Icma.az
close
up
RU
Mənzil almaq, yoxsa ev tikmək? Hansı daha ucuzdur?

Mənzil almaq, yoxsa ev tikmək? Hansı daha ucuzdur?

Icma.az bildirir, Metbuat portalına istinadən.

Bəzi insanlar öz evlərini tikməyi üstün tutur, bəziləri isə hazır mənzil almağı seçirlər. Ev tikmək istəyənlər istədikləri dizaynı və təmiri öz zövqlərinə uyğun şəkildə həyata keçirə bilərlər. Digər tərəfdən hazır mənzil almaq daha sürətli və rahat bir seçim kimi görünür. Bəs mənzil almaq, yoxsa ev tikmək? – Hansı daha ucuz başa gəlir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında mənzilin və ya fərdi yaşayış evinin yerləşdiyi ərazinin əhəmiyyətini vurğulayıb:

“Əgər eyni ərazidən, məsələn, Xırdalan, Masazır və ya digər Bakı ətrafı qəsəbələrdən söhbət gedirsə, burada ev tikmək mənzil almaqdan daha məqsədəuyğun hesab olunur. Çünki hazırda ölkədə mənzil qiymətləri davamlı olaraq artır və binalarda yerləşməsindən asılı olmayaraq, mənzillər daha yüksək qiymətə təklif olunur. Qeyd olunan ərazilərdə torpaq sahələrinin qiymətləri nisbətən münasib olur və tikinti xərcləri də mənzillə müqayisədə daha aşağıdır. Üstəlik fərdi yaşayış evlərinin əksəriyyətinin həyəti olur ki, bu da əlavə üstünlükdür. Şəhərin mərkəzinə gəlincə, burada fərdi ev tikmək üçün torpaq sahəsi, demək olar ki, yoxdur. Əksər yerlər çoxmərtəbəli binalarla əhatələndiyindən, fərdi ev tikmək üçün yalnız şəhərdən bir qədər kənar ərazilərə yönəlmək mümkündür. Bu ərazilərdə torpaq sahələri bahalı olsa da, kiçik torpaq sahələrində fərdi yaşayış evi tikmək mənzil almaqdan daha məqsədəmüvafiq hesab edilə bilər”.

Ekspert fərdi yaşayış evlərinin iki əsas kateqoriyaya bölündüyünü bildirib:

“Fundamental fərdi yaşayış evləri sahibinin zövqünə uyğun, yüksək keyfiyyətli materiallardan inşa edilir və təbii ki, daha baha başa gəlir. Torpaq sahəsinin qiymətini nəzərə almasaq, belə evlərin tikinti xərci yerindən asılı olaraq, təxminən 700-1000 manata qədər başa gəlir. Makler evləri isə daha sadə materiallardan inşa edilir və daha ucuz başa gəlir. Belə evlərin bir kvadrat metri təxminən 450-500 manata tikilir. Bu fərqləri nəzərə almaq vacibdir, çünki insanlar fərdi seçimlərinə əsasən ev və ya mənzil arasında qərar verirlər. Bəziləri mənzildə yaşamağa üstünlük verir, çünki burada kompakt şəraitdə yaşamaq daha komfortdur. Digərləri isə həyət evinə üstünlük verirlər, çünki burada təbiətə yaxın olmaq, istirahət üçün geniş sahəyə malik olmaq və digər üstünlüklər mövcuddur”.

V.Oruc qeyd edib ki, hazırda tikinti materiallarının qiymətləri yükdəkdir və bu səbəbdən insanlar daha çox hazır fərdi yaşayış evlərini almağa üstünlük verirlər:

“Çünki tikinti prosesində qiymətlərin dəyişəcəyi riski var və bu da arzuolunan deyil. Buna görə də insanlar müxtəlif satış platformalarından hazır evlər barədə məlumat əldə edərək daha çox bu variantı seçirlər. Ümumiyyətlə, "Ev tikmək daha sərfəlidir, yoxsa mənzil almaq?" sualına birmənalı cavab vermək mümkün deyil. Çünki bu, həm ərazinin infrastrukturu, həm şəxsi zövqlər, həm də maddi imkanlardan asılıdır. Əgər maddi imkanlar kifayət qədərdirsə, ideal variant həm mənzil, həm də fərdi ev sahibi olmaqdır. Mövsümə görə də bu seçim dəyişə bilər, yəni yaz və yay aylarında həyət evi daha əlverişli ola bilər. Pandemiya dövründə də müşahidə etdik ki, fərdi evlərdə yaşayan insanlar daha rahat oldular, çünki burada təcrid olunmaq, açıq havada vaxt keçirmək mümkündür. Ancaq müasir dövrün tələbələri daha çox mənzili seçməyə üstünlük verir”.

Mütəxəssisin sözlərinə görə, artıq insanlar şəxsi mülkiyyətə sahib olmaqdan çox, kirayə mənzillərə üstünlük verməyə başlayırlar:

“Dünyada belə bir meyl var ki, insanlar yaşayış yerini daha rahat dəyişmək üçün ev və ya mənzil almaqdansa, müvəqqəti və ya daimi olmasından asılı olmayaraq kirayə yaşayırlar. XXI əsrin tendensiyalarını nəzərə alsaq, gələcəkdə kirayə yaşamaq əsas prioritet olacaq. Hal-hazırda bu tendensiya çox yayılmayıb, çünki Azərbaycan mentaliteti də burada öz rolunu oynayır. Məsələn, Azərbaycanda evi olmayan oğlanlara qız verməmək ənənəsi hələ də mövcuddur. Buna görə də bir müddət daha ölkəmizdə mülkiyyətə sahib olmaq, şəxsi evə sahib olmaq düşüncəsi davam edəcək. Nəticə olaraq, ev tikmək daha çətindir, amma daha ucuz başa gəlir. Mənzil isə bahalıdır, lakin daha rahat və komfortlu yaşayış təklif edir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Mart 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri