da sadalayıb: "Məktəblilər əsasən top oyunları üzrə olan idman yarışlarında çox böyük həvəslə iştirak edirlər. Bunlardan voleybol, basketbol, futbol, həndbol, badminton, stolüstü tennis idman növləridir. Tədris apardığım orta məktəbdə doğrudan da xüsusi istedada malik olan şagirdlər az deyil".

Fiziki tərbiyə müəllimi ölkədə uşaqların və gənclərin idmana marağını artırmağın yollarından da danışıb: "Ölkəmizdə yeniyetmələr və məktəblilər arasında idmana marağın artırılması, onların pis vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün tez-tez idman yarışları təşkil etmək lazımdır. İdmanın onların fiziki kamilliyə çatmaqlarında olan rolunu aşılamaq, tanınmış idmançıların keçdiyi həyat yolu haqda geniş məlumat vermək və videogörüntüləri göstərmək də faydalı variantlardandır. Yaxın zamanda Bakı şəhər Baş Təhsil İdarəsinin təşkilatçılığı altında məktəbimizdə "Ağ canavar" ləqəbli, 28 qat dünya və 11 qat Avropa çempionu adını almış, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədovla görüş təşkil edildi. Mənə elə gəlir ki, şagirdlərin belə peşəkar idmançılarla görüşlərinin təşkili onların idmana marağının artırılması üçün çox əlverişli vasitədir".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qol.az
archiveBu xəbər 05 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri