Mənzil bazarında illərin dərdi bitir Son qəpiyinə qədər pulu alacaqsınız
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
MTK-ların fəaliyyətindəki boşluqlar və yarımçıq qalan binalar illərdir minlərlə vətəndaşın həm pulunu, həm də rahatlığını əlindən alır. Hazırda tikintiyə başlamazdan əvvəl MTK-lar üçün bank zəmanəti və ya sığorta mexanizminin tətbiqi müzakirə olunur. Əslində, bu addım mənzil bazarında illərlə kök salmış "etimad böhranı"nı həll etmək üçün ən real yollardan biri kimi görünür. Hazırda bir çox vətəndaş mənzil alarkən sadəcə şirkətin vədinə inanmalı olur, lakin tikinti prosesində yaranan maliyyə çətinlikləri və ya digər risklər birbaşa alıcının cibinə zərbə vurur. Yeni təklif olunan mexanizm isə o deməkdir ki, əgər tikinti şirkəti öhdəliyini yerinə yetirə bilməsə, bank və ya sığorta şirkəti prosesə müdaxilə edərək vətəndaşın itkisini kompensasiya edəcək. Bu sistemin tətbiqi təkcə alıcıların "mənzilim tikiləcəkmi?" qorxusunu aradan qaldırmayacaq, həm də bazarda yalnız güclü və məsuliyyətli oyunçuların qalmasına səbəb olacaq.
Məsələ ilə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlama verib. O qeyd edib ki, “Mənzil-tikinti kooperativləri haqqında” qanunvericilik düzgün tətbiq olunsa, burada hər hansı problem yaranmaz:
“MTK anlayışı qanunsuz və ya təsadüfi bina tikintisi üçün yaradılmış hüquqi forma deyil. Bu, kommersiya şirkəti, məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti də deyil. Bu, məhz kooperativdir. Kooperativin mahiyyəti ondan ibarətdir ki, oradan mənzil alan şəxs avtomatik olaraq həmin MTK-nın üzvü olmalıdır. O, qəbul edilən qərarlarda iştirak etməli, səsvermə hüququna malik olmalıdır. Yəni MTK faktiki olaraq mənzil alanlara məxsus olmalıdır. Bu halda da “kim kimə zəmanət verir” sualı yaranmır, çünki üzvlər öz kooperativlərində birbaşa iştirak edirlər. Lakin praktikada vəziyyət tamamilə fərqlidir. MTK-nı 5-6 nəfər təsis edir, sonra isə mənzilləri vətəndaşlara satırlar, amma həmin şəxsləri kooperativə üzv etmirlər”.
O deyib ki, vergi orqanları kooperativin üzvlərinin qeydiyyatını aparmalı, əmlak orqanları isə mənzil üzərində qabaqcadan qeydiyyatla bağlı çıxarış verməlidir:
“Məsələn, mən hələ bina tam tikilməmişkən MTK-dan mənzil alıram, amma həmin mənzil üzrə qabaqcadan dövlət qeydiyyatı aparılmır. Bu mexanizm işləmədiyinə görə də ciddi pozuntular yaranır. Mən kooperativin üzvü deyiləm, formal şəkildə üzv edilməmişəm, qəbul olunan qərarlarda iştirak etmirəm. Pulların hara yönəldiyini, necə xərcləndiyini bilmirəm. Aldığım mənzil üzrə mülkiyyət hüququmun qabaqcadan qeydiyyatı olmadığı üçün eyni mənzil bir neçə nəfərə satıla bilir. Bütün problemlərin kökü də məhz buradan qaynaqlanır”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Baxış sayı:75
Bu xəbər 04 Fevral 2026 14:42 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları