Icma.az
close
up
RU
Mənzil alanların nəzərinə! Ali Məhkəmədən mühüm qərar

Mənzil alanların nəzərinə! Ali Məhkəmədən mühüm qərar

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun qorunması hüquqi dövlətin əsas prinsiplərindən biridir. Bununla yanaşı, mülki dövriyyənin sabitliyi də eyni dərəcədə vacib hüquqi dəyər hesab olunur. Məhz bu iki dəyərin, yəni əsl mülkiyyətçinin hüququnun və əşyanı əldə etmiş üçüncü şəxsin maraqlarının toqquşduğu hallarda hüquqi mübahisələr yaranır. Bu zaman həll edilməli əsas məsələ əşyanın əsl mülkiyyətçiyə qaytarılması, yoxsa onu sonradan əldə etmiş üçüncü şəxsin hüquqlarının qorunmasından ibarətdir. 

Adalet.az xəbər verir ki, Ali Məhkəmə tərəfindən daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən mühüm qərar qəbul edilmişdir.

Problemin mahiyyəti nədən ibarətdir?

Son illər məhkəmə təcrübəsində tez-tez rast gəlinən hallardan biri daşınmaz əşyanın saxta sənədlər, etibarnamələr əsasında və ya digər hüquqazidd yollarla əsl mülkiyyətçinin əlindən çıxaraq sonradan bir və ya bir neçə şəxsə satılması ilə bağlıdır. Bir müddət sonra həqiqi mülkiyyətçi hüququnun pozulduğunu aşkar edərək mənzilin geri qaytarılmasını tələb edir. Bu zaman məhkəmə qarşısında iki mənafe dayanır:

⦁    Əmlakından iradəsi xaricində məhrum olmuş əsl mülkiyyətçinin mənafeyi;
⦁    Əmlakı əldə edərkən dövlət reyestrinin məlumatlarına etimad etmiş vicdanlı üçüncü şəxslərin mənafeyi.

Hər iki tərəf müəyyən mənada hüquqi müdafiəyə layiq görünür. Belə ki, mülkiyyətçi heç bir günahı olmadan əmlakını itirib, üçüncü şəxs isə əşyanı ona özgəninkiləşdirən şəxsin dövlət reyestrində mülkiyyətçi kimi qeydiyyatda olduğunu görüb, notarial qaydada müqavilə bağlayıb və əşyanın dəyərini ödəyib. Belə vəziyyətdə hansı tərəfin hüququnun üstün tutulacağı hüququn ən mürəkkəb məsələlərindən biridir. 

Vicdanlı əldəetmə nədir?

Qərardadda vurğulanır ki, əşya hüquqlarının əldə edilməsi baxımından vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, hüququn qazanılmasına dair hansısa maneənin varlığının obyektiv olaraq fərqində olmamaq başa düşülür.

Sadə dillə desək, üçüncü şəxs daşınmaz əşyanı əldə edərkən bütün zəruri diqqəti göstərib, lakin buna baxmayaraq satıcının əslində əşyaya sərəncam vermək səlahiyyətinin olmadığını bilməyibsə, o, vicdanlı əldə edən hesab edilə bilər.

Niyə dövlət reyestrinə etimad vacibdir?

Mülki dövriyyənin sabitliyi, başqa sözlə daşınmaz əmlak bazarının işləməsi üçün şəxslər dövlət reyestrindəki məlumatlara etibar edə bilməlidirlər. Əgər alıcılar reyestrdə göstərilən məlumatların düzgünlüyünə güvənə bilməsəydi, hər bir alqı-satqı əməliyyatı ciddi hüquqi risk daşıyardı. Bu isə daşınmaz əmlak bazarında qeyri-müəyyənlik yaradar, investisiyaları azaldar və mülki dövriyyəni çətinləşdirərdi.

Məhz buna görə qanunvericilik bir qayda olaraq reyestrdəki qeydə etibar edən şəxslərin hüquqlarını qoruyur. Lakin bu qoruma mütləq xarakter daşımır, qanunla nəzərədə tutulmuş hallarda vicdanlılığın qorunması istisna olunur. 

Hər zaman üçüncü şəxs qorunurmu?

Qərardadın əsas mesajlarından biri də budur ki, qanun formal olaraq vicdanlı əldə edən görüntüsü yaradan şəxsi deyil, həqiqətən vicdanlı olan şəxsi qoruyur. Başqa sözlə, vicdanlı əldəetmə institutu hüquqazidd hərəkətləri qanuniləşdirmək vasitəsi deyil. Bu institut yalnız dürüst şəkildə mülki dövriyyədə iştirak edən şəxslərin müdafiəsinə xidmət edir.

Bəs mülkiyyətçi ilə üçüncü şəxsdən hansının hüququ üstün tutulmalıdır?

Ali Məhkəmə göstərir ki, bunun müəyyənləşdirilməsi üçün hər bir iş üzrə məhkəmələr tərəfindən qərardadda göstərilən mərhələlər üzrə araşdırma aparmalıdır. Yalnız bu suallar cavablandırıldıqdan sonra mübahisənin hansı tərəfin xeyrinə həll edilməli olduğu müəyyən edilə bilər.

Qərardadın əsas məqsədi əsl mülkiyyətçi ilə əşyanı sonradan əldə edən üçüncü şəxs arasında seçim etmək olmayıb,  məhkəmələrin eyni kateqoriyadan olan işlərə fərqli yanaşmasının qarşısını almaq və hüquqi müəyyənliyi təmin etməkdən ibarətdir. Qərardad daşınmaz əmlak mübahisələrinin həllində yeni və daha aydın hüquqi çərçivə formalaşdırır.

Bu sənəd ilk dəfə olaraq vicdanlı əldəetmə institutunun tətbiqinin sərhədlərini, vicdanlılığın müəyyən edilmə meyarlarını, sübutetmə qaydalarını, vicdanlılığı istisna edən halları və daşınmaz əşyalara dair hüquqların əldə edilməsində qeydiyyat orqanının və notariat sisteminin rolunu və məsuliyyətini sistemli şəkildə izah edir.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 İyun 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri