Icma.az
close
up
RU
Mənzil arzusunda olanlara şad xəbər ipoteka şərtləri dəyişə bilər

Mənzil arzusunda olanlara şad xəbər ipoteka şərtləri dəyişə bilər

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanda mənzil bazarında ipoteka kreditlərinə maraq xeyli artıb. Sərfəli şərtlərlə təqdim edilən bu kreditlər minlərlə ailənin mənzil sahibi olmasına şərait yaradıb. İpoteka kreditlərinin həcmi və şərtləri isə həm bazar iştirakçıları, həm də ictimaiyyət üçün daim aktuallığını qoruyur. Bəs indiyədək neçə nəfər ipoteka yolu ilə mənzil əldə edib və bu imkandan yararlanmaq üçün hansı tələblər mövcuddur?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, ipoteka kreditləri tətbiq olunandan bəri şərtlərdə bir sıra dəyişikliklər edilib:

“Xüsusilə güzəştli ipotekadan yararlana bilən vətəndaşların dairəsi genişləndirilib, siyahıya yeni kateqoriyalar əlavə olunub. Müəllimlər və jurnalistlər də güzəştli ipoteka imkanlarından istifadə edə bilirlər. Eyni zamanda ipoteka kreditlərinin maksimal məbləği artırılıb. Amma biz şərtlərin daha da təkmilləşdirilməsini təklif edirik”.

Millət vəkili əlavə edib ki, paytaxtın əmlak bazarında qiymət artımları fonunda güzəştli ipoteka kreditinin maksimal məbləğinin 100 min manatdan 150 min manata qaldırılması vacibdir:

“Bu addım daha çox vətəndaşın güzəştli ipotekadan yararlanaraq münasib mənzil almasına imkan verə bilər”.

Onun sözlərinə görə, komitə güzəştli ipotekalarda faiz dərəcələrinin azaldılması ilə bağlı da təkliflər irəli sürüb:

“Nəzərə alsaq ki, güzəştli ipoteka kreditləri dövlət büdcəsi hesabına maliyyələşir, bu, faizlərin daha aşağı səviyyədə tətbiq olunmasına şərait yarada bilər”.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, indiyədək ölkədə 55 409 ipoteka krediti verilib:

"Verilmiş kreditlərin ümumi məbləği isə 3 milyard 614 milyon 839 min 17 manat təşkil edir".

Fondun məlumatına görə, ipoteka kreditlərinin şərtləri kreditin növündən asılı olaraq dəyişir:

"Maksimal məbləğ adi ipoteka kreditlərində 150 min manat, güzəştli ipoteka kreditlərində isə 100 min manat olaraq müəyyən edilib. Maksimal müddət müvafiq olaraq 25 və 30 il təşkil edir. Minimal ilkin ödəniş adi ipoteka kreditləri üçün 15%, güzəştli ipoteka kreditləri üçün isə 10% səviyyəsindədir. Kredit üzrə illik faiz dərəcəsi isə adi ipotekalarda 8%, güzəştli ipotekalarda isə 4% olaraq tətbiq olunur. Qanunvericiliyə əsasən, güzəştli ipoteka hüququna müəyyən sosial qruplar – gənc ailələr, şəhid ailələri, müharibə əlilləri, dövlət qulluğunda çalışanlar və digər həssas təbəqələr malikdir”.

Fondun açıqlamasında vurğulanıb ki, hazırda İpoteka və Kredit Zəmanət Fondu kreditləşmənin əhatə dairəsini genişləndirmək və mənzil probleminin həllinə dəstək olmaq məqsədilə fəaliyyətini davam etdirir.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri