Icma.az
close
up
RU
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi

Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

REAL rədri: “Azərbaycan rəhbəri Rusiya tərəfindən edilən hörmətsizlikləri qəbul etmədiyini və etməyəcəyini nümayiş etdirdi”

Azərbaycan Prezidenti İlham Əliyev sabah Moskvada keçiriləcək İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümü ilə bağlı Qələbə Paradında iştirak etməyəcək. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Azərbaycan və Laos liderləri Moskvadakı Qələbə Paradına qatılmayacaqlar.

Azərbaycan liderinin Moskva səfərini ləğv etməsinə təsir göstərən bəzi amilləri APA öyrənə bilib. Məlumatda bildirilib ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb. Eyni zamanda, bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib. Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan Milli Məclisinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub və deputat Moskvada aeroportda saxlanılaraq deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verməyib.

Qeyd edilib ki, bütün bu amillər Azərbaycan Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına təsir göstərib.

Ekspertlər hesab edirlər ki, Azərbaycan liderinin bu qərarı məntiqli və doğrudur. Çünki həqiqətən də Prezidentin Qələbə Paradına qatılmaması üçün Rusiya kifayət qədər səbəblər verib.

REAL Partiyasının sədri Natiq Cəfərli AYNA.AZ-a müsahibəsində mövzu ilə bağlı danışıb. Bildirib ki, İlham Əliyevin qərarının arxasında dayanan amillər yetərincədir:

- Sadalanan səbəblərin hamısı məntiqlidir. Ona görə də, hesab edirəm ki, Prezident doğru qərar verib, Moskvadakı Qələbə Paradı adlanan tamaşada iştirakdan imtina edib. Prezident Moskvaya mesaj vermiş oldu ki, Bakı şərtlərin yerinə yetirilməsini və Rusiyanın Azərbaycana qarşı atdığı addımların səbəblərinə izah gözləməkdə davam edir. Problemlərə aydınlıq gətirilmədən dostluqdan, tərəfdaşlıqdan danışmaq çətin olur. Məlumdur ki, Rusiya Azərbaycana qarşı atdığı addımların nə səbəbini izah edir, nə də hadisələrə aydınlıq gətirir. Bir növ, Azərbaycana qarşı hörmətsizlik nümayiş etdirilir. Azərbaycan rəhbəri də Rusiya tərəfindən edilən hörmətsizlikləri qəbul etmədiyini və etməyəcəyini nümayiş etdirdi.

Eyni zamanda, bu addım bir daha Azərbaycanın bölgədə Rusiyadan ən az asılı olan ölkə olduğunu, son beş ildə Rusiyanın bölgəmizdə zəiflədilməsində məhz rəsmi Bakının böyük rol oynadığını bir daha sübut edir. Lakin burada bir incə nüans var ki, bunu nəzərdən qaçırmamalıyıq. Söhbət 9 May Qələbə Günündən gedir. Bu bayramı Rusiyaya hədiyyə etmək yolverilməzdir. Mən bu barədə status da yazmışam. Çünki bu, bütün postsovet xalqlarının birgə qələbəsidir. Digər xalqlar olmasaydı təkcə ruslar heç vaxt faşizm üzərində qələbə qazanmazdı. Təkcə Ukrayna xalqı qələbə üçün milyonlarla qurban verdi, Azərbaycan nefti qələbədə ciddi rol oynadı. Bir sözlə, bu Qələbəni Kremlə bağışlamaq olmaz.

- Rusiyanın gərginliyi artıran addımlarının arxasında nələr dayanır?

- Əslində Rusiya-Azərbaycan münasibətlərində son beş ili təhlil etməliyik. Çünki ən vacib hadisələr son beş ildə baş verib. Dəfələrlə bildirmişik ki, Rusiya əslində Azərbaycana qarşı əsəbidir, sadəcə asılılıqlar mövcuddur. Elə amillər var ki, Rusiya istədiyi davranışı nümayiş etdirə bilmir. Məsələn, biri Türkiyə amilidir. Rusiyanın Türkiyə və Azərbaycandan bəzi məsələlərdə kritik asılılıqları var. Ona görə də Moskva əsəblərini saxlamağa məcburdur. Amma Moskvadan necə deyərlər, Azərbaycana qarşı qərəzli yanaşmalar da zaman-zaman görünür. Həm Rusiyanın media məkanında anti-təbliğat, həm təyyarə qəzası, Qarabağla bağlı verilən bəyanatlar, azərbaycanlı deputat Azər Badamova qarşı atılan addım, onun deportasiya edilməsi və bir çox digər addımlar atılıb. Ən əsası isə 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini Rusiya hələ də sinirə bilmir. Müharibə vaxtı Rusiya bacardığı, əlindən gələn qədər qələbəmizə əngəl törətməyə çalışdı, amma bacara bilmədi. Həmin vaxt siyasətdən xəbəri olmayanlar deyirdilər ki, “Rusiya ilə danmışılıb, razılaşdırılıb”, “Rusiya ərazilərimizin qaytarılmasına razılıq verib” və s. O zaman da bildirmişdim ki, belə deyil. Birincisi, Azərbaycanın qəhrəman oğullarının sücayəti nəticəsində, rəhbərliyin doğru addımları, xalqımızın fədakarlığı nəticəsində torpaqlarımızı azad edə bildik. Rusiya əksinə, nə qədər çalışsa da, qələbəmizə əngəl ola bilmədi və nəhayət, Azərbaycanın qələbəsinə dözməyə məcbur qaldı. Əvəzində Rusiyanın istəkləri də var idi ki, bunlar da alınmadı.

- Söhbət hansı istəklərdən gedir?

- Rusiya istəyirdi ki, Qarabağda hərbi bazaları olsun, bölgədə varlığını sürdürə bilsin. Sülhməramlı adı altında Azərbaycan ərazilərinə yerləşdirilən ordunun say tərkibini genişləndirmək, illərlə orada qalmaq və separatçılığın davam etməsini arzulayırdı. Həmin vaxt Moskvadan verilən bəyanatlara baxsaq, Rusiyanın istəklərini anlamaq çətin olmayacaq. Amma Azərbaycan Ordusunun zərgər dəqiqliyi ilə apardığı antiterror əməliyyatı ilə Rusiyanın bu arzularının da üstündən qalın xətt çəkildi. Bununla Rusiyanın demək olar ki, bölgədə varlığı laxladı, zədələndi. Əlbəttə, Rusiya  bunları bağışlamaq niyyətində deyil və əsəbi də bununla bağlıdır. Azərbaycana qarşı atılan addımların da səbəbi məhz bu amillrədir.

Məsələ belədir ki, Rusiyanın Azərbaycana qarşı üzdə münasibəti xoş görünsə də, qarşılıqlı səfərlərdə müsbət bəyanatlar verilsə də, pərdənin arxasındakı siyasət tamam fərqlidir.

- Azərbaycan tərəfinin bu addımına Moskvadan reaksiya nə olacaq?

- Bilirsiniz, bu parad Moskva, xüsusilə də Putin üçün çox önəmlidir. Ona görə önəmlidir ki, Putinin ruslara təqdim etdiyi uğur hekayəsi yoxdur. Tək uğur hekayəsi İkinci Dünya müharibəsindəki qələbədir ki, bununla Rusiya cəmiyyətinin ovqatını yüksək saxlamağa çalışır. Putinin özünün 25 illik hakimiyyəti dövründə uğuru yoxdur ki, uğur hekayəsi də təqdim etsin. Ona görə də, 9 May Qələbə Gününün önəmi təkcə qələbənin 80 illik yubileyi ilə bağlı deyil. Bunun Putin üçün bir neçə önəmi var. Birincisi, Putin demək istəyir ki, izolyasiyada deyil, xarici qonaqlar gəlir-gedir, xoş münasibətlər haqqında bəyanatlar verir. İkincisi, dediyim  kimi, uğur hekayəsi təqdim etmək, ruslara motivasiya verməkdir. Putin demək istəyir ki, babaları faşizmə qalib gəlib, indi ruslar Ukraynada da “faşizmə” qalib  gəlməlidir. Üçüncü önəmi odur ki, gənclərin hərbiyə çağırılmasını stimullaşdırmaqdır. Bu gün Rusiyada gənclər hərbiyə, müharibəyə getmək istəmirlər. Çünki gənclər Rusiyanın qələbə qazanacağına inanmçır, müharibəni mənasız sayırlar. Putin qələbə günləri, paradlar keçirməklə təbliğat aparır, gənclərin beynində “Böyük Rusiya qalib olmalıdır” fikrini formalaşdırmağa çalışır. Putin üçün bu tədbir önəmli olduğu üçün orada xarici dövlətlərin liderlərinin iştirakının olması da önəmlidir. Azərbaycan Prezidentinin Qələbə Paradında iştirakdan imtina Rusiya hakimiyyəti üçün, Putin üçün arzuolunmazdır. Ona görə də əlbəttə, Kremlin nəzarətində olan media resurslarında anti-təbliğat geniş vüsət alacaq. Onsuz da, anti-Azərbaycan təbliğatı son beş ildə aparılırdı, hətta bir neçə aydır bu təbliğat genişlənib. Azərbaycana qarşı təbliğat yəqin ki, daha da güclənəcək. Bundan başqa Rusiya nə edə bilər ki? Dediyim kimi, Rusiya Azərbaycanın adekvat və addımlarına, haqlı addımlarına hücumla cavab verəsi deyil, vermək iqtidarında da deyil. Bəli, Kremlin nəzarətindəki ekspertlər, təbliğatçılar bu mövzunu çeynəyəcəklər, amma bundan uzağa gediləcəyi gözlənilmir. Çünki dediyim kimi, Rusiyanın məcburiyyətləri var ki, bu məcburiyyətlər onun Azərbaycana qarşı addım atmasının önündə əngəldir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 May 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri