Icma.az
close
up
RU
Zülfüqarov: Şərtlər Avropadan Azərbaycanla sağlam məntiqə əsaslanan münasibətlər qurmağı tələb edir

Zülfüqarov: Şərtlər Avropadan Azərbaycanla sağlam məntiqə əsaslanan münasibətlər qurmağı tələb edir

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Albaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı daha geniş tədbir idi. Burada Avropa İttifaqının üzvü olmayan ölkələr də təmsil olunurdu. Bu, Avropa İttifaqının kənarında və ya davamı olan hərakat kimi görünürdü”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüarov deyib.
Zirvə toplantısı çərçivəsində Avropa İttifaqı ilə Azərbaycanın rəhbər şəxslərinin görüşlərinə gəlincə, sabiq nazir bildirib ki, baş verənlərə daha böyük və geniş aspektdən yanaşmaq lazımdır:
“İndi Avropa heç də asan günlər yaşamır. Xüsusilə, Avropa ABŞ-la açıq iqtisadi rəqabətdədir, bunun nəticəsində siyasi rəqabət də artır. Donald Trampın prezident postuna gəlişindən sonra vəziyyət dəyişib. İndi Avropa ideoloji əsaslardan qaynaqlanan addımlardan daha konkret iqtisadi maraqları özündə ehtiva edən məntiqə gəlir. Yəni iqtisadi-siyasət məntiqi üzərindən qurulan münasibətlərə”.
Onun sözlərinə görə, iqtisadi rəqabət, ticarət qarşıdurmaları, Ukryna böhranı və digər halların Avropaya ciddi təsiri var. Bu isə Avropanı vəziyyətə real baxmağa, məntiqi yanaşmalar ortaya qoymağa sövq edir.
T. Zülfüqarov əlavə edib ki, Fransa prezidenti Emmanuel Makronun ermənipərəst olduğunu bilməyən yoxdur. Amma Avropanın real vəziyyəti, ümumilikdə dünyada baş verən proseslər hər kəsi məcbur edir ki, Avropa-Azərbaycan münasibətlərinə real baxsın.
Keçmiş nazirin fikrincə, Avropanın önəmli iqtisadi əməkdaşlıq istiqaməti Asiyadır: “Belə iqtisadi əməkdaşlıq üçün yollar və kommunikasiya vacibdir. Bu kommunikasiya da Azərbaycan və Türkiyədən keçir. Bu baxımdan dünyada baş verən geopolitik maraqların yenidən qiymətləndirilməsi Albaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin görüşündə özünü göstərdi”.
Müsahimiz qeyd edib ki, Azərbaycanla Avropa Birliyi kommunikasiya və enerji təchizatı istiqamətində etibarlı tərəfdaşdır:
“Üstəlik, Azərbaycanın yerləşdiyi məkanın mürəkkəb olmasına rəğmən Azərbaycan müstəqil siyasət həyata keçirir, NATO dövləti olan Türkiyə ilə müttəfiqdir. Türk Dövlətlər Birliyinin əsas təşəbbüskarlarından biridir ki, bu da, gələcəkdə böyük geopolitik ərazini əhatə edə bilər. Ümumi prosesləri sadaladıqda Azərbaycan prezidentinin həmin tədbirdə iştirakı əhəmiyyətli hadisədir”.
T. Zülfüqarov hesab edir ki, baş verənlər Avropa İttifaqında Azərbaycanla bağlı Fransanın yaratdığı süni problemləri aradan qaldıracaq və sağlam məntiq əsasında əlaqələrin qurulmasına səbəb olacaq. Dünyadakı geopoltik maraqlar bunu tələb edir.
Y. QACAR
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 May 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri