Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Trampın məğlubiyyəti İranı müəyyən mənada ürəkləndirib Qafar Çaxmaqlı

Trampın məğlubiyyəti İranı müəyyən mənada ürəkləndirib Qafar Çaxmaqlı

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib. Ermənistan parlamentində “Tramp marşrutu” (TRIPP) layihəsinin təsdiqlənməsinə münasibət bildirən Vilayəti Baş nazir Nikol Paşinyanın siyasətini tənqid edərək, layihənin təsdiqlənməsini nəticəsiz və Ermənistan xalqının maraqlarına zidd addım adlandırıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Qafar Çaxmaqlı bildirdi ki, İran Azərbaycanın qərb bölgələrindən Zəngəzur vasitəsilə Naxçıvana uzanacaq kommunikasiya xəttinin açılmasına əvvəldən qarşı çıxıb və bunu hər zaman özünün “qırmızı xətti” hesab edib:

"Guya bunun səbəbi həmin yolun çəkilməsi nəticəsində İranın Ermənistanla sərhədinin bağlanacağıdır. Halbuki belə bir şey yoxdur. Bu yolun İran-Ermənistan sərhədinə heç bir aidiyyəti yoxdur. Kommunikasiya xəttinin çəkilməsi nəzərdə tutulan ərazilər Ermənistanın İranla sərhədindəki keçid məntəqəsindən xeyli uzaqdadır. Hətta İran bir zamanlar bu məsələ gündəmə gələndə Azərbaycanın qərb bölgələrindən Naxçıvana uzanacaq kommunikasiya xəttinin öz ərazisindən keçməsini təklif etmişdi. Bununla bağlı Azərbaycan hökuməti ilə müəyyən danışıqlar da aparılmışdı. Bunlar sadəcə bəhanələrdir.

İndi TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında, ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilmə mərhələsinə çatdığı bir dövrdə İran yenidən bu prosesi pozmaq və layihəyə qarşı çıxmaq üçün bəyanatlar verir. Bu dəfə İranın ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Ermənistanın bu addımı atmamalı olduğunu bildirib. Halbuki Ermənistan bir çox addımlarını elə İranın özü ilə razılaşdırır. Bildiyiniz kimi, TRIPP layihəsi Ermənistan parlamentində 63 deputatın müsbət səsi ilə qəbul edilib. Ermənistan parlamentində 105 deputat olduğunu nəzərə alsaq, bu qərarın artıq qəbul edildiyi və geri dönüşünün olmadığı görünür".

Onun sözlərinə görə, artıq ABŞ ilə Ermənistan arasında birgə şirkətin yaradılması məsələsi də gündəmdədir:

"Bu şirkətdə Amerikanın payı 74 faiz, Ermənistanın payı isə 26 faiz olacaq. Gələcək illərdə Ermənistanın payının artırılması nəzərdə tutulur. Bu, onu göstərir ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla əməkdaşlıq edərək Zəngəzurda kommunikasiya xətlərinin açılması layihəsini həyata keçirəcək. Hətta Ermənistan parlamentində keçirilən dinləmələr zamanı məlum olub ki, Ermənistan hökuməti kommunikasiya xətlərinin açılması prosesində iştirak etməsi üçün İrana da təklif göndərib və İran bu məsələyə müəyyən mənada müsbət münasibət göstərib. Paşinyanın ifadəsi ilə desək, bu, “sülh kəsişməsi”dir. Həmin layihə bölgə dövlətlərinin maraqlarına xidmət edəcək. Söhbət üç Cənubi Qafqaz respublikasından, həmçinin İran, Rusiya və Türkiyədən gedir. ABŞ isə burada sadəcə layihənin rəhbəri kimi çıxış edir".

Q.Çaxmaqlı əlavə etdi ki, Rusiya da kommunikasiya xətlərinin açılmasında müəyyən töhfəsinin olacağını dəfələrlə bəyan edib:

"Bu məsələnin artıq geri dönüşü yoxdur. Vilayəti belə bəyanatlar verməklə tələskənlik edir. Onun açıqlaması İran dövlətinin rəsmi mövqeyi kimi də qəbul edilməməlidir. Çünki bölgədə sülh əldə olunarsa, bu, İranın təhlükəsizliyinə də heç bir təhdid yaratmayacaq. Mən həmin bəyanatla tanış olmuşam. Onun səsləndirilməsi və buna qarşı müəyyən reaksiyaların verilməsi də mümkündür. Bunu nəzərə almalıyıq. Hesab edirəm ki, bu layihə həyata keçiriləcək.

Bir məqamı da qeyd edim ki, Trampın ABŞ-də keçirilən aralıq seçkilərində məğlubiyyəti İranı müəyyən mənada ürəkləndirib. Onlar bu layihənin Trampın siyasi fəaliyyəti ilə birlikdə gündəmdən çıxacağını düşünə bilərlər. Amma bu, belə deyil. ABŞ-nin dövlət siyasəti var. Tramp getsə belə, Amerika dövlətinin başladığı layihələr davam edəcək".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Noyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see301

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see295

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see289

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see280

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see270

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see264

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see255

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see254

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see248

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see247

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see244

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see235

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see228

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see228

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see225

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see215

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see209

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see206

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri